Respublikanın bəzi ərazilərində iyun ayının birinci  ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1⁰C yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 13,6⁰C, Dağlıq Şirvan bölgəsində və Qubada 17-18⁰C, Şəki-Zaqatala bölgəsində, Maştağada, Ceyrançöldə və Tovuzda 19-21⁰C, Gəncə-Goranboyda, Bərdədə, Tərtərdə, Mərkəzi Aranda, Mil-Muğanda 22-23⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 6⁰C, Qubada və Naxçıvanda 9⁰C, Şəki-Zaqatala bölgəsində 8-11⁰C, Dağlıq Şirvan bölgəsində, Şərurda, Tovuzda və Ceyrançöldə 10⁰C, Maştağada və Cəfərxanda 11⁰C, Gəncədə 13⁰C, Zərdabda və Bərdədə 15⁰C, qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Şəkidə 5⁰C, Zaqatalada və Tovuzda 7⁰C, Şərurda və İsmayıllıda 8⁰C, Qubada 10⁰C, Maştağada və Cəfərxanda 11⁰C, Gəncədə 12⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 18⁰C, Şəkidə 17⁰C, Göyçayda 20⁰C, Naxçıvanda və Lənkəranda 21⁰C, Gəncədə və Neftçalada 24⁰C, 20 sm dərinlikdə temperaturu Qubada 17⁰C, Şəkidə 18⁰C, Lənkəranda 20⁰C, Gəncədə və Göyçayda 23⁰C, Neftçalada 25⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 4%, Gəncədə 17%, Naxçıvanda 27%, Şəkidə 31%, Qubada 30%, Neftçalada 38%, Lənkəranda 39%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 15%, Gəncədə 18%, Qubada 46%, Şəkidə 39%, Neftçalada 46%, Lənkəranda 51%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Zaqatalada 75 mm, Oğuzda 56 mm, Balakəndə 70 mm, Qəbələdə 66 mm, Şəkidə 47 mm, Gədəbəydə 55 mm, Qubada 14 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Qubada 6 hPa, Gədəbəydə 5 hPa, Şamaxıda 7 hPa, İsmayıllıda 8 hPa, Bərdədə, Cəfərxanda və Ceyrançöldə 9 hPa, Şəki-Zaqatala bölgəsində 9-10 hPa, Maştağada və Gəncədə 10 hPa, Zərdabda 11 hPa, Beyləqanda və Şəmkirdə 12 hPa, Şərurda və Naxçıvanda 13 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 65-73%, Dağlıq Şirvanda 64-69%, Bərdə-Tərtərdə 63-69%, Gəncədə və Şəmkirdə 58-64%, Maştağada 65%, Qazax-Tovuzda 64-74%, Qubada 73%, Şəki-Zaqatalada 58-68%, Zərdabda 64 hPa təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan aşağı olan günlərinin sayı Naxçıvanda və Ordubadda 5 gün, Şərurda 4 gün, Gəncədə, Oğuzda və Zaqatalada 1 gün qeydə alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 4 gün Şəkidə (maksimum sürət 20 m/san), 2 gün Balakəndə (maksimum sürət 24 m/san), Tərtərdə (maksimum sürət 16 m/san), 1 gün Maştağada (maksimum sürət 25 m/san), Goranboyda (maksimum sürət 23 m/san), Bərdədə (maksimum sürət 18 m/san), Tovuzda (maksimum sürət 20 m/san), Oğuzda və Zaqatalada (maksimum sürət 15 m/san) təşkil edib.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

İyun ayının birinci ongünlüyündə taxılçılıq rayonlarında payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zaqatalada, Tərtərdə, Gəncədə, Tovuzda, Salyanda, Zərdabda, Beyləqanda, Oğuzda və Şamaxıda bitkilərdə dənin mum yetişkənliyi mərhələsi davam edib, Cəfərxanda, Bərdədə, Şəkidə, Şərurda, Naxçıvanda, Goranboyda, Qəbələdə və Sabirabadda dənin tam yetişkənliyi qeydə alınıb. Şamaxıda arpa bitkisində 1 sünbüldə sünbülcüklərin cəm sayı 40 ədəd, inkişaf etməmiş dənlərin sayı 6 ədəd, dənlərin orta sayı 44 ədəd, boş dənlər 6 faiz təşkil edib. Beyləqanda, Tərtərdə və Goranboyda pambıq bitkisində 5-ci, Bərdədə, Cəfərxanda və Sabirabadda 8-ci yarpağın çıxması mərhələsi müşahidə edilib, Tərtərdə ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 858 ədəd olub. Zaqatalada qarğıdalı bitkisində 7-ci, Şəkidə və Balakəndə 9-cu yarpağın çıxması, Zaqatalada çay kollarında ikinci dərəcəli məhsuldar budaqların çıxması, tütün bitkisində Balakəndə və Zaqatalada 7-ci yarpağın və hər tək saylı yarpaqların çıxması, Gədəbəydə kartof bitkisində yan budaqların çıxması qeydə alınıb. Balakəndə bir qarğıdalı bitkisində qıçaların orta sayı 5 ədəd, Şəkidə bitkilərin orta sayı 324 ədəd təşkil edib. Əksər aran və dağətəyi rayonlarda alma, armud, albalı, heyva, xurma ağaclarında meyvələrin böyüməsi davam edib, tut, gilas, alça, ərik kimi meyvə ağaclarında meyvələrin yetişməsi və yığımı qeydə alınıb. Zaqatalada yonca bitkisində yaşıl kütlənin 2-ci, Gəncədə 1-ci biçini, Cəfərxanda və Şəkidə birinci biçindən sonra otların boy atması, Ceyrançöldə və Acınohurda yovşan, qırtıc, ceyranotu kimi otlaq bitkilərində budaqlanma və budaqların boy atması, çiçəkləmə müşahidə edilib. Sahələrdə və bağlarda alaqvurma, kübrələmə, dərmanlama, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.

Respublikanın əksər ərazilərində iyun ayının ikinci  ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3⁰C yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-2⁰C yüksək olması ilə səciyyələnib.

Havanın dekadalıq orta temperaturu Gədəbəydə 16,3⁰C, Dağlıq Şirvan bölgəsində və Qubada 21-22⁰C, Şəki-Zaqatala bölgəsində, Şərurda, Naxçıvanda, Tovuzda, Ceyrançöldə  23-24⁰C, Gəncə-Goranboyda, Bərdədə, Tərtərdə, Mərkəzi Aranda, Mil-Muğanda 25-26⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 9⁰C, Şamaxıda və Şərurda 13⁰,İsmayıllıda 15⁰C, Qubada, Zərdabda, Tovuzda və Ceyrançöldə 16⁰C, Ordubadda 17⁰C, Şəki-Zaqatala bölgəsində 15-17⁰C, Cəfərxanda, Bərdədə və Gəncədə 18⁰C, Maştağada 19⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Naxçıvanda və Şərurda 12⁰C, Zaqatalada, Ceyrançöldə və Tovuzda 14⁰C, Qubada, Gəncədə, Ordubadda və Gəncədə 15⁰C, İsmayıllıda 16⁰C, Cəfərxanda 17⁰C, Maştağada 18⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada və Şəkidə 20⁰C, Göyçayda və Lənkəranda 23⁰C, Naxçıvanda 22⁰C, Gəncədə 25⁰C, Neftçalada 28⁰C, 20 sm dərinlikdə temperaturu Qubada və Şəkidə 21⁰C, Lənkəranda 22⁰C, Gəncədə 25⁰C, Neftçalada 27⁰C, Göyçayda 28⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 4%, Gəncədə 17%, Naxçıvanda 26%, Şəkidə 34%, Qubada 24%, Neftçalada 36%, Lənkəranda 20%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 15%, Gəncədə 18%, Qubada 40%, Şəkidə 41%, Neftçalada 46%, Lənkəranda 26%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Gədəbəydə 59 mm, Tərtərdə, Oğuzda və Şəkidə 29 mm, Şəmkirdə 25 mm, Zərdabda 23 mm, Tovuzda 22 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Qubada 8 hPa, Gədəbəydə 6 hPa, Şamaxıda 9 hPa, Maştağada, Tərtərdə, Zərdabda və Gəncədə 13 hPa, Bərdədə, Cəfərxanda, Beyləqanda, İsmayıllıda, Şəmkirdə və Şərurda 14 hPa, Şəki-Zaqatala bölgəsində, Ceyrançöldə və Tovuzda 10-12 hPa, Şərurda və Naxçıvanda 17 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 63-66%, Dağlıq Şirvanda 52-69%, Bərdə-Tərtərdə 62-63%, Gəncədə və Şəmkirdə 60-62%, Maştağada 66%, Qazax-Tovuzda 66-74%, Qubada 73%, Şəki-Zaqatalada 62-68%, Mərkəzi Aranda 59-67 hPa təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan aşağı olan günlərinin sayı Naxçıvanda 7 gün, Şərurda və Ordubadda 2 gün, Gəncədə və Zaqatalada 1 gün qeydə alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Zaqatalada (maksimum sürət 23 m/san), Balakəndə, Cəfərxanda (maksimum sürət 20 m/san), Sabirabadda (maksimum sürət 16 m/san), Şəkidə (maksimum sürət 15 m/san), 1 gün Goranboyda (maksimum sürət 19 m/san), Şəmkirdə (maksimum sürət 20 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

İyun ayının ikinci ongünlüyündə taxılçılıq rayonlarında payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən İmişlidə, İsmayıllıda, Yevlaxda, Oğuzda, Gəncədə və Tovuzda bitkilərdə dənin mum yetişkənliyi, Tərtərdə, Zərdabda, Beyləqanda, Goranboyda, Bərdədə, Zaqatalada, Şamaxıda və Salyanda tam yetişkənlik mərhələsi qeydə alınıb. Cəfərxanda, Tərtərdə, Şəkidə, Qəbələdə və Sabirabadda məhsul yığımına başlanıb. Gəncədə və Sabirabadda pambıq bitkisində 5-ci, Tərtərdə, Goranboyda, Bərdədə və Salyanda 8-ci yarpağın çıxması, Cəfərxanda qönçələmə fenoloji mərhələsi qeydə alınıb. Zaqatalada, Şəkidə və Balakəndə qarğıdalı bitkisində 9-cu yarpağın çıxması, tütün bitkisində 7-ci yarpağın və hər tək saylı yarpaqların çıxması, Zaqatalada müşahidə sahəsində çay kollarında yarpaqların 2-ci yığımı, Gədəbəydə kartof bitkisində hamaşçiçəklərin çıxması, Salyanda və Acınohurda pomidor bitkisində ilk güllərin tökülməsi müşahidə edilib. Əksər aran və dağətəyi rayonlarda alma, armud, albalı, heyva, xurma, qoz, fındıq ağaclarında meyvələrin böyüməsi davam edib, tut, gilas, alça, albalı, ərik kimi meyvə ağaclarında meyvələrin yetişməsi və yığımı qeydə alınıb. Qubada albalı, gilas ağaclarında çiçəkləmə dövründə intensiv yağışlar nəticəsində dişiciklərin formalaşmaması qeydə alınıb ki, buda məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Şəkidə və Tovuzda yonca bitkisində 1-ci biçindən sonra hamaşçiçəklərin çıxması, Gəncədə və Cəfərxanda 1-ci biçindən sonra otların boy atması, Zaqatalada yaşıl kütlənin 2-ci biçini, Ceyrançöldə və Acınohurda yovşan, qırtıc, ceyranotu kimi otlaq bitkilərinin yığımı müşahidə edilib. Sahələrdə və bağlarda alaqvurma, kübrələmə, dərmanlama, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.