May ayı üçün Xəzər dənizinin hidrometeoroloji şəraitinin təhlili

May ayında Xəzər dənizinin Azərbaycan sektorunda dənizin orta aylıq səviyyəsi Baltik sistemi ilə -28,97 mBS, maksimal səviyyə -28,85 mBS, minimal səviyyə isə -29,07 mBS təşkil etmişdir. 2026-cı ilin may ayında Neft Daşları İHMS – də səviyyənin orta aylıq qiyməti -28,97 mBS olmuşdur. Keçən ilin may ayı (-28,89 mBS) ilə müqayisədə səviyyədə 8 sm enmə müşahidə olunmuşdur.

Aprel ayında açıq dənizdə və Abşeron yarımadasında maksimal sürəti 28 m/san olan şimal-qərb, şimal küləyi qeydə alınmışdır.

Xəzərin Azərbaycan sektorunda may ayında açıq dəniz akvatoriyasında dəniz dalğalarının orta hündürlüyü 1,2 m, maksimal hündürlüyü isə 3,8 m olmuşdur.

May ayında açıq dənizdə Neft Daşları İDHMS-da dəniz suyunun orta temperaturu 16,4°C, maksimal temperaturu 21,2°C, minimal temperaturu isə 10,7°C; Çilov DHMS-da orta temperatur 17,1°C, maksimal temperatur 22,6°C, minimal temperatur isə 11,0°C olmuşdur.

Dəniz suyunun orta duzluluğu 9-12 ‰ arasında tərəddüd edir. Qış aylarında 10-12 ‰, yay aylarında 11-12‰ arasındadır. May ayı üzrə duzluluğun orta qiyməti 11,91 ‰ təşkil etmişdir. Keçən ilin may ayı ilə (11,68 ‰) müqayisədə duzluluğun orta kəmiyyətində 0,23 ‰ artma müşahidə olunmuşdur.