Sel və daşqınlar
Azərbaycan Respublikasının ərazisi dünyada daha çox sel müşahidə edilən ərazilər sırasına daxil edilir. Respublika ərazisinin təxminən yarısını əhatə edən Böyük və Kiçik Qafqaz dağ sistemlərində sel hadisələrinin formalaşması daha intensiv baş verir. Ən çox sel hadisələri Böyük Qafqazın Cənub yamacında və Naxçıvan MR-in yüksək dağlıq ərazilərində baş verir. Bu dağ sistemlərində aşağıdakı sel rayonlarını ayırmaq olar:
- Böyük Qafqazın cənub yamacı
- Böyük Qafqazın şimal-şərq yamacı
- Kiçik Qafqazın şimal-şərq yamacı (Şahdağ və Murovdağ silsilələri)
- Kiçik Qafqazın cənub-qərq yamacı
- Naxçıvanın ərazi çaylar
Zəyəmçay çayında sel hadisəsi
Göyçay çayında sel hadisəsi
Sellər çay suları olan və olmayan dərələrdə qəflətən yağan şiddətli yağışlar və ya temperaturun artması ilə qısa müddətdə sürətlə əriyən qar suları hesabına yaranır.
Sellər növünə görə iki yerə ayrılır:
- Turbulentli sellər
- Strukturlu sellər
Turbulentli sellərdə gətirmə materialları daha az olur və sel axımının dağıdıcıtəsirinə görə strukturlu sellər nisbətən zəif olur.
Strukturlu sellər daşlı-palçıqlı və ya sulu palçıqlı olmaqla onların gətirmə materialları daha çox üstünlük təşkil edir. Strukturlu sellər gətirmə materiallarını çay ətrafı ərazilərdə və çay konusunda çökdürməklə daha çox dağıdıcı təsirə malik olur.
Azərbaycan ərazisində hər iki növ sellər müşahidə olunur. Ən çox sel hadisələri Respublikanın Şəki-Zaqatala və Naxçıvanın yüksək dağlıq ərazilərində baş verir.
Respublika ərazisində yaranan sellərin 85-87%-i yağış suları hesabına formalaşır.
Sellərin yaranması formalaşması üçün əsas üç amil böyük rol oynayır.
- Şiddətli leysan yağışlar və ya şiddətli qar əriməsi;
- Çay dərələrinin və ya quru yamacların yüksək mailliyə malik olması;
- Hövzədə, çay dərələrində və yamaclarında aşınma, qırıntı materiallarının toplanması.
Bu təbii amillərdən başqa son dövrlərdə antropogen təsirlər də sel hadisələrinin baş verməsinə, onların dinamikasının artmasına öz mənfi təsirini göstərməkdədir. Burada ilk öncə çay hövzəsində xüsusən sel təhlükəli ərazilərdə meşə örtüyünün kortəbii məhvini, otlaq və suvarma əkinçiliyinin genişlənməsini, çay məcralarına intensiv müdaxiləni, o cümlədən, bu məcralardan tikinti-çınqıl materiallarının daşınmasını, istifadəsini və s. Xüsusui göstərmək lazımdır.
Azəbaycanın ərazisində Böyük və Kiçik Qafaqzın dağ çaylarında hər il daşqınlar müşahidə olunur. Ümumiyyətlə Respublika ərazisində müşahidə olunan daşqınların tendensiyasinda artım müşahidə olunur.
Hər il baş verən sel hadisələri nəticəsində ölkə iqtisadiyyatına ziyan dəyir. Gözlənilən iqlim dəyişmələri daşqın və sel hadisələrinin təkrarlanmasını artıraraq gələcəkdə ciddi çətinliklər yarada bilər.