Götürülən şirin su

Qısa xülasə

Azərbaycan uzun müddətli orta illik su istismarı indeksi (WEI) 52.7%-dən çox olan (WEI = 2019-cu ildə 78%), su qıtlığından əziyyət çəkən ölkədir. Kənd təsərrüfatı və suvarma suya ən yüksək tələbatın olduğu sektordur və illik cəmi su götürülməsinin 90.3%-i bu sektorun payına düşür.

Suyun götürülməsi 2000-2019-cu illər arasında 15% artmışdır, bərpa olunan su ehtiyatları isə eyni dövrdə 30.4% azalmışdır. Suyun 80%-dən çoxu yerüstü su ehtiyatlarından götürülür. Bununla belə, yeraltı su ehtiyatlarının hesabına təmin edilən su tələbatının nisbəti 2000-ci ildən etibarən 4 dəfə artmışdır.

Azərbaycanda şirin su ehtiyatlarının götürülməsi dayanıqlıdırmı?

Azərbaycan Respublikasında illik su istismarı indeksi (2000-2019)


Azərbaycanda illik bərpa olunan şirin su ehtiyatları orta hesabla təxminən 22 747 m3 (2000-2019) həcmindədir ki, bu da orta illik hesabla adambaşına 2570.7 m3 göstəriciyə uyğun gəlir.

Bununla belə, kənd təsərrüfatı və suvarma sektorunda suya yüksək tələbata görə, Azərbaycanda hər il orta hesabla cəmi bərpa olunan şirin su ehtiyatlarının 45%-i götürülür. Belə təzyiq səviyyəsi demək olar ki, hər il Azərbaycanı su ilə bağlı ciddi gərginlik vəziyyətinə məruz qoyur. Sudan istifadə isə bərpa olunan su ehtiyatlarında mühüm əhəmiyyətli azalmaya (2000-ci ildən 2019-cu ilə 30.4% azalma) və suyun götürülməsində artıma (eyni dövr üzrə 15%) görə son illərdə tədricən artmışdır (WEI = 2019-cu ildə 78%).    

WEI su götürülməsindən bərpa olunan su ehtiyatlarına yaranan təzyiqin səviyyəsini əks etdirir. Bərpa olunan su ehtiyatları adətən iqlim şəraitinin təsiri altında dəyişir. Xüsusən də yağıntı və faktiki buxarlanma onlara təsir göstərir. Rütubətli illər ərzində (yüksək yağıntı və faktiki aşağı buxarlanma) WEI nisbətən aşağı olacaqdır, quru illərdə isə hətta suyun götürülməsinin eyni səviyyədə qalmasına baxmayaraq, WEI daha yüksək olacaqdır.

Hesablanmış WEI-nə əsasən, Azərbaycan su qıtlığı şəraitində yaşayır. Digər tərəfdən, qeyd olunmalıdır ki, ölkə boyunca mövsümi və regional su qıtlığı şəraiti illik indekslə müqayisədə əhəmiyyətli dərəcədə dəyişir.

Suyun götürülməsi azalırmı?

Azərbaycan Respublikasında mənbələr üzrə suyun götürülməsi (2000-2019)


İqtisadi fəaliyyət sahələri tərəfindən şirin su ehtiyatlarına təzyiqlər nələrdir?

Bərpa olunan su ehtiyatlarının vaxtaşırı olaraq dəyişməsinə baxmayaraq, 2012-ci ildən etibarən illik bərpa olunan su ehtiyatları uzun müddətli orta göstəricidən aşağı olaraq qalmışdır və suyun götürülməsinin bərpa olunan su ehtiyatlarına təzyiqi getdikcə artmaqdadır.

Azərbaycanda müxtəlif iqtisadi fəaliyyətlərin suya tələbatını ödəmək üçün orta hesabla ildə 11500 milyon m3 su götürülür. 2000-2019-cu illər arasında suyun götürülməsində artan tendensiya baş vermişdir.

Ölkənin ümum əhalisi də 2000-2019-ci illər arasında 24.2% artmışdır. Bu isə mövcud bərpa olunan su ehtiyatlarında 2000-ci ildə 2902.1 m3/adambaşı göstəricidən 2019-cu ildə 1 625.4 m3/adambaşına qədər azalma (44%) ilə nəticələnmişdir.

Azərbaycan Respublikasında iqtisadi fəaliyyət sahələri tərəfindən götürülən su (2000-2019)


Azərbaycan Respublikasında iqtisadi fəaliyyət sahələri tərəfindən götürülən su (2019)


Ümumilikdə şirin su ehtiyatlarına mühüm tələbat yaradan və su çatışmazlığına səbəb olur əsas sektor kənd təsərrüfatıdır (90.3%, sudan istifadə göstəricisinə baxın). Azərbaycan özünün əksər kənd təsərrüfatı məhsulları istehsalı üzrə suvarmadan yüksək dərəcədə asılıdır. Belə ki, kənd təsərrüfatı ən böyük su tələb edən sektordur və kənd təsərrüfatı məqsədləri üçün suyun götürülməsi daima artmaqdadır. Bu artım 2001-ci ildən 2019-cu ilə qədər 27.6% təşkil etmişdir. Digər tərəfdən, orta hesabla cəmi götürülən suyun təxminən 33%-i suyun nəqli zamanı itkiyə gedir (sudan istifadə göstəricisinə baxın), bu isə suyun iqtisadi sektorlar tərəfindən istifadə səmərəliliyini azaldır.

Su səmərəliliyində, xüsusuən kənd təsərrüfatı sektorunda və suyun nəqli zamanı baş verən su itkilərinin azaldılmasında bir çox təkmilləşdirmə işləri görülməlidir.

 

Göstəricinin xüsusiyyətləri

Göstəricinin təsviri

İllik götürülən şirin suyun toplam həcmi (yerüstü və yeraltı sular) - Bütün İqtisadi Fəaliyyətlərin Sənaye Təsnifatı üzrə Beynəlxalq Standarta (ISIC) müvafiq olaraq bütün iqtisadi fəaliyyətlər üzrə və bərpa olunan şirin su ehtiyatlarının faizi - yəni ölkənin WEI kmi ifadə olunur.


Vahidlər

Şirin suyun götürülməsinin toplam həcmi və iqtisadi fəaliyyətlər üzrə cəmi həcm ildə milyon kub metrlərlə (milyon m3) ölçülür; WEI faiz şəklində ifadə olunur.

 

Əsaslandırma

Göstəricinin seçilməsi üzrə əsaslandırma

Göstərici təbii mənbələrdən götürülmüş şirin suyun, eləcə də şirin su ehtiyatlarının götürülməsi baxımından ətraf mühitə təzyiqlərin ölçülməsini təmin edir.

Şirin suyun götürülməsinin monitorinqi bərpa olunan su ehtiyatlarının qorunub saxlanması və su ehtiyatlarının idarəçiliyinin dayanıqlılığının təkmilləşdirilməsi baxımından Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bu göstərici Azərbaycanın təbii sərvətlərinin qorunub saxlanmasına və səmərəli istifadəsinə nail olmağın düzgün qiymətləndirilməsinə imkan verir.

Elmi istinadlar

  • UNECE, 2011. Azərbaycan - İkinci Ekoloji Fəaliyyət İcmalı, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası, Ekoloji Fəaliyyət İcmalı Silsilələri № 31, e-ISBN 978-92-1-117035-1, Nyu-York və Cenevrə.
  • UNECE, 2018. Ekoloji göstəricilərin Tətbiqi üzrə Göstərişlər, C2-nin Təsviri. Şirin suyun götürülməsi.
  • UNECE, 2018. Ekoloji göstəricilərin Tətbiqi üzrə Göstərişlər, Terminlər lüğəti – C2. Şirin suyun götürülməsi.

Siyasi kontekst və hədəflər

 

Kontekstin təsviri

Milli siyasi kontekst

Azərbaycan Respublikasının Su Məcəlləsi (1997),  Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli № 418-IQ nömrəli Qanunu ilə qəbul edilmişdir. Xəzər Dənizinin (gölünün) Azərbaycana məxsus olan hissəsi Azərbaycan xalqının təbii sərvətinin tərkib hissəsidir və əhalinin həyat və fəaliyyətinin bazası kimi və flora və faunanın mövcudluğunu təmin etmək üçün istifadə olunur və mühafizə edilir. Məcəllə Azərbaycanda su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində hüquqi qaydaları tənzimləyir.

 

Beynəlxalq siyasi kontekst

BMT-nin 2030-cu ilə qədərki dövr üzrə Dayanıqlı İnkişaf Gündəminin Dayanıqlı İnkişaf Məqsədi 6 (DİM 6) “hər kəs üçün su və kanalizasiya xidmətlərinə çıxışın təmin edilməsi”dir. DİM 6-nın göstəricilərindən biri, 6.4.2-ci indikator “su stresinin səviyyəsi: suyun götürülməsi mövcud şirin su ehtiyatlarının nisbəti kimi” adlanır və bu isə dayanıqlı su siyasətinin vacibliyini göstərir.

 

Hədəflər

Milli hədəflər

Heç bir milli hədəf müəyyənləşdirilməmişdir.

 

Beynəlxalq hədəflər

BMT DİM 6, hədəf 6.4: 2030-cu ilə qədər bütün sektorlar üzrə sudan istifadə səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaq və su çatışmazlığını həll etmək üçün şirin suyun dayanıqlı şəkildə götürülməsini və təchizatını təmin etmək, eləcə də su qıtlığından əziyyət çəkən insanların sayını əhəmiyyətli dərəcədə azaltmaq.

 

Aidiyyəti siyasi sənədlər

Azərbaycan Respublikasının Su Məcəlləsi, 1997. Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli № 418-IQ nömrəli Qanunu ilə qəbul edilmişdir.

Dayanıqlı İnkişaf Məqsədləri. BMT (2016). Dayanıqlı inkişaf məqsədləri, dayanıqlı inkişaf gündəmi.

 

Metodologiya

Göstəricinin hesablanması üçün metodologiya

Vahidlər və tənliklər

identifikasiya nömrəsi Komponent Vahid Tənlik
C2.1.

Götürülən yeraltı şirin su

milyon m3

 

C2.2.

Götürülən şirin su

milyon m3

 

C2.3.

Su təchizatı sənayesi (ISIC 36)

milyon m3

= C 2.1 + C 2.2;

= C 2.4 + C 2.5 + C 2.6 + C 2.7 + C 2.8 + C 2.9

C2.4

Ev təsərrüfatları

milyon m3

 

C2.5.

Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq (ISIC 01-03)

milyon m3

 

C2.6.

Emal sənayesi (ISIC 10-33)

milyon m3

 

C2.7.

Elektrik enerjisi sənayesi (ISIC 351)

milyon m3

 

C2.8.

Digər iqtisadi sektorlar

milyon m3

 

C2.9.

Bərpa olunan çirin su ehtiyatları (yerüstü)

milyon m3

 

C2.10.

Yerüstü su üçün WEI

milyon m3

 

C2.11  

Faiz %

= C 2.1/C 2.10

 

Boşluqların doldurulması üçün metodologiya

Heç bir boşluqların doldurulması metodologiyası həyata keçirilməmişdir.

Metodoloji istinadlar

  • EEA, 2005. EEA əsas göstəricilər dəstinə dair təlimat. EEA Texniki hesabat № 1/2005, ISBN 92-9167-757-4, Lüksemburq.
  • UNECE, 2018.Ekoloji göstəricilərin Tətbiqi üzrə Göstərişlər, Məlumat şablonu – C2. Şirin suyun götürülməsi.
  • UNECE, 2018.Ekoloji göstəricilərin Tətbiqi üzrə Göstərişlər, C2-nin Təsviri. Şirin suyun götürülməsi.
  • UNECE, 2018.Ekoloji göstəricilərin Tətbiqi üzrə Göstərişlər, Terminlər Lüğəti – C2. Şirin suyun götürülməsi.
  • UNSD və UNEP, 2013.Ekoloji Statistikaya dair 2013-cü ilin Sorğu Anketi. Birləşmiş Millətlər Təşkilatının Statistika Şöbəsi və BMT-nin Ekoloji Proqramı, Ekoloji Statistika üzrə 2013-cü ilin Sorğu Anketi, Su Bölməsi.

Qeyri-müəyyənliklər

Metodologiyada qeyri-müəyyənliklər

Statistika qurumundan əldə edilmiş məlumatlarda iqtisadi fəaliyyətlərin təsnifatı ISIC 4-cü versiyası ilə uyğunsuzluq vardır. Buna görə də bu göstəricidə təqdim olunan məlumat və informasiya regional qiymətləndirmə üçün tam şəkildə uyğun deyil.

Məlumatların qeyri-müəyyənliyi

Heç bir qeyri-müəyyənlik aşkar edilməmişdir. 


Əsaslandırmada qeyri-müəyyənliyi

Heç bir qeyri-müəyyənlik aşkar edilməmişdir.

 

Məlumat mənbələri

  • Mənbələr və iqtisadi fəaliyyətlər üzrə suyun götürülməsi üzrə məlumat Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilmişdir.
  • Su ehtiyatlarına dair məlumat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuşdur.

Metaməlumatlar

Mövzular: su

İndikatorun kodu: C2

Etiketlər: suyun götürülməsi, su istehlakı indeksi, Azərbaycan

Əhatə etdiyi zaman müddəti: 2000-2019

DPSIR: təzyiq

Tipologiyası: təsviri göstərici (Tip A - ətraf mühitə və insanlara nə baş verir?)


Tarixlər

Dərc olunma tarixi:

Ən son düzəliş edilmişdir:

Yenilənmələrin tezliyi: hər il



Əlaqə məlumatları və mülkiyyət

Əlaqələndirici şəxs:

Mülkiyyət: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi



Aidiyyəti məzmun

Qısa müddətli iş

Heç bir qısa müddətli iş müəyyən edilməmişdir.

 

Uzun müddətli iş

Milli Su Strategiyası işlənib hazırlanır.