29 Noyabr 2026, 17:52
XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.
Haqqımızda