Hidroloji müşahidələr və xidmətlər
Azərbaycanda ilk hidroloji müşahidələr 1880-ci ildə Kür çayının Salyan məntəqəsində aparılmışdır. Çay axını üzərində stasionar müşahidələr isə əsasən 1925-ci ildən sonra başlamışdır. Ölçmə məntəqələrinin sayı ildən-ilə artmağa başlamış, hidroloji müşahidə şəbəkəsi genişlənmişdir.
Hazırda Respublikanın su obyektlərində (çaylarda, göllərdə və su anbarlarında) 88 hidroloji məntəqə fəaliyyət göstərir. Onlardan 80-i çay, 6-sı su anbarı, 2-si isə göl üzərindədir.
Əsas vəzifələrdən biri dövlət orqanlarını, əhalini və iqtisadiyyatın müxtəlif sahələrini ölkənin su obyektləri, onların rejimi haqqında, operativ və proqnozlaşdırılmış hidroloji məlumatlarla vaxtında və keyfiyyətlə təmin etməkdir.
Ənənəvi stansiyalarda hər gün gündə 2 dəfə suyun səviyyəsi və temperaturu üzərində müşahidələr aparılır. Su sərfinin ölçülməsi isə hər on gündə 2 dəfə, gursululuq dövründə isə daha çox aparılır.
Payız, qış və yaz dövründə buzun vəziyyəti və qalınlığı üzərində müşahidələr aparılır.
Hidroloji xidmətlər aşağıdakı istiqamətlərdə aparılır:
• Hidroloji proqnozlar
• Hidroloji illiklər və hidroloji monitorinq məlumatlarının təhlili
• Çöl ekspedisiya işləri
Su obyektlərinin faktiki vəziyyətinin operativ qiymətləndirilməsi aparılır, hidroloji rejiminin müxtəlif elementləri işlənib hazırlanır və proqnozlaşdırılır. Hər gün bəzi Tranzit və daxili çaylarda, iri su anbarlarında faktiki vəziyyət, çaylarda müşahidə olunan və gözlənilən sululuğa dair icmal və su anbarlarına gözlənilən axım proqnozu barədə “Gündəlik hidroloji bülleten” hazırlanır.
Aşağıdakı növ hidroloji proqnozlar tərtib edilir:
• Su anbarlarına (Şəmkir, Mingəçevir) gündəlik axım proqnozu
• Kür çayının aşağı axınında 2 məntəqə üzrə iki günlük səviyyə proqnozu
• Ongünlük proqnoz
• Aylıq proqnoz
• Su anbarlarına (Şəmkir, Mingəçevir) rüblük axım proqnoz
• Yaz-yay (aprel-iyun) gursululuq dövrü proqnozu
• Xəbərdarlıq
Regional bölmələrə metodiki rəhbərlik etməklə, hidroloji şəbəkənin iş planlarının məqsəd və vəzifələrinə uyğun olaraq yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün məsələlərin operativ həlli həyata keçirilir. Yerüstü sular bölməsi üzrə “Hidroloji illik”lərin hazırlanması üçün məlumatlar yoxlanılır, toplanılır, emal edilir, ümumiləşdirilir və təhlil edilir. Hidroloji təhlillər və hesablamalar aparılır, sorğu əsasında istehlakçılar üçün hidroloji məlumatlar hazırlanır.
Aparılmış qarölçmə işlərinə əsasən hazırlanan hesabatda Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin çay hövzələrində xüsusi marşrutlar üzrə hesablanmış qar örtüyünün hündürlüyü, sıxlığı, sululuğu və həmin ərazilərin qar ehtiyatları haqqında məlumatlar təqdim edilir. Qar ehtiyatları və gözlənilən yağıntılar haqqında məlumatlara əsaslanaraq isə gursululuq dövründə Respublikanın iri su anbarlarına (Şəmkir, Mingəçevir, Araz və s.) Kür, Araz və Qanıx tranzit çayları ilə daxil olacaq axımın və yerli dağ çaylarının sululuğunun proqnozu tərtib edilir.
Böyük Qafqazın şimal-şərq hissəsində Qusarçayın hövzəsində Tufandağ buzlağında tədqiqatlar aparılır. Dağ çaylarında selin izinə görə ölçü işləri aparılaraq hesablamalar nəticəsində maksimal su sərfləri müəyyən edilir. Kür çayının mənsəbində hidroloji tədqiqat işləri həyata keçirilir.