Avqust ayının 1-ci dekadası üzrə Aqrometeoroloji bülleten
Respublikanın bəzi ərazilərində avqust ayının 1-ci ongünlüyündə az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3⁰C yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-3⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 19,8⁰C, İsmayıllıda və Qubada 24-26⁰C, Şəki-Zaqatala bölgəsində 26-29⁰C, Ceyrançöldə, Tərtərdə, Tovuzda, Maştağada, Gəncədə və Şərurda 27-28⁰C, Naxçıvanda, Ordubadda, Zərdabda, Mil-Muğanda, Mərkəzi Aranda 28-29⁰C, Goranboyda və Acınohurda 30-31⁰C qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəydə 13⁰C, Qubada 17⁰C, İsmayıllıda və Qəbələdə 18⁰C, Balakəndə, Şəkidə, Cəfərxanda, Zərdabda və Tovuzda 20⁰C, Zaqatalada, Gəncədə, Ceyrançöldə və Ordubadda 21⁰C, Maştağada 22⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Naxçıvanda 17⁰C, Qubada 16⁰C, Zaqatalada, Şəkidə, İsmayıllıda, Cəfərxanda, Tovuzda və Ordubadda 19⁰C, Maştağada və Gəncədə 20⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Şəkidə 23⁰C, Qubada 24⁰C, Lənkəranda 26⁰C, Naxçıvanda və Göyçayda 29⁰C, Gəncədə 32⁰C, Neftçalada 30⁰C, 20 sm dərinlikdə temperaturu Qubada və Şəkidə 24⁰C, Lənkəranda 25⁰C, Gəncədə 31⁰C, Neftçalada 29⁰C, Göyçayda 34⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Gəncədə 14%, Naxçıvanda 25%, Şəkidə 15%, Qubada 18%, Neftçalada 34%, Lənkəranda 10%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 10%, Gəncədə 18%, Qubada 28%, Şəkidə 23%, Neftçalada 47%, Lənkəranda 10%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Gədəbəydə 18 mm, Gəncədə və Qazaxda 8 mm qeydə alınıb.

Rütubət çatışmazlığı Gədəbəydə 8 hPa, Qubada 12 hPa, Şəki-Zaqatala bölgəsində 17-23 hPa, Maştağada 15 hPa, Cəfərxanda 13 hPa, Tovuzda və Ceyrançöldə 14-15 hPa, Zərdabda 17 hPa, Gəncədə 18 hPa, Beyləqanda 19 hPa, Tərtərdə və Sabirabadda 20 hPa, Şərurda 24 hPa, Ordubadda 25 hPa, İmişlidə və İsmayıllıda 21 hPa, Naxçıvanda 28 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 55-72%, İsmayıllıda 45%, Tərtərdə 50%, Gəncədə 56 hPa, Maştağada 66%, Qazax-Tovuzda 62-67%, Qubada 64%, Şəki-Zaqatalada 53-55%, Mərkəzi Aranda 48-62 hPa, Naxçıvan, Şərur və Ordubadda 36-44 hPa təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan aşağı olan günlərinin sayı Naxçıvanda 10 gün, İsmayıllıda və Şərurda 8 gün, Ordubadda 5 gün, Şəkidə 4 gün, Gəncədə 3 gün, Zərdabda, Qəbələdə və Zaqatalada 1 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Maştağada (maksimum sürət 15 m/san), Goranboyda (maksimum sürət 19 m/san), Naxçıvanda (maksimum sürət 16 m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Avqust ayının birinci ongünlüyündə pambıq əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən əksər pambıqçılıq rayonlarında bitkilərdə çiçəkləmə fenoloji mərhələsi davam edib, Sabirabadda və Gəncədə ilk qozaların açılması fenoloji mərhələsi qeydə alınıb. Dekadanın sonlarında bitkilərin hündürlüyü 95-110 sm olub. Tərtərdə 1 pambıq bitkisində formalaşmış qozaların orta sayı 7 ədəd, Goranboyda 9 ədəd təşkil edib. Bitkilərin vəziyyəti əsasən yaxşı qiymətləndirilir. Zaqatalada qarğıdalı bitkisində dənin süd yetişkənliyi, Balakəndə mum yetişkənliyi müşahidə edilib. Zaqatalada tütün bitkisində ilk əsas zoğların çıxması, Balakəndə orta yarusdakı yarpaqların texniki yetişkənliyi və yığımı, Zaqatalada müşahidə sahəsində çay kollarında yarpaqların 4-cü yığımı qeydə alınıb. Qubada kartof bitkisində, Sabirabadda və Salyanda pomidor bitkisində tam yetişkənlik və yığım, Acınohurda kələmdə texniki yetişkənlik müşahidə edilib. Əksər aran və dağətəyi rayonlarda armud, alma, heyva, xurma, qoz, fındıq ağaclarında meyvələrin böyüməsi davam edib. Gəncədə, Cəfərxanda, Tovuzda və Şəkidə yonca bitkisində 2-ci biçindən sonra, Zaqatalada 3-cü biçindən sonra otların boy atması, Qəbələdə yaşıl kütlənin 2-ci biçini, Ceyrançöldə və Acınohurda isə yovşan, qırtıc, ceyranotu kimi otlaq bitkilərinin yığımı qeydə alınıb. Sahələrdə və bağlarda alaqvurma, kübrələmə, dərmanlama, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.

Haqqımızda