Beynəlxalq əməkdaşlıq

Ətraf mühitin mühafizəsi, təbii ehtiyatlar səmərəli idarə olunması, onların bərpası və davamlı istifadəsi ölkəmizin inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilmişdir.

Mövcud problemlərin həll edilməsi üçün ətraf mühit sahəsində qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və həlli yollarının müyyənləşdirilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının müvafiq təsisatları, beynəlxalq ekoloji konvensiyaların katiblikləri, Avropa İttifaqı, Dünya Bankı, Qlobal Ekologiya Fondu, Yaşıl İqlim Fondu, Ümumdünya Meteorologiya Təşkilatı, GİZ, Ümumdünya Səhiyyə Təşkilatı, KfW, WWF, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və s. təşkilatlarla əməkdaşlıq edilir.

Azərbaycan 20-dən çox beynəlxalq konvensiya və protokollara qoşulub. Bu istiqamətdə fəaliyyət bu gün də davam etdirilir və qlobal məqsədlərə xidmət edən digər beynəlxalq çoxtərəfli müqavilələrə qoşulma istiqamətində müvafiq işlər aparılır.   

Ölkəmizin daxili sularının əksər hissəsi ölkə xaricində formalaşır. Azərbaycan aşağı axım ölkəsi kimi suların çirkləndirilməsindən bundan daha çox əziyyət çəkir. Beynəlxalq konvensiyalar, regional proqramlar və layihələr çərçivəsində bu istiqamətində fəaliyyət aparılır.

Layihənin məqsədi ətraf mühitin vəziyyəti ilə bağlı statistik məlumatların idarə edilməsi sahəsində texniki və təşkilati imkanların artırılması, müasir metodlara uyğun göstəricilər əsasında ətraf mühitin vəziyyəti ilə bağlı hesabatların hazırlanması, ətraf mühitin vəziyyəti ilə bağlı regional və beynəlxalq öhdəliklərə uyğun olaraq hesabatların təkmilləşdirilməsi və bu sahədə yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına dəstək verilməsidir. https://eni-seis.eionet.europa.eu/east

Layihənin məqsədi Sərq Tərəfdasliq ölkələrində su ehtiyatlarinin inteqrasiyali idarəçiliyii, Su Çərçivə Direktivlərinin (SÇD) prinsiplərinə uyğun su idarəçiıiyinə riayət edilməsinə dəstək verilməsi və transsərhəd hövzəsində suyun birgə idarə olunmasina dəstək verilməsidir. https://euwipluseast.eu/en/

Kür II layihəsi Strateji Fəaliyyət Planı və Milli İnteqrasiya olunmuş Su Ehtiyatları Idarəetmə Planlarının həyata keçirməklə yeraltı və yerüstü suların əlaqələndirilmiş birgə transsərhəd idarəetməsini gücləndirilməsi və harmonizasiyasına dəstək verir. https://kura-river.org/