RMS-lərin radar məlumatları

ŞAMAXI RMS

Şamaxı RMS-in radar məlumatlarına əsasən 12 aprel saat 12:00 radələrində Bakı şəhərində və ətraf sahələrdə topa-yağış buludları müşahidə olunur. Əksetmənin qiymətinə və korrelyasiya əmsalına əsasən deyə bilərik ki, buludludların sululuğu yüksəkdir və iri ölçülü damcılardan ibarətdir. Qeyd olunan prosesin 2 saat ərzində davam edəcəyi gözlənlir. Topa-yağış buludları Abşeron yarımadasının cənub sahilində yaranmış yarımada üzərindən keçərək şimala doğru hərəkət edəcəyi gözlənilir.



Şamaxı RMS-in radar məlumatlarına əsasən 10 aprel tarixində Respublikanın şərq rayonlarında əsasən yağmursuz hava şəraiti və zəif şərq küləyi müşahidə olunmuşdur. Lakin 11 aprel gecə saatlarında Şərqi Aran rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunmuş, bəzi ərazilərə zəif yağış yağmışdır.
Günorta saatlarından başlayaraq əksər Aran rayonlarında yağışlı hava şəraiti müşahidə olunmuşdur. Ağcəbədi, Beyleqan, Tərtər, Bilesuvar, Yevlax, Bərdə, İmişli, Saatlı, Zərdab, Salyan, Göyçay və Ucar rayonlarında ildırım-dolu prosesi baş vermişdir.
Ərazidə cənub küləyinin sürəti 15 m/san-dək olmuşdur.