Ekoloji göstəricilər
Ekoloji göstəricilər (indikatorlar) mürəkkəb ekoloji fenomenləri və hadisələri, o cümlədən vaxtaşırı baş verən tendensiyaları və tərəqqini sadə şəkildə təsvir etmək və əks etdirmək məqsədilə istifadə oluna bilən hesablamadır, beləliklə ətraf mühitin vəziyyətinə dair təsəvvür formalaşdırılır. İndikatorlar siyasətlə bağlı əsas suallara cavab vermək və siyasi çərçivələri tərtib etməkdən hədəflərin müəyyənləşdirilməsinə, siyasətin monitorinqi və qiymətləndirilməsindən siyasi qərarları qəbul edənlər və ictimaiyyətlə əlaqə yaradılmasına qədər ətraf mühitlə bağlı siyasi qərarlar qəbul edilməsinin bütün mərhələlərini dəstəkləmək məqsədilə layihələndirilir.
Bərpa olunan şirin su ehtiyatları
Azərbaycan yuxarı axındakı ölkələrdən daxil olan sudan ciddi şəkildə asılıdır. Orta hesabla, Azərbaycanın yuxarı axındakı sulardan asılılıq nisbəti cəmi bərpa olunan şirin su ehtiyatlarının 78%-dən çoxunu təşkil edir. İllik bərpa olunan şirin su ehtiyatları 2019-cu ildə 16 223 million m3 olmuşdur ki, (orta illik 22 747 m3) bu da ildə adambaşına 1 625.4 m3 su həcminə bərabərdir. 2000-ci ildən etibarən, bərpa olunan şirin su ehtiyatları 30.4%-dən çox əhəmiyyətli dərəcədə azalmışdır, digər tərəfdən ölkə əhalisinin sayı həmin dövr ərzində 24.2% artmışdır.
Götürülən şirin su
Azərbaycan uzun müddətli orta illik su istismarı indeksi (WEI) 52.7%-dən çox olan (WEI = 2019-cu ildə 78%), su qıtlığından əziyyət çəkən ölkədir. Kənd təsərrüfatı və suvarma suya ən yüksək tələbatın olduğu sektordur və illik cəmi su götürülməsinin 90.3%-i bu sektorun payına düşür.
Suyun götürülməsi 2000-2019-cu illər arasında 15% artmışdır, bərpa olunan su ehtiyatları isə eyni dövrdə 30.4% azalmışdır. Suyun 80%-dən çoxu yerüstü su ehtiyatlarından götürülür. Bununla belə, yeraltı su ehtiyatlarının hesabına təmin edilən su tələbatının nisbəti 2000-ci ildən etibarən 4 dəfə artmışdır.
Daha ətraflıSudan istifadə
Azərbaycanda iqtisadi sektorlar üzrə şirin sudan illik istifadə 2000-2019-cu illər arasında 4.6% artmışdır. Həmin dövr ərzində kənd təsərrüfatında sudan istifadə 42.4 % artmışdır. Orta hesabla, cəmi götürülən şirin suyun 33%-i itkiyə gedir (2019-cu ildə 34.3%). 2000-2019-cu illər arasında suyun nəqlinin səmərəliliyində heç bir əhəmiyyətli təkmilləşmə müşahidə olunmamışdır.
Kənd təsərrüfatı suya ən yüksək tələbatı olan sektordur ki, bu tələbat 2019-cu ildə ölkədə cəmi illik şirin sudan istifadənin 88.7%-ni təşkil etmişdir.
Daha ətraflıMəişətdə adambaşına sudan istifadə
2000-ci ildə ölkədə adambaşına orta hesabla bərpa olunan şirin su ehtiyatlarından məişət məqsədləri üçün 131.8 m3 su istifadə edilmişdir, bununla müqayisədə 2019-cu ildə həmin rəqəm 113.4 m3 təşkil etmişdir.
Su təchizatı şəbəkəsinə qoşulmuş əhali 2005-ci ildə 41.6%-dən 2017-ci ildə 51%-ə qədər artmışdır. Adambaşına sudan istifadə isə həmin dövrdə 32.5% azalmışdır ki, bu da mütləq azalmanı göstərir.
Daha ətraflıSu təchizatı
2017-ci ildə Azərbaycanın cəmi əhalisinin 50.9%-i mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmuşdur.
Su təchizatı sənayesinə qoşulan əhalinin sayı 2005-ci illə müqayisədə 2017-ci ildə 9.3% artmışdır. Mütləq ifadədə, eyni dövrdə kommunal su təchizatı şəbəkəsinə qoşulan cəmi əhali 41.6% artmışdır. Daşınma zamanı su itkiləri su təchizatı sektorunda əsas narahatlıq yaradan problem olaraq qalmışdır və götürülən suyun yarısından çoxunun itkisinə səbəb olmuşdur. Təxmini hesablanır ki, 2019-cu ildə cəmi su təchizatının 42.7%-i suyun nəqli zamanı itkiyə getmişdir.
Daha ətraflıÇaylarda OBT5 və ammonium
2011-ci ildən 2017-ci ilə qədər Azərbaycanın çaylarında orta illik oksigenə biokimyəvi təlabat (OBT5) və ammonium konsentrasiyasında artım və daha sonra əhəmiyyətli dərəcədə azalma baş vermişdir.
Şirin suda biogen maddələr
Göllərdə/su anbarlarında və çaylarda nitrat və fosfatın orta konsentrasiyası 2009-2012-ci illərdən bəri nəzərəçarpacaq dərəcədə azalmışdır. Göllərdə konsentrasiya zaman silsiləsinin əvvəlinə nisbətən sonunda hələ də yüksək olmuşdur.
Daha ətraflı