Qanunvericilik

Azərbaycan Respublikası son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir ki, bu da milli və beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Ölkənin ekoloji strategiyası ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin  iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.

Təbiətdən istifadənin, ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsinin əsas prinsiplərini və qaydalarını müəyyən edən həmin qanunlar əsasında Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və başqa mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları qəbul edilir. Qanunların əsasında qəbul olunmuş həmin aktlar ölkədə ekologiya sahəsində ictimai münasibətlərin lazımi səviyyədə tənzimlənməsini təmin edir.