Xəzər dənizi
Xəzər dənizi deyiləndə gözlərimiz önündə özünəməxsusluğu, unikallığı, zəngin karbohidrogen ehtiyatları, coğrafi hidroiqlim şəraiti canlanır. Bununla yanaşı, digər su hövzələri ilə əlaqəsi olan dənizlərdən fərqli olaraq Xəzər dənizinin özünəməxsus hidrometeoroloji və bioloji rejimi mövcuddur.
Planetimizin ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi vahid Avrasiya materikinin iki geniş hissəsinin sərhəddində, Azərbaycanın isə şərqində yerləşir. Respublikamızla Xəzərin sərhədi 816 km təşkil edir. Xəzər dənizinin sahəsi dünyadakı bütün göllərin ümumi sahəsinin 44 faizinə bərabərdir. Suyunun səviyyəsi dünya okeanının səviyyəsindən 28 metr aşağıdadır. Xəzər dənizinin səviyyəsinin daim tərəddüd etməsi ilə əlaqədar olaraq onun coğrafi və morfometrik xüsusiyyətləri də dəyişmələrə məruz qalır. Belə ki, dənizin səviyyəsi aylar üzrə 30-40 sm intervalında dəyişir. Xəzərin ən dərin yeri Lənkəran çökəkliyidir, burada dərinlik 1025 metrdir. Bu su hövzəsinin səthinin sahəsi 370 000 km²-dən çoxdur. Xəzər dənizi meridional istiqamətdə şimaldan cənuba doğru təxminən 1200 km uzanır, eni isə 554 km, suyunun həcmi 78.2 min km3-dir. Dənizin sahəsinin dəyişmə diapazonu 10%-lə 20% arasındadır.
Coğrafi quruluşuna görə Xəzər dənizinin iqlimi planetimizin ən nəhəng iqlim göstəricisi adlandırıla bilər. Qeyd etdiyimiz kimi, Xəzər dənizi qapalı su hövzəsi olduğundan xüsusi hidroloji rejimə malikdir. Xəzər dənizi və onun ətraf əraziləri üzərində meteoroloji şərait və iqlim Avrasiya materiki üzərindəki atmosfer dövranlarının, dəniz sahil zonasının relyefi və su səthinin təsiri ilə formalaşır. Meridian boyunca xeyli uzanması onun akvatoriyasında havanın temperaturunun paylaşmasının müxtəlifliyinə səbəb olur. Dəniz akvatoriyası üzərində havanın rütubətinin illik gedişi havanın temperaturunun illik gedişinə oxşardır. İqlim, su axını, dənizin dərinliyi, dibinin relyefi və sahillərinin kələ-kötürlüyü hidroloji rejimini təmin edən əsas amillərdəndir.
Xəzər dənizinə axan çayların sayı 130-dan çoxdur. Bu çaylar arasında əsas yeri Volqa çayı tutur. Volqa çayı Xəzər dənizini Dünya okeanı ilə birləşdirir. Xəzərə çaylardan Volqa (80%), Kür (6%) və Ural çayı (5%) tökülür buda onun suyunun kütləsinin 90%-i təşkil edir. Terek, Sulak, Samur çayları ümumilikdə Xəzərə tökülən suyun 5%-ni, yerdə qalan suyu isə İranın xırda çayları gətirir. Şərq sahilində isə Xəzərə heç bir çay tökülmür.
Xəzər dənizində səviyyə üzərində ilkin instrumental müşahidələr 1837-ci ildən Bakı məntəqəsində başlamış və bu günə qədər davam etdirilir.
Xəzər dənizinin Azərbaycan akvatoriyasina aid olan hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin tabeliyində olan İxtisaslaşmış Dəniz Hidrometeoroloji Stansiyasında (İDHMS), həmçinin iki dəniz hidrometeoroloji stansiyasında və beş məntəqədə dəniz hidrometeoroloji müşahidələri aparılır. Stansiya və məntəqələrdə dənizin səviyyəsi, suyun temperaturu, duzluluq, şəffaflıq, dalğalanma, havanın temperaturu, nisbi rütubət, yağıntı, külək, buludluluq, görünüş məsafəsi və atmosfer təzyiqi üzərində gün ərzində dörd dəfə ( Qrinviç vaxtı ilə 00, 06, 12, 18 saatlarında) operativ hidrometeoroloji müşahidələr aparılır. Bu stansiya və məntəqələr Abşeron yarımadası ətrafında yerləşən adalar və estakadalarda, həmçinin respublikamıza aid olan açıq dəniz akvatoriyasında yerləşir. Yuxarıda qeyd etdiyimiz parametrlərin hər biri bir çox təsərrüfat sahələri üçün əhəmiyyətlidir. Bu əhəmiyyəti nəzərə alaraq Xəzər dənizinin hidroloji və meteoroloji şəraitinin düzgün qiymətləndirilməsi əsas məsələlərdən biridir.
Müşahidə zamanı istifadə olunan ənənəvi cihazların imkanlarının məhdud olması və texniki cəhətdən zəif olması müşahidələrin keyfiyyətinə təsir edir. Hidroloji şəbəkədə müşahidələrin yüksək keyfiyyətlə aparılması məqsədilə müasir dəniz hidrometeoroloji avtomat stansiya kompleksi və proqram təminatının olması mühüm əhəmiyyət kəsb edir. Dəniz hidrometeoroloji şəbəkəsinin modernləşdirilməsi müşahidələrin müntəzəmliyini, operativliyini, reperezintativliyini təmin etmək üçün olduqca əhəmiyyətlidir. Belə ki, müşahidə şəbəkəsində müasir sensorlar insan əməyindən istifadə zamanı baş verən xətaların minimuma endirilməsini təmin edir. Dəniz hidrometeorologiya stansiya və məntəqələrində avtomat stansiyalarının quraşdırılması faktiki müşahidə məlumatlarının Milli Hidrometeorologiya Xidmətinə sürətli çatdırılmasının təminində önəmli rola malikdir. Bu səbəbdən də aparılan ənənəvi hidrometeoroloji müşahidələr ilə yanaşı, 1 stansiya (Neft Daşları İxtisaslaşdırılmış Dəniz Hidrometeroloji Stansiyası) və 3 məntəqədə (28 May Dəniz Hidrometeoroloji Məntəqəsi , Xərə-Zirə Dəniz Hidrometeroloji məntəqəsi və Darvin Bankə Dəniz Hidrometeoroloji Məntəqəsi) avtomat hidrometeoroloji stansiya kompleksi qurulub. Yaxın gələcəkdə digər stansiya və məntəqələrimizdə də müasir avtomat stansiya komplekslərinin qurulması nəzərdə tutulur. Hazırda 3 dəniz hidrometeoroloji stansiyasında və 5 dəniz hidrometeoroloji məntəqəsində dəniz hidrometeoroloji müşahidələr aparılır. Bunlar aşağıdakılardır:
1.Bakı - Bulvarı dəniz hidrometeoroloji məntəqəsi – Məntəqədə hidrometeoroloji parametrlər üzrə müşahidələr dənizin 3-5 m dərinliyində aparılır.
2.Neft Daşları İxtisaslaşmış Dəniz Hidrometeoroloji Stansiyası - Stansiya sahildən 100 km məsafədə estakada üzərində yerləşir. 1950-cu ilin noyabrından hidrometeoroloji stansiya kimi fəaliyyət göstərir. Müşahidələrin aparıldığı yerdə dənizin dərinliyi 18 m təşkil edir.
2020-ci il 28 may tarixdə Neft Daşları Dəniz Hidrometeoroloji Stansiyasında “Dəniz Hidrometeoroloji şəbəkənin modernləşdirilməsi” layihəsi çərçivəsində avtomat stansiya quraşdırılıb. Qeyd edilən dəniz məntəqəsində Avtomatik Dəniz stansiyasının (AWS-430) və onun ehtiyat hissələrinin (sensorların) montajı və meteoroloji məlumatların NM10 Müşahidə şəbəkəsinə ötürülməsi təmin edilib.
3.Çilov adası dəniz hidrometeoroloji stansiyası - Stansiya 1923-cu ildə açılaraq qısa proqramla işləmiş, 1951-ci ildən isə tam fəaliyyətə başlamışdır. Müşahidələr dənizin 1,5 m dərinliyində aparılır.
4.Sumqayıt hidrometeoroloji stansiyası - Sumqayıt şəhərinin şimalında dənizin sahilində yerləşir. 1948-ci ildən fəaliyyət göstərən dəniz hidrometeoroloji stansiyasında müşahidələr dənizin 3,5-4 m dərinliyində aparılır.
5.28 May dəniz hidrometeoroloji məntəqəsi – Məntəqə Neft Daşlarından 25 km şərqdə yerləşir və 2004-cu ildən fəaliyyət göstərir. Müşahidə aparılan yerdə dənizin dərinliyi 100 m təşkil edir.
2020-ci il iyunun 3-də 28 May dəniz məntəqəsinin 9-cu özülündə “Dəniz Hidrometeoroloji şəbəkənin modernləşdirilməsi” layihəsi çərçivəsində avtomat stansiya quraşdırılıb. Avtomatik Dəniz stansiyasının (AWS-430) və onun ehtiyat hissələrinin montajı və meteoroloji məlumatların NM10 Müşahidə şəbəkəsinə ötürülməsi təmin edilmişdir.
6.Darvin - Bankə dəniz hidrometeoroloji məntəqəsi – Məntəqə 1956-ci ildə fəaliyyətə başlamışdır. Pirallahı adasından 12-15 km məsafədə estakadada yerləşir. Müşahidə aparılan yerdə dənizin dərinliyi 7 m təşkil edir.
23 mart 2020-ci il tarixdə Darvin Bankəsi dəniz məntəqəsində “Dəniz Hidrometeoroloji şəbəkənin modernləşdirilməsi” layihəsi çərçivəsində avtomat stansiya quraşdırılmışdır. Avtomatik Dəniz stansiyasının (AWS-430) və onun ehtiyat hissələrinin (sensorların) montajı və meteoroloji məlumatların NM10 Müşahidə şəbəkəsinə ötürülməsi təmin edilmişdir.
7.Qum adası dəniz hidrometeoroloji məntəqəsi – Məntəqə 1958-ci ildən fəaliyyət göstərir. Müşahidələr dənizin 9 m dərinliyində aparılır.
8.Xərə-Zirə dəniz hidrometeoroloji məntəqəsi – Məntəqə 1959-cu ildən fəaliyyət göstərir. Müşahidələr dənizin 9 m dərinliyində aparılır.
14 iyun 2020-ci il tarixdə Xərə Zirə dəniz məntəqəsində “Dəniz Hidrometeoroloji şəbəkənin modernləşdirilməsi” layihəsi çərçivəsində avtomat stansiya quraşdırılmışdır. Avtomatik Dəniz stansiyasının (AWS-430) və onun ehtiyat hissələrinin (sensorların) montajı və meteoroloji məlumatların NM10 Müşahidə şəbəkəsinə ötürülməsi təmin edilmişdir.