2-4 oktyabr tarixlərində olan aqrometeoroloji proqnoz

02 oktyabr tarixində havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.   03 – 04 oktyabr aralığında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, lakin 04-ü axşama doğru yağıntıların tədricən kəsiləcəyi ehtimalı var. Havanın temperaturu aran və dağətəyi rayonlarda 18-27⁰C isti olacaq.  
     Proqnozlaşdırılan yağıntılı hava şəraiti torpaq rütubətliliyini artıracaq ki, bu da biçilmiş otlaq bitkilərində növbəti boyatmanı təmin edəcək. Lakin intensiv yağıntılar yetişmiş pambıq xammalı üçün əlverişsiz olduğundan məhsulun zədələnməsinə, dolu hadisəsi isə meyvə ağaclarında yetişmiş meyvələrin tökülməsinə səbəb ola bilər. Eyni zamanda belə hava şəraiti sahələrdə aqrotexniki işlərin aparılması üçün uyğun olmayacaq.