Respublikanın əksər ərazilərində oktyabr ayının 1-ci ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasına yaxın, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-2 ⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 10.6 ⁰C, Qubada 12.7 ⁰C, İmişli, İsmayıllı, Naxçıvan, Ceyrançöl və Şəki-Zaqatala bölgəsində 15-16 ⁰C, Gəncə və Ordubadda 17 ⁰C,  Maştağa, Mərkəzi Aran, Sabirabad, Cəfərxan və Goranboyda  18-19 ⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 4 ⁰C, Qubada 5 ⁰C, Zaqatala və Naçıvanda 7 ⁰C, Şəki, Qəbələ, Balakən və İsmayıllıda 8 ⁰C, Cəfərxan, Ceyrançöl və Ordubadda 10 ⁰C , Maştağa, Gəncə və Tovuzda 11 ⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Quba və Naxçıvanda 4 ⁰C, Zaqatalada 5 ⁰C, Şəkidə və Ceyrançöldə 6 ⁰C, Gəncə, Tovuz və Cəfərxanda 9 ⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Şəkidə 16⁰C, Lənkəranda 20⁰C, Naxçıvanda 20⁰C, Gəncədə 20⁰C, Neftçalada 22⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 18⁰C, Lənkəranda 20⁰C, Gəncədə 21⁰C, Neftçalada 22⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 14%, Naxçıvanda 24%, Şəkidə 28%, Neftçalada 36%, Lənkəranda 20%-ə qədər, 20 sm dərinlikdə Gəncədə 16%, Şəkidə 40%, Neftçalada 47%, Lənkəranda 40%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Qəbələdə 123 mm, Şəki və Balakəndə 84 mm, Zaqatalada 67 mm, Maştağada 65 mm, Sabirabad mm, İsmayıllıda 45 mm, Cəfərxanda 42 mm, Salyanda 40 mm, Qubada 34 mm, Gədəbəydə 29 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Gədəbəydə 2 hPa, Balakəndə 3 hPa, Maştağa, Zərdab, İsmayıllı, Gəncə, Tovuz, Zaqatala, Qəbələ və Mil-Muğanda 4-5 hPa, Yevlax, Ceyrançöl və Zaqatalada 7 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 79-85%, Tərtərdə 74%, Gəncədə 77 %, Maştağada 81%, Qazax-Tovuzda 62-84%, Qubada 86%, Şəki-Zaqatalada 76-84%, Mərkəzi Aranda 72-83 % təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan aşağı olan günlərinin sayı Zərdab və Sabirabadda 2 gün, Cəfərxan 9 gün alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Maştağada (maksimum sürət 18 m/san), 1 gün Şəkidə Naxçıvanda (maksimum sürət 16 m/san), (maksimum sürət 15 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Pambıq əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən oktyabr ayının birinci ongünlüyündə əksər pambıqçılıq rayonlarında bitkilərdə ilk qozaların yetişməsi fenoloji mərhələsi müşahidə olunub. Tərtərdə 1 pambıq bitkisində formalaşmış qozaların orta sayı 22 ədəd, açılmış qozaların orta sayı 18-19 ədəd, yetişmiş qozaların orta sayı 15-16 ədəd Goranboyda formalaşmış qozaların orta sayı 15 ədəd, açılmış qozaların orta sayı 14-15 ədəd, yetişmiş qozaların orta sayı 15 ədəd təşkil edib. Bitkilərin vəziyyəti əsasən yaxşı qiymətləndirilir. Zaqatalada tütün bitkisində yığım və çay kollarında isə qönçələmə müşahidə edilib. Əksər rayonlarda nar və heyva ağaclarında meyvələrin yetişməsi, armud, alma, fındıq ağaclarında meyvələrin yığımı davam edib. Gəncədə yonca bitkisində 3-cü biçindən sonra otların boyatması, Zaqatalada 5-ci biçin qeydə alınıb. Yağıntılı hava şəraiti sahələrdə və bağlarda gübrələmə, dərmanlama, kimi kənd təsərrüfatı işləri üçün əlverişsiz olmuşdur.


Respublikanın əksər ərazilərində oktyabr ayının 2-ci ongünlüyündə yağıntısız hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasına yaxın, ötən ilin göstəriciləri ilə müqayisədə isə 5-6⁰C yuxarı olması ilə səciyyələnib.

Havanın dekadalıq orta temperaturu Gədəbəydə 14.2⁰C, İsmayıllı 15⁰C, Qubada, Ceyrançöl Naxçıvan, Qəbələ, Acınohur 17-18⁰C, Tərtər, Tovuz, Gəncə, Ordubad, Şəki-Balakən, Zaqatala bölgəsində 19-20 ⁰C,  Maştağa, Zərdab, Cəfərxan, Beyləqan və Goranboyda  21 ⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 5⁰C, Naxçıvanda 7⁰C, İsmayıllıda 8⁰C, Quba, Balakən, Ceyrançöl və Tovuzda 10⁰C, Qəbələ, Acınohur 11⁰C, Zaqatala, Ordubadda 12 ⁰C, Şəki, Gəncə, Cəfərxan və Zərdabda 13 ⁰C , Maştağa 15 ⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Quba və Naxçıvanda 4⁰C, Zaqatalada 5⁰C, Şəkidə və Ceyrançöldə 6⁰C, Gəncə, Tovuz və Cəfərxanda 9⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Şəkidə 17⁰C, Lənkəranda 20⁰C, Naxçıvanda 19⁰C, Gəncədə 21⁰C, Neftçalada 21⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 18⁰C, Lənkəranda 20⁰C, Gəncədə 21⁰C, Neftçalada 21⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 17%, Naxçıvanda 24%, Şəkidə 30%, Neftçalada 39%, Lənkəranda 50%-ə qədər, 20 sm dərinlikdə Gəncədə 18%, Şəkidə 42%, Neftçalada 48%, Lənkəranda 44%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Qəbələdə 123 mm, Şəki və Balakəndə 84 mm, Zaqatalada 67 mm, Maştağada 65 mm, Sabirabad mm, İsmayıllıda 45 mm, Cəfərxanda 42 mm, Salyanda 40 mm, Qubada 34 mm, Gədəbəydə 29 mm qeydə alınıb.


Rütubət çatışmazlığı İsmayıllı 4 hPa, Maştağa, Sabirabad, Quba, Gədəbəydə 5 hPa, Zərdab, İmişli 6 hPa, Balakən, Qəbələ, Gəncə, Ceyrançöl, Beyləqan 7 hPa, Şəki 8 hPa, Zaqatala, Yevlax, Tərtərdə 9 hPa, Tovuz 12 hPa, Naxçıvan və Ordubadda 26-30 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 78-82%, Tərtərdə 68%, Gəncədə 73 %, Maştağada 82%, Qazax-Tovuzda 66-75%, Qubada 76%, Şəki-Balakəndə 65-73%, Mərkəzi Aranda 70-81 % təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan aşağı olan günlərinin sayı Zərdabda 9 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Maştağada (maksimum sürət 19 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Pambıq əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən oktyabr ayının ikinci ongünlüyündə əksər pambıqçılıq rayonlarında birinci yığım fenoloji mərhələsi müşahidə olunub. Tərtərdə 1 pambıq bitkisində formalaşmış qozaların orta sayı 23 ədəd, açılmış qozaların orta sayı 20-21 ədəd, yetişmiş qozaların orta sayı 18 ədəd, Goranboyda formalaşmış qozaların orta sayı 15 ədəd, açılmış qozaların orta sayı 15-16 ədəd, yetişmiş qozaların orta sayı 15 ədəd təşkil edib. Bitkilərin vəziyyəti əsasən yaxşı qiymətləndirilir. Zaqatalada tütün bitkisində yığım və çay kollarında isə çiçəkləmə müşahidə edilib. Əksər rayonlarda nar, heyva, xurma, armud, alma, fındıq ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib. Gəncədə yonca bitkisində 3-cü biçindən sonra otların boyatması, Zaqatalada 5-ci biçin qeydə alınıb. Yağıntısız hava şəraiti sahələrdə və bağlarda suvarmaya təlabatı artıracaqdır.


Respublikanın əksər ərazilərində oktyabr ayının 3-cü ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 3-4⁰C, ötən ilin göstəriciləri ilə müqayisədə isə1-2 ⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 8.8 ⁰C, Qazax 10.3 ⁰C, Qubada 12.5 ⁰C, İsmayıllı, Şəki-Qəbələ 13.7⁰C, Acınohur, Zaqatala, Naxçıvan, Ceyrançöldə 14.7 ⁰C,  Tovuz, Gəncə, Ordubad, Tərtər, Balakəndə 15.5 ⁰C, Zərdab, Yevlax və  Mil-Muğanda 16.9 ⁰C, Goranboy və Maştağa 17.2 ⁰C  qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə və Naxçıvanda 6⁰C, Quba 7⁰C, İsmayıllı, Acınohur, Ceyrançöldə 8⁰C, Qəbələ, Şəki-Zaqatalada, Ordubad 9 ⁰C , Tovuz-Balakən 10⁰C, Gəncə 11 ⁰C, Zərdab, Cəfərxan və Maştağada 12 ⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Naxçıvanda 3⁰C, Ordubad, Qubada və Ceyrançöldə 7⁰C, İsmayıllı, Tovuz, Zaqatala 9⁰C, Şəkidə 10 ⁰C, Maştağa, Cəfərxanda 11⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Şəkidə 14⁰C, Naxçıvanda 17⁰C, Gəncədə və Neftçalada 18⁰C, Lənkəranda 19⁰C, Göyçayda 24⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 15⁰C, Gəncə, Neftçala və Lənkəranda 19⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 14%, Naxçıvanda 24%, Şəkidə 37%, Neftçalada 45%, Lənkəranda 34%-ə qədər, 20 sm dərinlikdə Gəncədə 16%, Şəkidə 48%, Neftçalada 52%, Lənkəranda 56%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Zaqatalada 71 mm, Şəkidə 53 mm, Cəfərxanda 46 mm, İmişlidə 39 mm, Salyan və Beyləqanda 34 mm, Ordubad, Qəbələ-Balakən 31 mm, Gədəbəydə 29 mm, Tərtər, Sabirabadda 27 mm, Qazaxda 26 mm, Quba 25 mm, Zərdab 21mm, Tovuz 20 mm, İsmayıllı 17 mm, Yevlax 14 mm, Naxçıvan 11 mm, Ceyrançöl-Goranboy 9 mm, Acınohur 7 mm qeydə alınıb.



Rütubət çatışmazlığı Ceyrançöldə 6 hPa, Naxçıvan-Ordubad, Cəfərxan, İmişli, Tərtərdə 4-5 hPa, Tovuz-Gədəbəy, Şimal-Qərb, Şimal-Şərq, Mərkəzi-Aran, Şirvan, bölgəsində 2-3 hPa arasında dəyişib.
Nisbi rütubət Qəbələ, Gəncədə Tovuzda 88-90%, Quba, Balakən, Şəki-Zaqatala, Sabirabadda 86-87%, Cəfərxan, Beyləqan, Gədəbəy ,Tərtər, Zərdab, İmişlidə 83-85%, Maştağa, Yevlax, İsmayıllıda 77-79 %, Naxçıvan, Ordubadda 73-75 % təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Naxçıvanda (maksimum sürət 16 m/san) təşkil edib.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Oktyabr ayının üçüncü ongünlüyündə Cəfərxanda, Goranboyda, Beyləqanda və Sabirabadda pambıq əkilmiş sahələrdə pambıq xammalının yığımı davam edib. Quba, Gəncə, Şəki, Zaqatala, İsmayıllıda, payızlıq dənli bitkilər əkiləcək sahələrdə fenoloji müşahidələrə əsasən şumlama, malalama və səpin işləri aparılmış. Bağlarda xurma, alma, armud, nar, heyva, qoz ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib, yarpaqların payız saralması və xəzan qeydə alınıb. Zaqatalada tütün bitkisində yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi müşahidə edilib. Gəncə və Ceyrançöldə otlaq bitkilərində payız boyatması davam edib.