Su anbarları

Respublikada irili-xırdalı 140 su anbarı mövcuddur. Su anbarlarının ümumi su həcmi 21,9 mlrd. m³ təşkil edir. Su anbarları sel və daşqın sularını tənzimləməklə, enerji istehsal etməklə, insanların həyat fəaliyyətinin inkişafında və ölkənin əkinçilik təsərrüfatında böyük əhəmiyyətə malikdir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və energetika, suvarma və içməli su məqsədi ilə istifadə olunurlar.



Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış Mingəçevir su anbarı 1953-cü ildə istismara verilmişdir. Su anbarının normal dolma səviyyəsində (83 m) ümumi sututumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir.

Kür çayının üzərində su anbarı, 1982-ci ildə istifadəyə verilmişdir. Anbarın ümumi sututumu 2677 mln m³, faydalı həcmi isə 1425 mln m³-dir.Anbarın normal dolma səviyyəsi 158 m, su güzgüsünün sahəsi 115,0 km², bəndinin üstdən uzunluğu 4500 m, hündürlüyü isə 70 m-dir.

Şəmkir su anbarından 14 km aşağıda elektrik enerjisi istehsal etmək məqsədilə 2000-ci ildə istismara verilmişdir. Anbarın ümumi həcmi 158 mln. m³, faydalı həcmi isə 136 mln. m³-dir.

Şəmkirçay çayının üzərində tikilən Şəmkirçay su anbarı 2014-cü ildə istifadəyə verilmişdir. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. 

Kür çayının üzərində, Mingəçevir SES-dən 20 km aşağıda yerləşir. Ondan buraxılan suları gündəlik tənzimləmək və elektrik enerjisi istehsal etmək məqsədilə 1956-ci ildə istismara verilmişdir. Su anbarının uzunluğu 13 km, normal səviyyədə maksi­mum eni 3,4 km-dir, dərinliyi 8,2 m, sahil xəttinin uzunluğu 31 km, su güzgüsünün sahəsi isə 20,5 km²-dir. 

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhəd hissəsində Araz çayının üzərində yaradılmış, su anbarı 1971-ci ildə istifadəyə verilmişdir. Azərbaycan və İran İslam Respublikası dövlətləri tərəfindən birgə tikilmiş bu su anbarı energetika və suvarma məqsədləri üçün birgə də (paritet əsasında) istismar olunur. Araz su anbarının ümumi su tutumu 1350 mln m³, faydalı həcmi 1150 mln m³-dir.

Samur-Abşeron suvarma sisteminə aid su anbarı. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Azərbaycan Respublikasının Şabran rayonu ərazisində inşa edilmişdir. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü 142,5 metrdir.

Bakı və Sumqayıt şəhərlərində iç­mə­­li və texniki suya tələbatın kəskin artması ilə əlaqədar olaraq 1955-ci ildə yaradılmışdır. Su anbarının sututumu 186 mln m³, faydalı həcmi 150 mln. m³-dur. Anbarın uzunluğu 8,74 km, maksimum eni 2,15 km, sahil xəttinin uzunluğu 23,3 km, maksimum dərinliyi 28,5 metr, ölü həcmi səviyyəsində isə 14,5 metrdir, su güzgüsünün sahəsi 1389 hektar təşkil edir.