Məişətdə adambaşına sudan istifadə
Qısa xülasə
2000-ci ildə ölkədə adambaşına orta hesabla bərpa olunan şirin su ehtiyatlarından məişət məqsədləri üçün 131.8 m3 su istifadə edilmişdir, bununla müqayisədə 2019-cu ildə həmin rəqəm 113.4 m3 təşkil etmişdir.
Su təchizatı şəbəkəsinə qoşulmuş əhali 2005-ci ildə 41.6%-dən 2017-ci ildə 51%-ə qədər artmışdır. Adambaşına sudan istifadə isə həmin dövrdə 32.5% azalmışdır ki, bu da mütləq azalmanı göstərir.
Bununla belə, əhalinin 49%-i suya olan tələbatını özünü təchiz edərək ödəməlidir və hələ də su təchizatı sisteminə qoşulmamışdır. Bu isə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) hədəf 6.1-ə, 2030-cu ilə qədər hər kəs üçün təhlükəsiz və ödənişi mümkün olan içməli suya universal və bərabər səviyyəli çıxışa müvəffəq olmaq hədəfindən uzaqda saxlayır. 2019-cu ildə ev təsərrüfatları üzrə adambaşına suyun istifadəsi orta hesabla gündə 310.6 l-dir.
Azərbaycanda adambaşına məişət məqsədi ilə sudan istifadə azalırmı?
Ev təsərrüfatları üzrə cəmi şirin sudan istifadə (2005-2019)
Adambaşına məişətdə sudan istifadə (2005-2019)
Azərbaycan orta illik su istehlakı indeksi 53.1%-dən artıq olmaqla su qıtlığı şəraitinə məruz qalır. Azərbaycanın kənar su axınlarından orta illik asılılıq nisbəti yüksək olaraq hesablanır (78%). Orta hesabla, hər il müxtəlif iqtisadi sektorların suya ehtiyacını qarşılamaq üçün təxminən 11 500 milyon m3 sudan istifadə olunur ki, bundan 6.8%-i ev təsərrüfatlarının məqsədləri üçün istifadə edilir.
Ev təsərrüfatlarına təchiz olunan sudan əsasən içməli su, yemək bişirmək və gigiyena üçün, o cümlədən şəxsi və evin təmizliyi üçün elementar ehtiyaclar üçün, eləcə də əlavə olaraq avtomobillərin yuyulması, bağça və qazonun sulanması və s. üçün istifadə olunur.
Su təchizatı şəbəkəsinə yatırılan investisiyalar nəticəsində su təchizatına qoşulan əhali 2005-ci ildən (41.6%) 2017-ci ilə (50.9%) qədər 9.3% artmışdır. Həmin dövr ərzində, adambaşına sudan istifadə 32.5% azalmışdır. Azərbaycan əhalisinin ümumi sayında artım və vaxtaşırı olaraq adambaşına sudan istifadənin azalması əhali və sudan istifadə arasında mütləq mütənasibliyin aradan qalxmasını göstərir. Bununla belə, əhalinin 49%-i suya olan tələbatını özünü təchiz edərək ödəməlidir və hələ də su təchizatı sisteminə qoşulmamışdır. Bu isə Azərbaycanın BMT Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) hədəf 6.1-ə, 2030-cu ilə qədər hər kəs üçün təhlükəsiz və ödənişi mümkün olan içməli suya universal və bərabər səviyyəli çıxışa müvəffəq olmaq hədəfindən uzaqda saxlayır.
2019-ci ildə ev təsərrüfatları üçün gündəlik adambaşına suyun götürülməsi orta hesabla gündə 310.6 l/adambaşı hesablanmışdır.
Göstəricinin xüsusiyyətləri
Göstəricinin təyinatı
Su təchizatı sənayesi və özünü təchiz etmə vasitəsilə ev təsərrüfatlarını və onunla əlaqədar əhalinin kommunal ehtiyaclarını qarşılamaq üçün istifadə olunan suyun miqdarı.
Vahidlər
Ev təsərrüfatları tərəfindən cəmi istifadə olunan suyun həcmi milyon kub metrlə ölçülür və adambaşına isə kub metrlər ölçülür.
Əsaslandırma
Göstəricinin seçilməsi üzrə əsaslandırma
Göstərici su təsərrüfatı xidmətlərinin inkişafının səviyyəsini və əhalinin bütün məişət ehtiyaclarını qarşılamaq üçün suya əlçatanlığın dərəcəsini müəyyənləşdirməkdən ötrü vacibdir. Göstərici həmçinin ayr-ayrı ölkələrdə məişət məqsədli sudan istifadənin tendensiyalarını müəyyənləşdirməyə kömək edir.
Elmi istinadlar
- Howard, G. və Bartram, J., 2003. Məişət Su Kəmiyyəti, Xidmət Səviyyəsi və Sağlamlıq. Ümümdünya Səhiyyə Təşkilatı, WHO/SDE/WSH/03.02, Cenevrə, İsveçrə.
- UNECE, 2011.Azərbaycan - İkinci Ekoloji Fəaliyyət İcmalı, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası, Ekoloji Fəaliyyət İcmalları Silsiləsi № 31, e-ISBN 978-92-1-117035-1, Nyu-York və Cenevrə.
- UNECE, 2018. Ekoloji Göstəricinin Tətbiqi üzrə Göstərişlər, C4-ün təsviri: Adambaşına məişət məqsədli sudan istifadə.
- UNECE, 2018. Ekoloji Göstəricinin Tətbiqi üzrə Göstərişlər, Terminlər lüğəti – C4: Adambaşına məişət məqsədli sudan istifadə.
Siyasi kontekst və hədəflər
Kontekstin təsviri
Milli siyasi kontekst
Azərbaycan su və kanalizasiya sektoru üzrə müvafiq olan çoxsaylı konvensiya və tərəfdaşlıqların, o cümlədən Sərhəddən keçən Su axınları və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsinə dair Helsinki Konvensiyasının və həmin Konvensiyanın Su və Sağlamlıq Protokolunu imzalayan tərəfidir.
Beynəlxalq siyasi kontekst
BMT-nin 2030-cu ilə qədərki dövr üzrə Dayanıqlı İnkişaf Gündəminin Dayanıqlı İnkişaf Məqsədi 6 (DİM 6) “hər kəs üçün su və kanalizasiya xidmətlərinə çıxışın təmin edilməsi”dir. DİM 6-nın 6.1-ci hədəfi “2030-cu ilə qədər hamı üçün təhlükəsiz və ödəniş imkanı olan içməli suya universal və bərabər səviyyəli çıxışa nail olmaq” məqsədini daşıyır. Eynilə də, hədəf 6.2 “qadın və qızların, eləcə də həssas vəziyyətdə olanların ehtiyaclarına xüsusi diqqət yetirərək, 2030-cu ilə qədərhər kəs üçün adekvat və bərabər səviyyəli kanalizasiya və gigiyenaya çıxışı təmin etmək və açıq şəkildə tualetlərə son qoymaq” məqsədini daşıyır.
Hədəflər
Heç bir spesifik hədəf müəyyənləşdirilməmişdir.
Aidiyyəti siyasi sənədlər
- Azərbaycan Respublikasının Su Məcəlləsi, 1997.Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli № 418-IQ nömrəli Qanunu ilə qəbul edilmişdir.
- Dayanıqlı İnkişaf Məqsədləri. BMT (2016).Dayanıqlı inkişaf məqsədləri, dayanıqlı inkişaf gündəmi.
Metodologiya
Göstəricinin hesablanması üçün metodologiya
Vahidlər və tənliklər
İdentifikasiya nömrəsi | Komponent | Vahid | Tənlik |
C4.1 |
Su təchizatı sənayesi tərəfindən ev təsərrüfatlarına təchiz edilən su |
milyon m3/il |
|
C4.2 |
Su təchizatı sənayesinə qoşulan əhali (təxmini hesablama) |
milyon nəfər |
|
C4.3 |
Adambaşına sudan istifadə (su təchizatı sənayesi) |
m3/adambaşına/il |
= C 4.1/C 4.2 |
C4.4 |
Su təchizatı sənayesinə qoşulmamış əhali (özünü təchiz etmə, təxmini hesablama) |
milyon nəfər |
= C 4.8 - C 4.2 |
C4.5 |
Adambaşına özünü təchiz etmə vasitəsilə təchiz olunan, ev təsərrüfatları tərəfindən sudan istifadənin təxmini hesablanması |
m3/adambaşına/il |
|
C4.6 |
Ölkədə sudan istifadə (özünü təchizetmə) |
milyon m3/il |
= C 4.4 x C 4.5 |
C4.7 |
Ev təsərrüfatları tərəfindən sudan cəmi istifadə |
milyon m3/il |
=C 4.1 + C 4.6 |
C4.8 |
Cəmi əhalinin sayı |
milyon nəfər |
|
C4.9 |
Adambaşına cəmi məişət məqsədli sudan istifadə (su təchizatı sənayesi və özünü təchizetmə) |
m3/adambaşına/il |
=C 4.7/C 4.8 |
Boşluqların doldurulması üçün metodologiya
Heç bir boşluqların doldurulması həyata keçirilməmişdir.
Metodoloji istinadlar
- EEA, 2005. EEA əsas Göstəricilər dəstinə dair təlimat. EEA Texniki hesabat № 1/2005, ISBN 92-9167-757-4, Lüksemburq.
- UNECE, 2018. Ekoloji Göstəricilərin Tətbiqi üzrə Göstərişlər, Məlumat şablonu – C4: Adambaşına məişət məqsədli sudan istifadə.
- UNECE, 2018. Ekoloji Göstəricilərin Tətbiqi üzrə Göstərişlər, C4-ün Təsviri: Adambaşına məişət məqsədli sudan istifadə.
- UNECE, 2018. Ekoloji Göstəricilərin Tətbiqi üzrə Göstərişlər, Terminlər lüğəti – C4: Adambaşına məişət məqsədli sudan istifadə.
- UNSD və UNEP, 2013. Ekoloji Statistikaya dair 2013-cü ilin Sorğu Anketi. Birləşmiş Millətlər Təşkilatının Statistika Şöbəsi və BMT-nin Ekoloji Proqramı, Ekoloji Statistika üzrə 2013-cü ilin Sorğu Anketi, Su Bölməsi.
Qeyri-müəyyənliklər
Metodoloji qeyri-müəyyənliklər
Heç bir qeyri-müəyyənlik aşkar edilməmişdir.
Məlumatlarda qeyri-müəyyənliklər
Ev təsərrüfatları tərəfindən özünü təchizetmə üzrə sudan istifadəyə dair heç bir məlumat yoxdur. Beləliklə, bu indikatorda qiymətləndirmə adambaşına məişət məqsədli sudan istifadənin cari vəziyyətini əks etdirmək üçün tam şəkildə etibarlı deyildir.
Əsaslandırmada qeyri-müəyyənliklər
Heç bir qeyri-müəyyənlik aşkar edilməmişdir.
Məlumat mənbələri
- Ümümdaxili Məhsul haqqında məlumat Dünya Bankı tərəfindən təqdim olunmuşdur.
- 1. Su ehtiyatlarının mühafizəsini və onlardan səmərəli istifadəni səciyyələndirən əsas göstəricilərAzərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuşdur.
- 3. İqtisadi fəaliyyət növləri üzrə su ehtiyatlarını səciyyələndirən əsas göstəricilərAzərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuşdur.
Metaməlumat
Mövzular: su
İndikatorun kodu: C4
Etiketlər: sudan istifadə, adambaşına sudan istifadə, Azərbaycan
Əhatə etdiyi zaman müddəti: 2000-2019
DPSIR: təzyiq
Tipologiya: təsviri indikator (Tip A - ətraf mühitə və insanlara nə baş verir?)
Tarixlər
Dərc olunma tarixi:
Ən son düzəliş edilmişdir:
Yenilənmələrin tezliyi: hər il
Əlaqə məlumatları və mülkiyyət
Əlaqələndirici şəxs:
Mülkiyyət: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Heç bir qısa müddətli iş müəyyən edilməmişdir. Heç bir uzun müddətli iş müəyyən edilməmişdir.Aidiyyəti məzmun
Qısa müddətli iş
Uzun müddətli iş