Respublikanın əksər ərazilərində sentyabr ayının 1-ci ongünlüyündə az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1⁰C yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 3-4⁰C aşağı olması ilə səciyyələnib.

Havanın dekadalıq orta temperaturu Gədəbəydə 14,8⁰C, Qubada 18,5⁰C, Şəki-Zaqatala bölgəsində 20-26⁰C, Ceyrançöldə, Tovuzda və  Şərurda 22 ⁰C, Naxçıvanda, Mil-Muğanda, Ordubadda, Mərkəzi Aranda, Maştağada, Tərtərdə, Gəncədə, Goranboyda 23-24⁰C qeydə alınıb. 

Havanın minimum temperaturu Gədəbəydə 6⁰C, Qubada və Naxçıvanda 10⁰C, Şərurda 9⁰C, Zərdabda 12⁰C, Maştağada, Ceyrançöldə, Tovuzda, Gəncədə və Cəfərxanda 13⁰C, Şəki-Zaqatala bölgəsində 12-16⁰C, 20⁰C, Ordubadda 14⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Qubada 10⁰C, Gəncədə, Tovuzda, Ceyrançöldə və Zaqatalada 11⁰C, Cəfərxanda və Maştağada 12⁰C, Şəkidə 13⁰C, Naxçıvanda, Şərurda və Ordubadda 7-12⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Şəkidə 25⁰C, Qubada 21⁰C, Lənkəranda 26⁰C, Naxçıvanda 31⁰C,Göyçayda 28⁰C, Gəncədə 31⁰C, Neftçalada 31⁰C, 20 sm dərinlikdə temperaturu Qubada 23⁰C, Şəkidə 26⁰C, Lənkəranda 25⁰C, Gəncədə 29⁰C, Neftçalada 30⁰C, Göyçayda 34⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Gəncədə 14%, Naxçıvanda 25%, Şəkidə 10%, Qubada 18%, Neftçalada 34%, Lənkəranda 11%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 10%, Gəncədə 14%, Qubada 17%, Şəkidə 10%, Neftçalada 47%, Lənkəranda 10%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Zaqatalada 70 mm, Balakəndə 36 mm, Qəbələdə və Cəfərxanda 17 mm, Maştağada 16 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Gədəbəydə 5 hPa, Qubada 7 hPa, Şəki-Zaqatala bölgəsində 9-11 hPa, Maştağada 9 hPa, Cəfərxanda, Tərtərdə, Tovuzda və Ceyrançöldə 10 hPa, Zərdabda 11 hPa, Gəncədə 12 hPa, Mil-Muğanda 10-17 hPa, Yevlaxda 15 hPa, Şərurda, Ordubadda və Naxçıvanda 15-17 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 65-73%, Tərtərdə 68%, Gəncədə 63 hPa, Maştağada 72%, Qazax-Tovuzda 64-76%, Qubada 73%, Şəki-Zaqatalada 57-69%, Mərkəzi Aranda 56-69 hPa, Naxçıvan, Şərur və Ordubadda 46-49 hPa təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan aşağı olan günlərinin sayı Naxçıvanda 9 gün, Ordubadda 2 gün, Şərurda 7 gün, Cəfərxanda 1 gün qeydə alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Maştağada (maksimum sürət 26 m/san), Goranboyda (maksimum sürət 31 m/san), Şəkidə (maksimum sürət 20 m/san), Tərtərdə (maksimum sürət 25 m/san), Zərdabda (maksimum sürət 18 m/san), 1 gün Gəncədə (maksimum sürət 28 m/san), Zaqatalada (maksimum sürət 23 m/san), Tovuzda (maksimum sürət 24 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Pambıq əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən sentyabr ayının birinci ongünlüyündə əksər pambıqçılıq rayonlarında bitkilərdə ilk qozaların açılması fenoloji mərhələsi davam edib, Tərtərdə, Salyanda və Sabirabadda ilk qozalarda pambıq xammalının yetişməsi mərhələsi qeydə alınıb. Dekadanın sonlarında bitkilərin hündürlüyü 95-114 sm olub. Tərtərdə 1 pambıq bitkisində formalaşmış qozaların orta sayı 23 ədəd, Goranboyda 15 ədəd, açılmış qozaların orta sayı 4-5 ədəd, yetişmiş qozaların orta sayı 3-4 ədəd təşkil edib. Bitkilərin vəziyyəti əsasən yaxşı qiymətləndirilir. Zaqatalada qarğıdalı, tütün bitkilərində və çay kollarında yığım müşahidə edilib. Sabirabadda, Yevlaxda və Salyanda pomidor və qarpız bitkisində tam yetişkənlik və yığım, Qubada və Gədəbəydə kartof bitkisində tam yetişkənlik və yığım qeydə alınıb. Əksər rayonlarda armud, alma, fındıq ağaclarında, üzüm kollarında meyvələrin yetişməsi və yığım davam edib. Gəncədə və Tovuzda yonca bitkisində yaşıl kütlənin 3-cü biçini, Cəfərxanda və Qəbələdə 2-ci biçindən sonra otların boy atması qeydə alınıb. Sahələrdə və bağlarda alaqvurma, kübrələmə, dərmanlama, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.


Respublikanın əksər ərazilərində sentyabr ayının 2-ci ongünlüyündə az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3⁰C yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 4-5⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 16.7⁰C, Qubada 19.8 ⁰C, Şəki-Zaqatala bölgəsində 21-23 ⁰C, Gəncə, Ceyrançöl və Tovuzda 22 ⁰C,  Naxçıvan, Şərur, Mil-Muğan, Mərkəzi Aran, Tərtər və Maştağada 23 - 24 ⁰C,  Beyləqan, Sabirabad, Ordubad,  Goranboy və Yevlaxda 24 - 25⁰C qeydə alınıb.

 
Havanın minimum temperaturu Gədəbəydə 10⁰C, İsmayıllı və Naxçıvanda 11⁰C, Quba, Gəncə, Tovuz, Ceyrançöl, Şərur 12 – 13 ⁰C, Şəki-Zaqatala bölgəsində 14-15⁰C , Zərdab, Ordubad, Maştağa və Cəfərxanda 16 -17⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Naxçıvanda 9 ⁰C , Gəncə, Tovuz və Ceyrançöldə 11⁰C, Qubada və Şərurda 12⁰C, Şəki - Zaqatalada 13⁰C, Ordubadda və Cəfərxanda 14 - 15 ⁰C, Maştağada 16 ⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Şəkidə 23⁰C, Lənkəranda 23⁰C, Naxçıvanda 25⁰C, Göyçayda 24⁰C, Gəncədə 28⁰C, Neftçalada 27⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 26⁰C, Lənkəranda 23⁰C, Gəncədə 27⁰C, Neftçalada 26⁰C, Göyçayda 30⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 14%, Naxçıvanda 24%, Şəkidə 10%, Neftçalada 35%, Lənkəranda 11%-ə qədər, 20 sm dərinlikdə Gəncədə 17%, Şəkidə 18%, Neftçalada 47%, Lənkəranda 13%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Balakəndə 15 mm, Zaqatalda 9 mm, Gədəbəydə 4mm qeydə alınıb.


Rütubət çatışmazlığı Quba və Gədəbəydə 6 hPa, Maştağa və İsmayıllıda 9 hPa, Şəki - Zaqatalada 9-12 hPa, Qarabağ və Mil-Muğanda 10-11 hPa, Yevlaxda 14 hPa, Şərur və Naxçıvanda 19-20 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 68-73%, Tərtərdə 69%, Gəncədə 63 %, Maştağada 73%, Qazax-Tovuzda 61-76%, Qubada 76%, Şəki-Zaqatalada 61-70%, Mərkəzi Aranda 61-71 %, Naxçıvan, Şərur və Ordubadda 41-51 % təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan aşağı olan günlərinin sayı Naxçıvanda 9 gün, Ordubadda 2 gün, Şərurda 7 gün, Cəfərxanda 1 gün qeydə alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Gəncədə (maksimum sürət 28 m/san), Tovuzda (maksimum sürət 24 m/san), Goranboyda (maksimum sürət 19 m/san), Maştağada (maksimum sürət 15 m/san) təşkil edib.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Pambıq əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən sentyabr ayının ikinci ongünlüyündə əksər pambıqçılıq rayonlarında bitkilərdə ilk qozaların yetişməsi fenoloji mərhələsi müşahidə olunub. Tərtərdə 1 pambıq bitkisində formalaşmış qozaların orta sayı 23 ədəd, Goranboyda 15 ədəd, açılmış qozaların orta sayı 9-10 ədəd, yetişmiş qozaların orta sayı 4-5 ədəd təşkil edib. Bitkilərin vəziyyəti əsasən yaxşı qiymətləndirilir. Zaqatalada tütün bitkilərində və çay kollarında yığım müşahidə edilib. Gədəbəydə kartof bitkisində yığım qeydə alınıb. Əksər rayonlarda armud, alma, fındıq ağaclarında, üzüm kollarında meyvələrin yığımı davam edib. Gəncədə və Tovuzda yonca bitkisində yaşıl kütlənin 3-cü biçindən sonra otların boyatması qeydə alınıb. Yağıntısız hava şəraiti sahələrdə və bağlarda suvarmaya tələbatı artırmış, gübrələmə, dərmanlama, kimi kənd təsərrüfatı işləri üçün əlverişli olmuşdur.