İyul ayının 1-ci dekadası üzrə Aqrometeoroloji bülleten
Respublikanın bəzi ərazilərində iyul ayının 1-ci ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim norması və ötən ilin göstəriciləri ilə müqayisədə 1-2⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 17,5⁰C, Dağlıq Şirvan bölgəsində və Qubada 22-24⁰C, Şəki-Zaqatala bölgəsində 23-25⁰C, Ceyrançöldə və Maştağada 25⁰C, Tərtərdə, Gəncədə, Şəmkirdə, Naxçıvanda, Tovuzda və Şərurda 26⁰C, Mərkəzi Aranda, Mil-Muğanda, Ordubadda və Goranboyda 27-28⁰C qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəydə və Oğuzda 15⁰C, Qubada, Qəbələdə və İsmayıllıda 16⁰C, Şərurda, Naxçıvanda, Şəkidə və Balakəndə 17⁰, Zərdabda, Cəfərxanda, Gəncədə, Tovuzda, Zaqatalada və Ceyrançöldə 18⁰C, Ordubadda 19⁰C, Acınohurda və Maştağada 20⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Naxçıvanda, Qubada və Tovuzda 14⁰C, Zaqatalada və Ceyrançöldə 16⁰C, Cəfərxanda, İsmayıllıda və Ordubadda 17⁰C, Şəkidə və Gəncədə 18⁰C, Maştağada 20⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada və Şəkidə 21⁰C, Lənkəranda 24⁰C, Naxçıvanda və Göyçayda 25⁰C, Gəncədə 30⁰C, Neftçalada 28⁰C, 20 sm dərinlikdə temperaturu Qubada və Şəkidə 22⁰C, Lənkəranda 23⁰C, Gəncədə 28⁰C, Neftçalada 26⁰C, Göyçayda 30⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 4%, Gəncədə 16%, Naxçıvanda 25%, Şəkidə 31%, Qubada 20%, Neftçalada 35%, Lənkəranda 16%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 14%, Gəncədə 18%, Qubada 30%, Şəkidə 38%, Neftçalada 46%, Lənkəranda 22%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Balakəndə 233 mm, Zaqatalada 83 mm, Şəkidə 53 mm, Qazaxda 48 mm, Oğuzda və Gədəbəydə 47 mm, Acınohurda 36 mm, Tovuzda 19 mm, Qəbələdə 17 mm qeydə alınıb.

Rütubət çatışmazlığı Gədəbəydə 5 hPa, Qubada 8 hPa, Şəki-Zaqatala bölgəsində 10-12 hPa, Maştağada, Cəfərxanda və Tovuzda 12 hPa, Ceyrançöldə13 hPa, Gəncədə və Sabirabadda 14 hPa, Tərtərdə, Zərdabda, Beyləqanda, İsmayıllıda və Şəmkirdə 15 hPa, İmişlidə və Şərurda 16 hPa, Yevlaxda 17 hPa, Naxçıvanda 18 hPa, Ordubadda 16 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 62-72%, İsmayıllıda 51%, Bərdə-Tərtərdə 61%, Gəncədə və Şəmkirdə 62-64%, Maştağada 68%, Qazax-Tovuzda 63-76%, Qubada 73%, Şəki-Zaqatalada 64-70%, Mərkəzi Aranda 59-65 hPa, Naxçıvan, Şərur və Ordubadda 51-60 hPa təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan aşağı olan günlərinin sayı Naxçıvanda 5 gün, İsmayıllıda 3 gün, Gəncədə və Şərurda 1 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Maştağada (maksimum sürət 17 m/san), 1 gün Naxçıvanda (maksimum sürət 16 m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
İyul ayının birinci ongünlüyündə əksər taxılçılıq rayonlarında payızlıq dənli bitkilərin yığımı başa çatıb, İmişlidə, Sabirabadda, İsmayıllıda, Yevlaxda, Oğuzda, Gəncədə, Cəfərxanda, Zaqatalada sahələrdə məhsul yığımına başlanıb. Beyləqanda, Bərdədə,Tərtərdə, Salyanda, Gəncədə, Sabirabadda, Goranboyda pambıq əkilmiş sahələrdə bitkilərdə qönçələnmə, Cəfərxanda çiçəkləmə fenoloji mərhələsi qeydə alınıb. Şəkidə qarğıdalı bitkisində 15-ci yarpağın çıxması, Balakəndə və Zaqatalada süpürgəciyin çıxması, çiçəkləməsi, tütün bitkisində aşağı yarusdakı yarpaqların texniki yetişkənliyi və yığımı, Zaqatalada müşahidə sahəsində çay kollarında 3-cü dərəcəli məhsuldar budaqların çıxması müşahidə edilib. Qubada və Gədəbəydə kartof bitkisində çiçəkləmənin sonu, Salyanda və Sabirabadda pomidor bitkisində yaşıl yetişkənlik, Şəkidə və Acınohurda narıncı yetişkənlik mərhələsi qeydə alınıb. Əksər aran və dağətəyi rayonlarda armud, albalı, heyva, xurma, qoz, fındıq ağaclarında meyvələrin böyüməsi, tut, gilas, alça, albalı, ərik kimi meyvə ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib. Şəkidə, Tovuzda və Cəfərxanda yonca bitkisində yaşıl kütlənin 2-ci biçini, Zaqatalada və Qəbələdə biçindən sonra otların boy atması, Ceyrançöldə və Acınohurda yovşan, qırtıc, ceyranotu kimi otlaq bitkilərinin yığımı müşahidə edilib. Sahələrdə və bağlarda alaqvurma, kübrələmə, dərmanlama, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.

İyul ayının 2-ci dekadası üzrə Aqrometeoroloji bülleten
Respublikanın bəzi ərazilərində iyul ayının 1-ci ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3⁰C yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-3⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 19,4⁰C, İsmayıllıda və Qubada 24-26⁰C, Şəki-Zaqatala bölgəsində 23-27⁰C, Ceyrançöldə, Tovuzda və Maştağada 27⁰C, Tərtərdə, Gəncədə, Şəmkirdə, Naxçıvanda, Ordubadda, Şərurda, Zərdabda, Mil-Muğanda, 28-29⁰C qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəydə 15⁰C, Qubada 17⁰C, İsmayıllıda, Balakəndə və Qəbələdə 19⁰C, Şərurda, Şəkidə, Zaqatalada və Oğuzda 20⁰, Cəfərxanda, Tovuzda və Ceyrançöldə 21⁰C, Gəncədə 22⁰C, Ordubadda, Zərdabda və Maştağada 23⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Naxçıvanda 17⁰C, Qubada 18⁰C, Zaqatalada, Şərurda və Şəkidə 19⁰C, İsmayıllıda, Gəncədə, Tovuzda və Ceyrançöldə 20⁰C, Maştağada və Cəfərxanda 21⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada və Şəkidə 23⁰C, Lənkəranda 26⁰C, Naxçıvanda və Göyçayda 29⁰C, Gəncədə 31⁰C, Neftçalada 30⁰C, 20 sm dərinlikdə temperaturu Qubada 23⁰C, Şəkidə 24⁰C, Lənkəranda 25⁰C, Gəncədə 29⁰C, Neftçalada 28⁰C, Göyçayda 34⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Gəncədə 16%, Naxçıvanda 25%, Şəkidə 19%, Qubada 18%, Neftçalada 34%, Lənkəranda 11%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 11%, Gəncədə 18%, Qubada 27%, Şəkidə 28%, Neftçalada 46%, Lənkəranda 14%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Şəkidə 41 mm, Zaqatalada 33 mm, Qubada 21 mm, Goranboyda 18 mm, Gədəbəydə 15 mm, Balakəndə 16 mm, Oğuzda 10 mm qeydə alınıb.

Rütubət çatışmazlığı Gədəbəydə 6 hPa, Qubada 9 hPa, Şəki-Zaqatala bölgəsində 11-14 hPa, Maştağada 11 hPa, Cəfərxanda 12 hPa, Tovuzda və Ceyrançöldə 14 hPa, Zərdabda və Şəmkirdə 17 hPa, Beyləqanda 19 hPa, İsmayıllıda və Tərtərdə 20 hPa, Şərurda 21 hPa, Ordubadda 23 hPa, İmişlidə və Şərurda 16 hPa, Naxçıvanda 26 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 57-73%, İsmayıllıda 44%, Bərdə-Tərtərdə 54%, Gəncədə və Şəmkirdə 59-62%, Maştağada 69%, Qazax-Tovuzda 62-75%, Qubada 73%, Şəki-Zaqatalada 63-72%, Zərdabda 63 hPa, Naxçıvan, Şərur və Ordubadda 43-53 hPa təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan aşağı olan günlərinin sayı Naxçıvanda 10 gün, İsmayıllıda 9 gün, Şərurda 2 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 4 gün Maştağada (maksimum sürət 19 m/san), 2 gün Goranboyda (maksimum sürət 19 m/san), 1 gün Şəkidə və Zaqatalada (maksimum sürət 20 m/san), Tərtərdə (maksimum sürət 16 m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
İyul ayının ikinci ongünlüyündə pambıq əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən əksər pambıqçılıq rayonlarında bitkilərdə çiçəkləmə fenoloji mərhələsi qeydə alınıb. Dekadanın sonlarında bitkilərin hündürlüyü 77-91 sm olub. Bitkilərin vəziyyəti əsasən yaxşı qiymətləndirilir. Şəkidə qarğıdalı bitkisində süpürgəciyin çıxması, Balakəndə və Zaqatalada qıçanın çiçəkləməsi müşahidə edilib, Şəkidə ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 366 ədəd, bitkinin orta kütləsi 335 qram təşkil edib. Zaqatalada tütün bitkisində hamaşçiçəklərin çıxması, Balakəndə ilk əsas zoğların çıxması, orta yarusdakı yarpaqların texniki yetişkənliyi və yığımı, Zaqatalada müşahidə sahəsində çay kollarında yarpaqların 3-cü yığımı qeydə alınıb. Gədəbəydə kartof bitkisində üst hissənin solması, Qubada pomidor bitkisində ilk güllərin tökülməsi, Şəkidə və Acınohurda tam yetişkənlik mərhələsi müşahidə edilib. Əksər aran və dağətəyi rayonlarda armud, albalı, heyva, xurma, qoz, fındıq ağaclarında meyvələrin böyüməsi, tut, gilas, alça, albalı, ərik kimi meyvə ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib. Gəncədə və Qəbələdə yonca bitkisində 1-ci biçindən sonra çiçəkləmə, Cəfərxanda, Tovuzda və Şəkidə 2-ci biçindən sonra otların boy atması, Zaqatalada yonca bitkisində yaşıl kütlənin 3-ci biçini, Ceyrançöldə və Acınohurda yovşan, qırtıc, ceyranotu kimi otlaq bitkilərinin yığımı müşahidə edilib. Sahələrdə və bağlarda alaqvurma, kübrələmə, dərmanlama, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.

Haqqımızda