Respublikanın əksər ərazilərində may ayının birinci ongünlüyündə nisbətən yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2⁰C,  ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-3⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 11⁰C, Dağlıq Şirvan bölgəsində və Qubada 12⁰C, Şəki-Zaqatala bölgəsində 13-15⁰C, Maştağada, Tərtərdə, Ceyrançöldə və Tovuzda 15⁰C, Gəncə-Goranboyda, Bərdədə, Mərkəzi Aranda, Mil-Muğanda 16-17⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 5⁰C, Qubada, Şamaxıda və Qazaxda 6⁰C, İsmayıllıda 7⁰C, Ceyrançöldə və Tovuzda 8⁰C, Maştağada və Şəki-Zaqatala bölgəsində 8-9⁰C, Bərdədə, Gəncədə, Zərdabda və Cəfərxanda 10-11⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 4⁰C, İsmayıllıda 6⁰C, Zaqatalada, Tovuzda və Ceyrançöldə 7⁰C, Şəkidə və Maştağada 8⁰C, Gəncədə və Cəfərxanda 9⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 17⁰C, Şəkidə 15⁰C, Naxçıvanda 14⁰C, Göyçayda 18⁰C, Gəncədə və Lənkəranda 19⁰C, Neftçalada 20⁰C, 20 sm dərinlikdə temperaturu Qubada 11⁰C, Gəncədə və Neftçalada 16⁰C, Şəkidə 13⁰C, Lənkəranda 14⁰C, Göyçayda 16⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 6%, Gəncədə 18%, Naxçıvanda 35%, Şəkidə 32%, Qubada 41%, Neftçalada 40%, Lənkəranda 60%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 28%, Gəncədə 17%, Qubada 52%, Şəkidə 39%, Neftçalada 45%, Lənkəranda 64%, Naxçıvanda 29%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Oğuzda 52 mm, Şəkidə 34 mm, Zaqatalada 31 mm, Qəbələdə 29 mm, Balakəndə 28 mm, Şamaxıda 31 mm, Gədəbəydə 27 mm, Qubada 16 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Şamaxıda 2 hPa, Gədəbəydə 3 hPa, Qubada 4 hPa, Maştağada, Bərdə-Tərtərdə, İsmayıllıda, Tovuzda və Ceyrançöldə 5 hPa, Şəki-Zaqatala bölgəsində 3-5 hPa, Zərdabda, Gəncədə, Şəmkirdə və Mil-Muğanda 6 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 73-77%, Dağlıq Şirvanda 72-88%, Bərdə-Tərtərdə 76-78%, Gəncədə və Şəmkirdə 73-76%, Maştağada 75%, Qazax-Tovuzda 70-78%, Qubada 79%, Şəki-Zaqatalada 74-83%, Zərdabda 76 hPa təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Goranboyda və Qəbələdə (maksimum sürət 16 m/san) təşkil edib.
 
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Taxılçılıq rayonlarında payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Qubada və İmişlidə bitkilərdə gövdənin aşağı buğumunun yer səthinə çıxması, Gəncədə, Cəfərxanda, Zərdabda, Tovuzda, Salyanda, Yevlaxda, Şəkidə və Şamaxıda sünbülləmə mərhələsi davam edib, Tərtərdə, Goranboyda, Beyləqanda, Bərdədə, Zaqatalada, Qəbələdə, Oğuzda və Sabirabadda çiçəkləmə mərhələsi qeydə alınıb. Sünbülləmə mərhələsində bitkilərin hündürlüyü 86-90 sm olub. Şəkidə dənli bitkilərin bir sünbülündə sünbülcüklərin cəm sayı 31 ədəd, inkişaf etməmiş sünbülcüklərin orta sayı 3 ədəd, ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 365 ədəd, sünbüllü gövdələrin ümumi sayı 335 ədəd, Zaqatalada gövdələrin ümumi sayı 421 ədəd, sünbüllü gövdələrin sayı 409 ədəd, Tərtərdə gövdələrin ümumi sayı 558 ədəd, sünbüllü gövdələrin sayı 510 ədəd təşkil edib. Cəfərxanda və Goranboyda pambıq bitkisində cücərmə, Tərtərdə, Sabirabadda və Beyləqanda göyərmə, Sabirabadda və Salyanda 1-ci yarpaq, Bərdədə 3-cü yarpağın çıxması mərhələsi müşahidə edilib. Zaqatalada qarğıdalı bitkisində cücərmə, Şəkidə göyərmə, Balakəndə 5-ci yarpağın çıxması, Zaqatalada çay kollarında 1-ci dərəcəli məhsuldar budaqların, tütündə 3-cü yarpağın, Cəfərxanda, Sabirabadda və Yevlaxda qarpız və pomidor bitkilərində, Acınohurda kələmdə 3-cü yarpağın çıxması qeydə alınıb. Əksər aran və dağətəyi rayonlarda alma, armud, albalı, heyva, gilas, ərik, alça ağaclarında meyvələrin böyüməsi davam edib, İmişlidə, Şəkidə və Oğuzda tut ağaclarında 10-cu yarpağın açılması müşahidə edilib. Qubada çiçəkləmə dövründə gilas və albalı ağaclarında güclü yağışlar nəticəsində dişiciklərin formalaşmaması, alça ağaclarında dolu və güclü yağışlar nəticəsində meyvələrin yerə tökülməsi qeydə alınıb ki, buda gələcəkdə məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Gəncədə yonca bitkisində hamaşçiçəklərin çıxması, Qəbələdə hamaşçiçəklərin çıxması, Şəkidə və Cəfərxanda yaşıl kütlənin 1-ci biçini, Ceyrançöldə və Acınohurda yovşan, qırtıc, ceyranotu kimi otlaq bitkilərində budaqlanma və budaqların boy atması, çiçəkləmə qeydə alınıb. Sahələrdə və bağlarda kübrələmə, dərmanlama, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.

Respublikanın əksər ərazilərində may ayının ikinci ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim norması və ötən ilin göstəriciləri ilə müqayisədə 1-2⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 13⁰C, Dağlıq Şirvan bölgəsində və Qubada 16-17⁰C, Şəki-Zaqatala bölgəsində 15-19⁰C, Maştağada, Ceyrançöldə və Tovuzda 18-19⁰C, Gəncə-Goranboyda, Bərdədə, Tərtərdə, Mərkəzi Aranda, Mil-Muğanda 20-22⁰C qeydə alınıb. 

Havanın minimum temperaturu Gədəbəydə 6⁰C, Qəbələdə 9⁰C, Dağlıq Şirvanda 10⁰C, Qubada, Ceyrançöldə, Şəkidə, Oğuzda, Balakəndə 11⁰C, Zaqatalada və Tovuzda 12⁰C, Zərdabda və Gəncədə 13⁰C, Maştağada və Cəfərxanda 14⁰C, Bərdədə 15⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Qubada, Zaqatalada, Ceyrançöldə, Tovuzda 9⁰C, Gəncədə və Şəkidə 11⁰C, Maştağada və Cəfərxanda 12⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 17⁰C, Şəkidə 16⁰C, Naxçıvanda, Lənkəranda və Göyçayda 18⁰C, Gəncədə və Neftçalada 21⁰C, 20 sm dərinlikdə temperaturu Qubada və Şəkidə 17⁰C, Gəncədə və Neftçalada 20⁰C, Lənkəranda 18⁰C, Göyçayda 21⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 6%, Gəncədə 17%, Naxçıvanda 26%, Şəkidə 27%, Qubada 30%, Neftçalada 39%, Lənkəranda 54%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 26%, Gəncədə 18%, Qubada 42%, Şəkidə 33%, Neftçalada 45%, Lənkəranda 61%, Naxçıvanda 29%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Qəbələdə 65 mm, Maştağada və Zaqatalada 48 mm, Gədəbəydə 35 mm, Oğuzda 31 mm, Şamaxıda 23 mm, Balakəndə, Şəkidə və Cəfərxanda 21 mm, Beyləqanda 20 mm, Qubada və İsmayıllıda 19 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Şamaxıda, Gədəbəydə və Qubada 5 hPa, Ceyrançöldə 6 hPa, Maştağada və Tovuzda 7 hPa, Bərdə-Tərtərdə, İsmayıllıda, Mil-Muğanda və Gəncədə 8-9 hPa, Şəki-Zaqatala bölgəsində 6-9 hPa, Zərdabda və Şəmkirdə 10 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 70-73%, Dağlıq Şirvanda 64-75%, Bərdə-Tərtərdə 62-69%, Gəncədə və Şəmkirdə 60-64%, Maştağada 73%, Qazax-Tovuzda 69-71%, Qubada 79%, Şəki-Zaqatalada 62-73%, Zərdabda 65 hPa təşkil edib.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 5 gün Goranboyda (maksimum sürət 27 m/san), 2 gün Zaqatalada (maksimum sürət 20 m/san), 1 gün Tərtərdə (maksimum sürət 24 m/san), Cəfərxanda və Tovuzda (maksimum sürət 20 m/san), Bərdədə və Beyləqanda (maksimum sürət 18 m/san), Balakəndə (maksimum sürət 16 m/san), Şəkidə (maksimum sürət 15 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

May ayının ikinci ongünlüyündə taxılçılıq rayonlarında payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zaqatalada və İsmayıllıda bitkilərdə çiçəkləmə mərhələsi davam edib, Gəncədə, Cəfərxanda, Zərdabda, Salyanda, Yevlaxda, Şəkidə, Şamaxıda, Şərurda, Tərtərdə, Goranboyda, Beyləqanda, Bərdədə, Qəbələdə, Oğuzda və Sabirabadda dənin süd yetişkənliyi mərhələsi qeydə alınıb. Şəkidə dənli bitkilərin bir sünbülündə sünbülcüklərin cəm sayı 31 ədəd, inkişaf etməmiş sünbülcüklərin orta sayı 3 ədəd, ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 365 ədəd, sünbüllü gövdələrin ümumi sayı 335 ədəd, Zaqatalada gövdələrin ümumi sayı 421 ədəd, sünbüllü gövdələrin sayı 409 ədəd, Tərtərdə gövdələrin ümumi sayı 558 ədəd, sünbüllü gövdələrin sayı 510 ədəd təşkil edib. Cəfərxanda, Beyləqanda, Tərtərdə və Goranboyda pambıq bitkisində 1-ci, Bərdədə 3-cü yarpağın çıxması mərhələsi müşahidə edilib. Zaqatalada qarğıdalı bitkisində göyərmə, Şəkidə 3-cü, Balakəndə 7-ci yarpağın çıxması, Zaqatalada çay kollarında yarpaqların 1-ci yığımı baş tutub, Balakəndə və Zaqatalada tütündə 5-cü yarpağın çıxması qeydə alınıb. Balakəndə bir qarğıdalı bitkisində qıçaların orta sayı 5 ədəd təşkil edib, Cəfərxanda, Sabirabadda və Yevlaxda qarpız və pomidor bitkilərində, Acınohurda kələmdə 3-cü yarpağın, Şəkidə pomidorda yan budaqların çıxması qeydə alınıb. Əksər aran və dağətəyi rayonlarda alma, armud, albalı, heyva, gilas, ərik, alça ağaclarında meyvələrin böyüməsi davam edib, İmişlidə, Şəkidə və Oğuzda tut ağaclarında 10-cu yarpağın açılması, budaqların uzununa boy atması, Gəncədə və Qəbələdə yonca bitkisində çiçəkləmə, Şəkidə yaşıl kütlənin 1-ci biçini, Cəfərxanda və Zaqatalada birinci biçindən sonra çiçəkləmə, Ceyrançöldə və Acınohurda yovşan, qırtıc, ceyranotu kimi otlaq bitkilərində budaqlanma və budaqların boy atması, çiçəkləmə qeydə alınıb. Sahələrdə və bağlarda kübrələmə, dərmanlama, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.

Respublikanın əksər ərazilərində may ayının üçüncü ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1⁰C yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-3⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 11,6⁰C, Dağlıq Şirvan bölgəsində və Qubada 16-17⁰C, Şəki-Zaqatala bölgəsində, Ceyrançöldə və Tovuzda 17-18⁰C, Gəncə-Goranboyda, Bərdədə, Tərtərdə, Mərkəzi Aranda, Maştağada, Mil-Muğanda 19-21⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 4⁰C, Qubada 8⁰C, Dağlıq Şirvanda, Şəki-Zaqatala bölgəsində, Tovuzda və Gəncədə 9-11⁰C, Ceyrançöldə və Cəfərxanda 12⁰C, Zərdabda 13⁰C, Maştağada 14⁰C, Bərdədə 15⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Şəkidə və Gəncədə 7⁰C, Zaqatalada və Qubada 8⁰C, Tovuzda və İsmayıllıda 9⁰C, Ceyrançöldə 10⁰C, Maştağada və Cəfərxanda 12⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 16⁰C, Şəkidə 17⁰C, Naxçıvanda, Lənkəranda 20⁰C, Göyçayda 20⁰C, Gəncədə və Neftçalada 23⁰C, 20 sm dərinlikdə temperaturu Qubada 17⁰C, Şəkidə 18⁰C, Lənkəranda 19⁰C, Gəncədə və Göyçayda 21⁰C, Neftçalada 22⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 7%, Gəncədə 17%, Naxçıvanda 29%, Şəkidə 37%, Qubada 36%, Neftçalada 39%, Lənkəranda 63%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 26%, Gəncədə 18%, Qubada 46%, Şəkidə 44%, Neftçalada 47%, Lənkəranda 68%, Naxçıvanda 29%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Zaqatalada 106 mm, Oğuzda 94 mm, Balakəndə və Şəkidə 75 mm, Zərdabda 74 mm, İsmayıllıda 68 mm, Gədəbəydə 55 mm, Qubada 45 mm, Qəbələdə 44 mm, Cəfərxanda 32 mm, Gəncədə və Goranboyda 30 mm, Sabirabadda 29 mm, Şamaxıda 26 mm, Maştağada 20 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Qubada 4 hPa, Şamaxıda və Qəbələdə 5 hPa, Maştağada və Balakəndə 6 hPa, Tovuzda, Ceyrançöldə, Şəkidə, Oğuzda, İsmayıllıda və Cəfərxanda 7 hPa, Zaqatalada və Sabirabadda 8 hPa, Bərdədə, Tərtərdə, Zərdabda, Beyləqanda 9 hPa, Şəmkirdə və Şərurda 10 hPa, Yevlaxda 11 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 65-76%, Dağlıq Şirvanda 69-77%, Bərdə-Tərtərdə 65-69%, Gəncədə və Şəmkirdə 62-67%, Maştağada 77%, Qazax-Tovuzda 65-74%, Qubada 82%, Şəki-Zaqatalada 68-75%, Mərkəzi Aranda 61-66 hPa təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan aşağı olan günlərinin sayı Naxçıvanda və Ordubadda 5 gün, Şərurda 4 gün, Oğuzda və Zərdabda 1 gün qeydə alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 6 gün Goranboyda (maksimum sürət 27 m/san), 4 gün Tərtərdə (maksimum sürət 22 m/san), 3 gün İsmayıllıda (maksimum sürət 22 m/san), 2 gün Maştağada (maksimum sürət 27 m/san), Gəncədə (maksimum sürət 25 m/san), Oğuzda və Qəbələdə (maksimum sürət 23 m/san), 1 gün Tovuzda, Balakəndə və Şərurda (maksimum sürət 20 m/san), Şamaxıda (maksimum sürət 18 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

May ayının üçüncü ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib ki, buda torpaqda rütubətliyin artması, bitkilərin suya olan tələbatının ödənməsi üçün əlverişli olub, lakin güclü külək və dolu düşməsi əksər dağətəyi rayonlarda yetişmiş və gecyetişən meyvələrin zədələnməsinə və yerə tökülməsinə səbəb olub. Taxılçılıq rayonlarında payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zaqatalada, Tərtərdə, Gəncədə, Tovuzda, Salyanda, Zərdabda, Beyləqanda və Şamaxıda bitkilərdə dənin süd yetişkənliyi mərhələsi davam edib, Cəfərxanda, Şəkidə, Şərurda, Goranboyda, Bərdədə, Qəbələdə, Oğuzda və Sabirabadda dənin mum yetişkənliyi qeydə alınıb. Şəkidə dənli bitkilərin bir sünbülündə sünbülcüklərin cəm sayı 26 ədəd, inkişaf etməmiş sünbülcüklərin orta sayı 4 ədəd, standart nəmliyə gətirilmiş 1000 dənin çəkisi 375 qram, Zaqatalada gövdələrin ümumi sayı 421 ədəd, sünbüllü gövdələrin ümumi sayı 414 ədəd, Tərtərdə gövdələrin ümumi sayı 590 ədəd, sünbüllü gövdələrin ümumi sayı 552 ədəd,1 sünbüldə dənlərin orta sayı 41 ədəd təşkil edib. Beyləqanda, Tərtərdə və Goranboyda pambıq bitkisində 3-cü, Bərdədə, Cəfərxanda və Sabirabadda 5-ci yarpağın çıxması mərhələsi müşahidə edilib. Zaqatalada qarğıdalı bitkisində 5-ci, Şəkidə 7-ci, Balakəndə 9-cu yarpağın çıxması, Zaqatalada çay kollarında ikinci dərəcəli məhsuldar budaqların çıxması, Zaqatalada tütündə 6-cı yarpağın, Balakəndə 7-ci yarpağın və hər tək saylı yarpaqların çıxması qeydə alınıb. Balakəndə bir qarğıdalı bitkisində qıçaların orta sayı 5 ədəd təşkil edib, Cəfərxanda, Sabirabadda və Yevlaxda qarpız və pomidor bitkilərində, Şəkidə və Acınohurda pomidor bitkisində hamaşçiçəklərin çıxması qeydə alınıb. Əksər aran və dağətəyi rayonlarda alma, armud, albalı, heyva, gilas, ərik, alça ağaclarında meyvələrin böyüməsi davam edib, tut ağaclarında meyvələrin yetişməsi müşahidə edilib. Qəbələdə yonca bitkisində yaşıl kütlənin 1-ci biçini, Cəfərxanda, Şəkidə və Zaqatalada birinci biçindən sonra otların boy atması, Ceyrançöldə və Acınohurda yovşan, qırtıc, ceyranotu kimi otlaq bitkilərində budaqlanma və budaqların boy atması, çiçəkləmə qeydə alınıb. Sahələrdə və bağlarda yağıntısız günlərdə kübrələmə, dərmanlama, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.