Elektron xidmətlər
Elektron xidmət sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.
-
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Bu xidmət sudan xüsusi istifadəyə icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.
-
Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi (İnformasiya xidməti) Bu xidmət Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə, dövlət orqanlarına, bələdiyyələrə ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsini əhatə edir.
-
Meteoroloji, hidroloji, okeanoqrafik, aqrometeoroloji cihaz və qurğuların sertifikatlaşdırılması
Bu xidmət mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən idxal, ixrac, təkrar ixrac və istifadə edilən meteoroloji, hidroloji, okeanoqrafik, aqrometeoroloji cihaz və qurğuların yoxlanılması, attestasiyadan keçirilməsi və sertifikatlaşdırılmasını əhatə edir.