Respublikanın əksər bölgələrində yanvar ayının birinci ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1⁰C yüksək,  ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-2⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə -1,1⁰C, Qubada 1,6⁰C, Şamaxıda 1,1⁰C, İsmayıllıda 2,3⁰C, Şəki-Zaqatala bölgəsində 3-6⁰C, Ceyrançöldə 5⁰C, Maştağada, Bərdə-Tərtərdə, Mərkəzi Aranda, Mil-Muğanda, Lənkəranda, Gəncədə, Şəmkirdə və Tovuzda 6-7⁰C, Goranboyda 8⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu
Gədəbəydə -8⁰C, Qubada -5⁰C, Dağlıq Şirvanda -3⁰C, Ceyrançöldə -2⁰C, Qəbələdə və Cəfərxanda -1⁰C, Şəkidə və Oğuzda -0,3, Bərdədə, Maştağada, Gəncədə, Zərdabda və Balakəndə 1⁰C, Zaqatalada 0,4⁰C, Maştağada 3⁰C, Acınohurda 4⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada -8⁰C, İsmayıllıda -4,5⁰C, Tovuzda və Ceyrançöldə -3⁰C, Maştağada, Cəfərxanda, Gəncədə və Zaqatalada -2⁰C, Şəkidə -0,4⁰C, Acınohurda 2⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 2⁰C, Şəkidə 4⁰C, Göyçayda 5⁰C, Naxçıvanda 6⁰C, Neftçalada, Gəncədə, Lənkəranda 8⁰C, 20 sm dərinlikdə temperaturu Qubada 3⁰C, Şəkidə 5⁰C, Neftçalada, Gəncədə və Göyçayda 8⁰C, Lənkəranda 9⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 8%, Gəncədə 14%, Şəkidə və Naxçıvanda 33%, Qubada 39%, Neftçalada 44%, Lənkəranda 68%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 33%, Gəncədə 15%, Qubada 41%, Şəkidə 40%, Neftçalada 47%, Lənkəranda 66%, Naxçıvanda 29%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda və Qəbələdə 58 mm, Oğuzda 47 mm, Şamaxıda və İsmayıllıda 30-31 mm, Gədəbəydə 27 mm, Şəkidə və Balakəndə 23-24 mm, Zərdabda 21 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Gədəbəydə, Qubada və Dağlıq Şirvan bölgəsində 1 hPa, Bərdədə Maştağada, Lənkəranda, Oğuzda 2 hPa, Mil-Muğanda 2-3 hPa, Tərtərdə, Zərdabda, Ceyrançöldə, Tovuzda, Gəncədə, Şəkidə və Balakəndə 3 hPa, Yevlaxda və Şəmkirdə 4 hPa, Zaqatalada 5 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 74-81%, Dağlıq Şirvanda 83-85%, Bərdə-Tərtərdə 75-82%, Gəncədə və Şəmkirdə 65-68%, Maştağada 77%, Qazax-Tovuzda 72-81%, Lənkəranda 88%, Qubada 83%, Şəki-Zaqatalada 66-79%, Zərdabda 78 hPa, Yevlaxda 69 hPa təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Şəkidə (maksimum sürət 15 m/san), 1 gün Goranboyda (maksimum sürət 19 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Mart ayının birinci ongünlüyündə payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən bitkilərdə Gəncədə 3-cü yarpağın çıxması, İmişlidə və Sabirabadda buğda bitkisində buğum köklərin yaranması, Goranboyda, Tərtərdə, Qubada, Şəkidə, Zaqatalada, Zərdabda, Yevlaxda və Salyanda kollanma, Bərdədə və Beyləqanda buğum bağlama, Cəfərxanda gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsi qeydə alınıb. Kollanma mərhələsində bitkilərin hündürlüyü 29-36 sm olub. Tərtərdə ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 475 ədəd, kollanma dərəcəsi 3,4 %, Bərdədə gövdələrin ümumi sayı 470 ədəd, kollanma dərəcəsi 3,4 %, Goranboyda gövdələrin ümumi sayı 450 ədəd, kollanma dərəcəsi 1,9 %, Zərdabda gövdələrin sayı 316 ədəd, Şəkidə bitkilərin sayı 145-155, gövdələrin orta sayı 340-360 ədəd, kollanma dərəcəsi 2,3-2,4 % təşkil edib. Əksər aran rayonlarında ərik, alça, heyva, alma, armud ağaclarında tumurcuqların şişməsi və açılması, Tərtərdə ərikdə çiçəkləmə, Lənkəranda üzüm kollarında 1-ci yarpağın açılması mərhələsi müşahidə edilib.