Bərpa olunan şirin su ehtiyatları
Qısa xülasə
Azərbaycan yuxarı axındakı ölkələrdən daxil olan sudan ciddi şəkildə asılıdır. Orta hesabla, Azərbaycanın yuxarı axındakı sulardan asılılıq nisbəti cəmi bərpa olunan şirin su ehtiyatlarının 78%-dən çoxunu təşkil edir. İllik bərpa olunan şirin su ehtiyatları 2019-cu ildə 16 223 million m3 olmuşdur ki, (orta illik 22 747 m3) bu da ildə adambaşına 1 625.4 m3 su həcminə bərabərdir. 2000-ci ildən etibarən, bərpa olunan şirin su ehtiyatları 30.4%-dən çox əhəmiyyətli dərəcədə azalmışdır, digər tərəfdən ölkə əhalisinin sayı həmin dövr ərzində 24.2% artmışdır.
Azərbaycanda bərpa olunan şirin su ehtiyatları dayanıqlıdırmı?
Bərpa olunan şirin su ehtiyatlarının dəyişmə tendensiyası (2000-2019)
Azərbaycan su ilə bağlı ciddi şəkildə təzyiq və sıxıntılarla üzləşən ölkələrdən biridir və burada orta illik su istehlakı indeksi 52.7%-dir. Su istehlakı indeksi 2019-cu ildə 78% olaraq hesablanmışdır (əlavə məlumat üçün Götürürlən şirin su göstəricisinə baxın). Ümumiyyətlə Azərbaycanın təbii su balansı yuxarı axında yerləşən hövzələrdən gələn kənar axınlardan ciddi dərəcədə asılıdır. Ölkənin yuxarı axındakı sudan asılılıq nisbəti orta illik miqyasda təxminən 79%-dir. İqlim şəraitinin nəticəsində, effektiv yağıntı daxili axının əsas hissəsini təşkil edən cəmi axının yalnız 12%-nə bərabərdir. Buna baxmayaraq, orta illik cəmi bərpa olunan şirin su ehtiyatları təxminən 22 747 milyon m3-dir. Digər tərəfdən, 2000-ci ildən etibarən bərpa olunan şirin su ehtiyatlarında ciddi şəkildə azalma baş vermis, 23312.2 milyon m3-dən 2019-cu ildə 16 223 milyon m3-ə qədər azalmışdır.
Kür və Araz çayları Azərbaycana axan və ölkənin ümumi su balansında mühüm rol oynayan böyük çaylardır. Respublikada irili-xırdalı 140 su anbarı mövcuddur. Onlardan 6 əsas böyük su anbarları bunlardır: Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Varvara, Ceyranbatan və Sərsəng. Azərbaycanda hər birinin həcmi 1 mln. m3-dən çox 61 su anbarı mövcuddur. Kür çayının üzərindəki Mingəçevir su anbarı ən böyük su anbarıdır və 15 730 milyon m3 tutumu vardır ki, onun suyundan enerji istehsalı və suvarma üçün istifadə olunur. Samur çayı isə Samur-Abşeron kanalı vasitəsilə Azərbaycanın şimal-şərq zonasında və Abşeron yarımadasında içməli su təchizatı və suvarma baxımından vacib rol oynayır.
Qeyd olunmalıdır ki, yüksək dərəcədə dəyişən iqlim şəraitinə görə bərpa olunan şirin su ehtiyatları ildən-ilə ciddi şəkildə fərqlənir. Bərpa olunan şirin su ehtiyatlarında dəyişmənin miqyası orta illik normadan 29% aşağı və yaxud 32% yuxarıdır. Belə yüksək dərəcədə fərqlənmələr bütün ölkə boyunca su ehtiyatlarının idarə olunmasında uyğunsuzluqlar və risklər əmələ gətirir. Bərpa olunan su ehtiyatlarının rekord səviyyəsi 2003-cü ildə 29 935.1 milyon m3 olaraq müşahidə edilmişdir, mövcud su ehtiyatlarının ən aşağı səviyyəsi isə 2019-cu ildə 16 223 milyon m3 olmuşdur.
Azərbaycan əhalisinin sayı 2019-cu ildə 9.9 milyon nəfər təşkil etmişdir. Əhali 2000-2019-ci illər arasında 24.2% artmışdır. Paralel olaraq, suyun götürülməsinə dair tələbat da həmçinin 15% artmışdır, bərpa olunan şirin su ehtiyatları isə həmin dövrdə 30.4% azalmışdır. Bu da öz növbəsində adambaşına illik bərpa olunan şirin su ehtiyatlarında əhəmiyyətli dərəcədə azalma ilə nəticələnmişdir, belə ki, bu göstərici 2000-ci ildə 2902.1 m3/adambaşı göstəricidən 2019-cu ildə 1 625.4 m3/adambaşına qədər azalmışdır. Ölkədə uzunmüddətli kəskin su çatışmazlığı şəraiti yaxın gələcəkdə su səmərəliliyinin yaxşılaşdırılmasına ehtiyacın olması barədə xəbərdarlıqdır.
Göstəricinin xüsusiyyətləri
Göstəricinin təsviri
Bu indikator ölkədə bərpa olunan şirin su ehtiyatlarını və onların mövcudluğunu qiymətləndirmək üçün lazım olan əsas komponentləri əhatə edir. Bərpa olunan şirin su ehtiyatları (səth və qrunt suları) yağıntı vasitəsilə yenilənir (buxarlanma çıxılmaqla) ki, bu da həmin suların çaylara axıb getməsi və susaxlayan təbəqələrin (daxili axının) təkrar dolması ilə nəticələnir, eləcə də qonşu ölkələrdən axıb gələn səth suları və qrunt suları vasitəsilə (yuxarı axındakı sahələrdən kənar axın və yaxud daxili axın) bərpa olunur. Bu göstəriciyə həmçinin səth sularının və qrunt sularının qonşu ölkələrə və dənizə axıb getməsi də daxildir.
Ölçü vahidi
İldə milyon kub metrlə (milyon m3).
Əsaslandırma
Göstəricinin seçilməsi üzrə əsaslandırma
Bərpa olunan şirin su ehtiyatları əsas ekoloji və iqtisadi əhəmiyyətə malikdir. Onların paylanması ölkələr arasında və daxilində geniş şəkildə fərqlənir. Şirin su ehtiyatlarına təzyiqlər həddindən artıq istismar və ekoloji keyfiyyətin pisləşməsinin nəticəsində meydana çıxır. Bərpa olunan şirin su ehtiyatlarını şirin suyun götürülməsi ilə əlaqələndirmək şirin suyun dayanıqlılığının təmin edilməsində mərkəzi məsələdir.
Göstərici ölkədə şirin su ehtiyatlarının vəziyyətinin ölçülməsi və onun vaxtaşırı olaraq dəyişməsi ilə əlaqədar məlumatları təmin edir.
Elmi istinadlar
- UNECE, 2011. Azərbaycan - İkinci Ekoloji Fəaliyyət İcmalı, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası, Ekoloji Fəaliyyət İcmalları Silsiləsi № 31, e-ISBN 978-92-1-117035-1, Nyu-York və Cenevrə.
- UNECE, 2018. Ekoloji göstəricilərin Tətbiqi üzrə Göstərişlər, C1. - Bərpa olunan şirin su ehtiyatlarının təsviri.
- UNECE, 2018. Ekoloji göstəricilərin Tətbiqi üzrə Göstərişlər, Terminlər lüğəti – C1. Bərpa olunan şirin su ehtiyatları.
- UNSD, 2012. Su Statistikası üzrə Beynəlxalq Tövsiyələr, İqtisadi və Sosial məsələlər Departamentinin Statistika Şöbəsi, Statistik sənədlər, Seriya M№ 91,m ST/ESA/STAT/SER.M/91, ISBN: 978-92-1-161545-6, Nyu-York.
Siyasi kontekst və hədəflər
Məzmunun təsviri
Milli siyasi kontekst
Sərhəddən keçən (Transsərhəd) Su axınları və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi üzrə Konvensiya (Su Konvensiyası) əməkdaşlığı asanlaşdırmaqla transsərhəd su ehtiyatlarından dayanıqlı istifadəni təmin etmək məqsədini daşıyır. İndikator qonşu ölkələrə səth və qrunt su axınlarını, dənizə axan səth və qrunt suları və qonşu ölkələrdən səth və qrunt sularının daxil olan axınlarını müqayisə etməyə imkan verir.
Beynəlxalq siyasi kontekst
Su ehtiyatlarının inteqrasiyalı idarə olunması dərəcəsi məsələsi BMT-nin 2030-cu ilə qədərki dövr üzrə Dayanıqlı İnkişaf Gündəminin Dayanıqlı İnkişaf Məqsədləri 6-da əks olunmuşdur ki, bu da “hər kəs üçün su və kanalizasiya xidmətlərinə çıxışın təmin edilməsi”dir və buna 6.5.1-ci indikator - “su ehtiyatlarının inteqrasiyalı idarəçiliyinin həyata keçirilmə dərəcəsi (0-100)” vasitəsilə nəzarət olunur.
Hədəflər
Heç bir xüsusi milli hədəf müəyyənləşdirilməmişdir.
Aidiyyəti siyasi sənədlər
Sərhəddən keçən (Transsərhəd) Su axınları və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsinə dair Konvensiya (1992). UNECE, Nyu-York və Cenevrə.
Azərbaycan Respublikasının Su Məcəlləsi, 1997. Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli № 418-IQ nömrəli Qanunu ilə qəbul edilmişdir. Məcəllə Azərbaycanda su obyektlərinin istifadəsi və mühafizə olunması ilə əlaqədar hüquqi qaydaları tənzimləyir.
Dayanıqlı İnkişaf Məqsədləri. BMT (2016). Dayanıqlı inkişaf məqsədləri, dayanıqlı inkişaf gündəmi.
Metodologiya
Göstəricinin hesablanması üçün metodologiya
Qeyd: Daxili axın = yağıntı - faktiki buxarlanma
Bərpa olunan şirin su ehtiyatları = daxili axın + qonşu ölkələrdən səth və qrunt sularının daxil olan axınları
Boşluqların doldurulması üçün metodologiya
Heç bir boşluqların doldurulması həyata keçirilməmişdir.
Metodoloji istinadlar
- EEA, 2005.EEA əsas indikatorlar dəstinə dair təlimat. EEA Texniki hesabat № 1/2005, ISBN 92-9167-757-4, Lüksemburq.
- UNECE, 2018.Ekoloji İndikatorların Tətbiqi üzrə Göstərişlər, Məlumat şablonu – C1. Bərpa olunan şirin su ehtiyatları.
- UNECE, 2018.Ekoloji İndikatorların Tətbiqi üzrə Göstərişlər, C1-in Təsviri. Bərpa olunan şirin su ehtiyatları.
- UNECE, 2018.Ekoloji İndikatorların Tətbiqi üzrə Göstərişlər, Terminlər Lüğəti - C1. Bərpa olunan şirin su ehtiyatları.
- UNSD və UNEP, 2013.Ekoloji Statistikaya dair 2013-cü ilin Sorğu Anketi. Birləşmiş Millətlər Təşkilatının Statistika Şöbəsi və BMT-nin Ekoloji Proqramı, Ekoloji Statistika üzrə 2013-cü ilin Sorğu Anketi, Su Bölməsi.
Qeyri-müəyyənliklər
Metodologiyada qeyri-müəyyənliklər
Heç bir qeyri-müəyyənlik aşkar edilməmişdir.
Məlumatlarda qeyri-müəyyənliklər
Yerüstü və yeraltı suların dənizə axınları barədə məlumatın çatışmazlığına görə, ümumi təbii balansın hesablanmasında qeyri-müəyynəliklər yaranır.
Əsaslandırmada qeyri-müəyyənliklər
Heç bir qeyri-müəyyənlik aşkar edilməmişdir.
Məlumat mənbələri
Məlumat mənbələri:
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ENI SEIS II layihəsi çərçivəsində Avropa Ətraf mühit Agentliyinə təqdim edilən bərpa olunan şirin su ehtiyatlarına dair məlumatlar
Metaməlumatlar
Mövzu: su
Göstəricinin kodu: C1
Etiketlər: bərpa olunan şirin su ehtiyatları, Azərbaycan
Əhatə etdiyi zaman müddəti: 2000-2019
DPSIR: Vəziyyət
Tipologiyası: təsviri göstərici (Tip A - ətraf mühitə və insanlara nə baş verir?)
Tarixlər
Dərc olunma tarixi:
Ən son düzəliş edilmişdir:
Yenilənmələrin tezliyi: hər il
Əlaqə məlumatları və mülkiyyət
Əlaqələndirici şəxs:
Mülkiyyət: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi