Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

29 Noyabr 2026, 17:22

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti noyabrın 30-u axşamdan dekabrın 2-si axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Qusar, Şabran, Siyəzən, Xızı, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.