Sudan istifadə
Qısa xülasə
Azərbaycanda iqtisadi sektorlar üzrə şirin sudan illik istifadə 2000-2019-cu illər arasında 4.6% artmışdır. Həmin dövr ərzində kənd təsərrüfatında sudan istifadə 42.4 % artmışdır. Orta hesabla, cəmi götürülən şirin suyun 33%-i itkiyə gedir (2019-cu ildə 34.3%). 2000-2019-cu illər arasında suyun nəqlinin səmərəliliyində heç bir əhəmiyyətli təkmilləşmə müşahidə olunmamışdır.
Kənd təsərrüfatı suya ən yüksək tələbatı olan sektordur ki, bu tələbat 2019-cu ildə ölkədə cəmi illik şirin sudan istifadənin 88.7%-ni təşkil etmişdir.
Azərbaycan Respublikasında sudan istifadə azalırmı?
Azərbaycanda şirin sudan cəmi istifadə (2000-2019)
İqtisadi fəaliyyət sahələri üzrə sudan cəmi istifadə (2000-2019)
İqtisadi fəaliyyət sahələri üzrə sudan cəmi istifadə (2019)
Orta illik cəmi şirin sudan istifadə təxminən 7 703 milyon m3 həcmindədir və son illərdə əhəmiyyətli dərəcədə artım baş vermişdir, belə ki, bu rəqəm 2000-ci ildə 7 937 hm3-dən 2019-cu ildə 8306.1 milyon m3-ə qədər artmışdır. İllik su tələbatının 80%-dən çoxu yerüstü su ehtiyatları hesabına təmin olunur, bununla belə, 2000-ci ildən etibarən yeraltı sulara təzyiq artmaqdadır.
Kənd təsərrüfatı Azərbaycanda suya ən yüksək tələbatın olduğu sektordur. Cəmi şirin sudan istifadənin təxminən 88.7%-i bu sektorun payına düşür, daha sonra isə ev təsərrüfatları (10.2%) gəlir.
İqtisadi fəaliyyət sahələri tərəfindən sudan səmərəli istifadə olunurmu?
Azərbaycanda alıcılıq qabiliyyəti pariteti parametrlərinə görə ümum daxili məhsulun hər vahidinə düşən şirin sudan cəmi istifadə (2000-2018)
Sürətli iqtisadi inkişaf nəticəsində ÜDM 2000-2019-ci illər arasında 9 dəfədən çox artmışdır. Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM 27.7 milyard ABŞ dollarından 144.6 milyard (2018) ABŞ dollarına qədər artmışdır. Həmin dövr ərzində sudan istifadə 286.4 m3/1000 beynəlxalq dollar ÜDM-dən 55.3 m3/ 1000 beynəlxalq dollar ÜDM-ə qədər azalmışdır, bu isə gəlirin artması və sudan istifadə arasında nisbi azalmanı göstərir. Qeyd olunmalıdır ki, həmin dövr ərzində cəmi illik şirin sudan istifadə 4.6% artmışdır. Nisbətən səmərəliliyin əldə olunmasına baxmayaraq, nəql zamanı su itkiləri və kənd təsərrüfatında suya artan tələbat Azərbaycanda su ehtiyatlarının idarə olunmasında davam etməkdə olan əsas çətinliklər və çağırışlar olaraq qalmaqdadır.
Göstəricinin xüsusiyyətləri
Göstəricinin təsviri
Göstərici təbii mənbələrdən şirin suyun mövcudluğunu və ondan ev təsərrüfatları, kənd təsərrüfatı, sənaye və digər iqtisadi fəaliyyətlərin ehtiyacları üçün istifadəni göstərir. Sudan istifadə bütöv ölkə üzrə cəmi kəmiyyət olaraq təqdim olunur və Bütün İqtisadi Fəaliyyətlərin Sənaye Təsnifatı üzrə Beynəlxalq Standarta (ISIC) müvafiq olaraq iqtisadi fəaliyyətlər üzrə bölünür. Bundan başqa, göstərici ÜDM-in hər vahidi üzrə sudan cəmi istifadəni göstərir.
Vahidlər
Cəmi sudan istifadənin həcmi və iqtisadi fəaliyyətlər üzrə sudan istifadə həcmi ildə milyon kub metrlə (milyon m3) ölçülür; sabit qiymətlərlə (2017) Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM Dünya Bankının veb səhifəsindən götürülmüşdür.
Əsaslandırma
Göstəricinin seçilməsi üzrə əsaslandırma
Göstərici şirin sudan istifadənin ölçülməsini, eləcə də şirin su ehtiyatlarının istehlakı baxımından ətraf mühitə təzyiqlərə dair məlumat təmin edir. Göstərici həmçinin su təsərrüfatı xidmətlərinin inkişaf səviyyəsini və əhali və cəmiyyətin ehtiyaclarını qarşılamaq üçün suya əlçatanlığın dərəcəsini müəyyənləşdirməkdən ötrü vacibdir.
Elmi istinadlar
UNECE, 2011. Azərbaycan - İkinci Ekoloji Fəaliyyət İcmalı, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası, Ekoloji Fəaliyyət İcmalları Silsiləsi № 31, e-ISBN 978-92-1-117035-1, Nyu-York və Cenevrə.
UNECE, 2018. Ekoloji Göstəricilərin Tətbiqi üzrə Göstərişlər, C3-ün təsviri: Sudan cəmi istifadə
UNECE, 2018. Ekoloji Göstəricilərin Tətbiqi üzrə Göstərişlər, Terminlər lüğəti – C3. Sudan cəmi istifadə.
Siyasi kontekst və hədəflər
Kontekstin təsviri
Milli siyasi kontekst
Azərbaycan Respublikasının Su Məcəlləsi (1997), Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli № 418-IQ nömrəli Qanunu ilə qəbul edilmişdir. Xəzər Dənizinin (gölünün) Azərbaycana məxsus olan hissəsi Azərbaycan xalqının təbii sərvətinin tərkib hissəsidir və əhalinin həyat və fəaliyyətinin bazası kimi və flora və faunanın mövcudluğunu təmin etmək üçün istifadə olunur və mühafizə edilir. Məcəllə Azərbaycanda su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində hüquqi qaydaları tənzimləyir.
Beynəlxalq siyasi kontekst
BMT-nin 2030-cu ilə qədərki dövr üzrə Dayanıqlı İnkişaf Gündəminin Dayanıqlı İnkişaf Məqsədi 6 (DİM 6) “hər kəs üçün su və kanalizasiya xidmətlərinə çıxışın təmin edilməsi”dir. DİM 6-nın göstəricilərindən biri, 6.4.2-ci indikator “su stresinin səviyyəsi: suyun götürülməsi mövcud şirin su ehtiyatlarının nisbəti kimi” adlanır və bu isə dayanıqlı su siyasətinin vacibliyini göstərir.
Hədəflər
Milli hədəflər
Heç bir spesifik milli hədəf müəyyənləşdirilməmişdir.
Beynəlxalq hədəflər
BMT-nin DİM 6, hədəf 6.4: 2030-cu ilə qədər bütün sektorlar üzrə sudan istifadə səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaq və su çatışmazlığını həll etmək üçün şirin suyun dayanıqlı şəkildə götürülməsini və təchizatını təmin etmək, eləcə də su qıtlığından əziyyət çəkən insanların sayını əhəmiyyətli dərəcədə azaltmaq.
Aidiyyəti siyasi sənədlər
Azərbaycan Respublikasının Su Məcəlləsi, 1997. Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli № 418-IQ nömrəli Qanunu ilə qəbul edilmişdir.
Dayanıqlı İnkişaf Məqsədləri. BMT (2016). Dayanıqlı inkişaf məqsədləri, dayanıqlı inkişaf gündəmi.
Metodologiya
Göstəricinin hesablanması üzrə metodologiya
Vahidlər və tənliklər
İdentifikasiya nömrəsi | Komponent | Vahidlər | Tənlik |
C2.3 |
Götürülən şirin su |
milyon m3/il |
= C 2.3 (C2 indikatoruna baxın) |
C3.1 |
Duzsuzlaşdırılmış su |
milyon m3/il |
|
C3.2 |
Təkrar istifadə olunan su |
milyon m3/il |
|
C3.3 |
Suyun idxalı |
milyon m3/il |
|
C3.4 |
Suyun ixracı |
milyon m3/il |
|
C3.5 |
Cəmi mövcud olan şirin su |
milyon m3/il |
= C 2.3 + C 3.1 + C 3.2 + C 3.3 + C 3.4 |
C3.6 |
Nəql zamanı su itkiləri |
milyon m3/il |
|
C3.6a |
Digər itkilər və istifadə üçün nəzərdə tutulmayan su |
milyon m3/il |
|
C3.7 |
Cəmi şirin sudan istifadə |
milyon m3/il |
= C 3.5 - C 3.6 - C 3.6a; = C3.8 + C3.9 + C3.11 + C3.12 + C3.13 |
C3.8 |
Ev təsərrüfatları |
milyon m3/il |
|
C3.9 |
Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq (ISIC 01-03) |
milyon m3/il |
|
C3.10 |
burdan kənd təsərrüfatında suvarma məqsədlilə istifadə olunan |
milyon m3/il |
|
C3.11 |
Emal sənayesi (ISIC 10-33) |
milyon m3/il |
|
C3.12 |
Elektrik enerjisi sənayesi (ISIC 351) |
milyon m3/il |
|
C3.13 |
Digər iqtisadi fəaliyyət sahələri |
milyon m3/il |
|
C3.14 |
Sabit qiymətlərlə (2017) Alıcılıq Qabiliyyəti Paritetinə (PPP) görə ÜDM |
milyard dollar/il |
|
C3.15 |
ÜDM-in hər vahidinə görə cəmi şirin sudan istifadə |
m3/1 000 dollar |
= C3.7/C3.14 |
Boşluqların doldurulması üzrə metodologiya
Boşluqların doldurulması üzrə heç bir metodologiya müəyyənləşdirilməmişdir.
Metodoloji istinadlar
- EEA, 2005. EEA əsas indikatorlar dəstinə dair təlimat. EEA Texniki hesabat № 1/2005, ISBN 92-9167-757-4, Lüksemburq.
- UNECE, 2018. Ekoloji Göstəricilərin Tətbiqi üzrə Göstərişlər, Məlumat şablonu – C3: Sudan cəmi istifadə.
- UNECE, 2018. Ekoloji Göstəricilərin Tətbiqi üzrə Göstərişlər, C3-ün Təsviri: Sudan cəmi istifadə.
- UNECE, 2018. Ekoloji Göstəricilərin Tətbiqi üzrə Göstərişlər, Terminlər lüğəti – C3: Sudan cəmi istifadə.
- UNSD və UNEP, 2013. Ekoloji Statistikaya dair 2013-cü ilin Sorğu Anketi. Birləşmiş Millətlər Təşkilatının Statistika Şöbəsi və BMT-nin Ekoloji Proqramı, Ekoloji Statistika üzrə 2013-cü ilin Sorğu Anketi, Su Bölməsi.
Qeyri-müəyyənliklər
Metodoloji uyğunsuzluqlar
Heç bir uyğunsuzluq müəyyənləşdirilməmişdir.
Məlumatlarda qeyri-müəyyənliklər
Heç bir qeyri-müəyyənlik müəyyənləşdirilməmişdir.
Əsaslandırma qeyri-müəyyənliklər
Heç bir qeyri-müəyyənlik müəyyənləşdirilməmişdir.
Aidiyyəti məzmun
Qısa müddətli iş
Heç bir qısa müddətli iş müəyyən edilməmişdir.
Uzun müddətli iş
Milli Su Strategiyası işlənib hazırlanır.