Noyabrın 29-u saat 11:00-a olan faktiki hava

29 Noyabr 2026, 11:15

Noyabrın 29-u saat 11:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 29-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə bəzi yerlərdə  qısamüddətli az yağış yağıb. 

Düşən yağıntının miqdarı: Quba, Qusar, Naxçıvanda 1 mm-dək olub.

Şəmkir, Lerik, Yevlaxda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan MR-da 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə 1°-dək isti qeydə alınıb.