Mart ayı üçün aqrometeoroloji icmal
Mart ayı ərzində əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən bitkilərdə buğumbağlama və kollanma mərhələləri davam edib, Cəfərxanda, Beyləqanda və Sabirabadda gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsi qeydə alınıb. Gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsində bitkilərin hündürlüyü 48-55 sm olub. Tərtərdə ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 475 ədəd, kollanma dərəcəsi 3,4 %, Bərdədə gövdələrin ümumi sayı 470 ədəd, kollanma dərəcəsi 3,4 %, Goranboyda gövdələrin ümumi sayı 450 ədəd, kollanma dərəcəsi 1,9 %, Zərdabda gövdələrin sayı 670 ədəd, Şəkidə bitkilərin sayı 145-155, gövdələrin orta sayı 340-360 ədəd, kollanma dərəcəsi 2,3-2,4 %, Cəfərxanda kollanma dərəcəsi 2,4-3,3 % təşkil edib. Əksər aran və dağətəyi rayonlarında meyvə ağaclarında 1-ci yarpağın açılması, üzüm kollarında şirə dövranının başlanması, Tərtərdə, Yevlaxda, Beyləqanda ərik ağaclarında, Qubada, Zərdabda və Beyləqanda alça ağaclarında çiçəkləmə mərhələsi müşahidə edilib. Şəkidə, Zaqatalada, Cəfərxanda yonca bitkisində gövdənin böyüməsi, yan budaqların çıxması, Acınohurda və Ceyrançöldə otlaq bitkilərində göyərmə mərhələsi qeydə alınıb. Payızlıq dənli bitkilər əkilmiş sahələrdə zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama və kübrələmə, Lənkəranda çay kollarının budanması kimi kənd təsərrüfatı işləri aparılıb.
Haqqımızda