Respublikanın əksər bölgələrində fevral ayının birinciongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib.Havanın orta temperaturu çoxillik iqlim normasından 3-5⁰C yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə2-3⁰C aşağı olması ilə səciyyələnib.

Havanın dekadalıq orta temperaturu Qubada 0,8⁰C, Şamaxıda 3,2⁰C, Gədəbəydə 3,5⁰C, İsmayıllıda 3,9⁰C,Maştağada 4,9⁰C, Tovuzda, Ceyrançöldə, Mil-Muğanda, Lənkəranda və Şəki-Zaqatala bölgəsində 6-7⁰C, Bərdə-Tərtərdə və Gəncə-Goranboyda 7-8⁰C qeydə alınıb.


 
Havanın minimum temperaturu Gədəbəydə və Qubada -7⁰C, Şamaxıda -4⁰C, İsmayıllıda, Tovuzda və Qəbələdə -2⁰C, Maştağada, Ceyrançöldə, Şəkidə, Oğuzda və Acınohurda -1⁰C, Cəfərxanda -0,1C, Gəncədə 0,4⁰C,Balakəndə 1⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Qubada -9⁰C,Tovuzda, Ceyrançöldə, İsmayıllıda və Gəncədə -3⁰C, Maştağada və Zaqatalada -1⁰C, Şəkidə -2⁰C, Cəfərxanda-0,4⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 2⁰C, Naxçıvanda 3⁰C, Göyçayda və Şəkidə 5⁰C, Gəncədə, Lənkəranda və Neftçalada 7⁰C, 20 sm dərinlikdə temperaturu Qubada 3⁰C, Şəkidə 5⁰C, Gəncədə,Göyçayda, Neftçalada Lənkəranda 7⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 5%,Gəncədə 13%, Şəkidə 31%,  Naxçıvanda 22%, Qubada36%, Neftçalada 46%, Lənkəranda 67%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 24%, Gəncədə 15%, Qubada 40%,Şəkidə 37%, Neftçalada 51%, Lənkəranda 67%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 50 mm,Qəbələdə 33 mm, Salyanda 27 mm, Oğuzda 26 mm, Şəkidə və Şamaxıda 21 mm, Zaqatalada 20 mm, Sabirabadda 19 mm, Balakəndə 18 mm, Cəfərxanda və İsmayıllıda 17 mm, Gədəbəydə 16 mm, Qubada 15 mm qeydə alınıb.


 
Rütubət çatışmazlığı Maştağada, Lənkəranda və Qubada 1 hPa, Bərdədə, Beyləqanda, Cəfərxanda, Sabirabadda, Dağlıq Şirvan bölgəsində, Tovuzda və Gədəbəydə 2 hPa, Ceyrançöldə və İmişlidə 3 hPa, Şəki-Zaqatala bölgəsində 2-4 hPa, Tərtərdə, Gəncədə, Şəmkirdə və Yevlaxda 4 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 76-87%, Dağlıq Şirvanda82-83%, Bərdə-Tərtərdə 71-79%, Gəncə və Şəmkirdə 64-69%, Maştağada 87%, Qazax-Tovuzda 72-77%, Lənkəranda 89%, Qubada 87%, Şəki-Zaqatalada 70-82%, Şərur və Ordubadda 71-73%, Zərdabda 89 hPa, Naxçıvanda 74 hPa, Yevlaxda 70 hPa təşkil edib.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 5 gün Maştağada (maksimum sürət 28 m/san), Goranboyda (maksimum sürət 23 m/san), 4 gün Şəkidə (maksimum sürət 18 m/san), 1 gün Bərdədə (maksimum sürət 22 m/san), İsmayıllıda və Gəncədə (maksimum sürət 20 m/san), Salyanda (maksimum sürət 18 m/san), Tərtərdə, Şəmkirdə, Yevlaxda və Gədəbəydə (maksimum sürət 16 m/san) təşkil edib.
 
 
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti  
     
Fevral ayının birinci ongünlüyündə payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən bitkilərdə vegetasiya davam edib,Şəkidə, Zaqatalada və Sabirabadda buğum köklərin yaranması qeydə alınıb. Yevlaxda, Oğuzda və İmişlidə 3-cü yarpağın çıxması, Goranboyda, Tərtərdə, Beyləqanda, Salyanda Bərdədə kollanma mərhələsi davam edib. Kollanma mərhələsində bitkilərin hündürlüyü 18-26 sm olub. Tərtərdə ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 434 ədəd, kollanma dərəcəsi 2,8 %, Bərdədə gövdələrin ümumi sayı 426 ədəd, kollanma dərəcəsi 2,8 % təşkil edib. Bəzi dağlıq və dağətəyi rayonlarda temperaturun normadan aşağı düşməsi və şaxtalı hava şəraiti payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olub.

Respublikanın əksər bölgələrində fevral ayının ikinci ongünlüyündə az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim norması və ötən ilin göstəriciləri ilə müqayisədə  5-8⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 5,9⁰C, Qubada, Ceyrançöldə və Dağlıq Şirvan bölgəsində 7-8⁰C, Maştağada, Lənkəranda və Tovuzda 9⁰C, Bərdə-Tərtərdə, Zərdabda, Mil-Muğanda, Gəncə-Goranboyda 9-11⁰C, Şəki-Zaqatala bölgəsində 7-11⁰C qeydə alınıb. 

Havanın minimum temperaturu Gədəbəydə və Qubada -6⁰C, Dağlıq Şirvanda -5⁰C, Qəbələdə -4⁰C, Ceyrançöldə, Tovuzda, Cəfərxanda, Şəkidə -3⁰C, Zərdabda, Gəncədə, Oğuzda və Balakəndə -2⁰C, Maştağada 9⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Gəncədə -7⁰C, İsmayıllıda -6⁰C, Ceyrançöldə -5⁰C, Qubada və Tovuzda -4⁰C, Şəkidə və Cəfərxanda -3⁰C, Maştağada və Zaqatalada -1⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 5⁰C, Naxçıvanda və Şəkidə 6⁰C, Göyçayda və Neftçalada 7⁰C, Gəncədə və Lənkəranda 8⁰C, 20 sm dərinlikdə temperaturu Qubada 6⁰C, Şəkidə və Neftçalada 7⁰C, Gəncədə və Lənkəranda 8⁰C, Göyçayda 9⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 6%, Gəncədə 13%, Şəkidə 30%, Naxçıvanda 28%, Qubada 33%, Neftçalada 48%, Lənkəranda 65%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 28%, Gəncədə 15%, Qubada 39%, Şəkidə 36%, Neftçalada 52%, Lənkəranda 65%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 23 mm, Zaqatalada 20 mm, Salyanda 26 mm, Sabirabadda və Gədəbəydə 10 mm qeydə alınıb.


Rütubət çatışmazlığı
Maştağada, Lənkəranda, Bərdədə, Sabirabadda və İsmayıllıda 3 hPa, Qazax-Tovuzda, Cəfərxanda, İmişlidə, Beyləqanda, Şamaxıda 4hPa, Qubada, Zərdabda, Şəmkirdə, Qəbələdə və Şəmkirdə 5 hPa, Tərtərdə, Gəncədə, Oğuzda və Zaqatalada 6 hPa, Şəkidə 7 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 72-78%, Dağlıq Şirvanda 71-80%, Bərdə-Tərtərdə 63-78%, Gəncədə və Şəmkirdə 65-66%, Maştağada 77%, Qazax-Tovuzda 64-72%, Lənkəranda 85%, Qubada 67%, Şəki-Zaqatalada 56-65%, Zərdabda 73 hPa, Yevlaxda 70 hPa təşkil edib.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 5 gün Maştağada (maksimum sürət 19 m/san ), 4 gün Goranboyda (maksimum sürət 27 m/san), Şəkidə (maksimum sürət 23 m/san), 3 gün Gədəbəydə (maksimum sürət 16 m/san), 2 gün Bərdədə və Tərtərdə (maksimum sürət 25 m/san), Gəncədə (maksimum sürət 20 m/san), 1 gün İsmayıllıda və Qəbələdə (maksimum sürət 22 m/san), Cəfərxanda və Tovuzda (maksimum sürət 20 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Fevral ayının ikinci ongünlüyündə temperaturun normadan yüksək olması kənd təsərrüfatı bitkilərində vegetasiyanın sürətlənməsinə şərait yaradıb. Payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən bitkilərdə Zərdabda, İmişlidə və Qəbələdə 3-cü yarpağın çıxması davam edib, Salyanda, Yevlaxda və Zaqatalada buğum köklərin yaranması, Goranboyda, Tərtərdə, Beyləqanda, Qubada, Sabirabadda, Şəkidə, Oğuzda və Bərdədə kollanma, Cəfərxanda buğum bağlama mərhələsi qeydə alınıb. Kollanma mərhələsində bitkilərin hündürlüyü 22-26 sm olub. Tərtərdə ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 475 ədəd, kollanma dərəcəsi 3,4 %, Bərdədə gövdələrin ümumi sayı 470 ədəd, kollanma dərəcəsi 3,4 %, Goranboyda gövdələrin ümumi sayı 450 ədəd, kollanma dərəcəsi 1,9 %, Şəkidə bitkilərin sayı 145-155 ədəd təşkil edib. Lənkəranda fındıq ağaclarında, Acınohurda ərik və heyva ağaclarında tumurcuqların şişməsi mərhələsi müşahidə edilib.

Respublikanın əksər bölgələrində fevral ayının üçüncü ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3⁰C,  ötən ilin göstəriciləri ilə müqayisədə isə 5-8⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu  Qubada 1,6⁰C, Gədəbəydə 2,4⁰C, Şamaxıda 3,4⁰C, İsmayıllıda 4,7⁰C, Maştağada, Ceyrançöldə, Tovuzda 6⁰C, Şəki-Zaqatala bölgəsində 4-8⁰C, Gəncə-Goranboyda, Bərdə-Tərtərdə, Zərdabda və Mil-Muğanda 7-8⁰C qeydə alınıb. 

Havanın minimum temperaturu Gədəbəydə -4⁰C, Qubada, Ceyrançöldə, Qəbələdə, Şəkidə, Zaqatalada və Dağlıq Şirvanda -1⁰C, Bərdədə 1⁰C, Cəfərxanda və Gəncədə 2⁰C, Maştağada 3⁰C, Zərdabda 4⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Qubada və Tovuzda -4⁰C, Ceyrançöldə və Gəncədə -3⁰C, İsmayıllıda, Şəkidə və Zaqatalada -2⁰C, Cəfərxanda 0,3⁰C, Maştağada 2⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 3⁰C, Şəkidə 5⁰C, Göyçayda 7⁰C, Naxçıvanda və Neftçalada 8⁰C, Gəncədə və Lənkəranda 9⁰C, 20 sm dərinlikdə temperaturu Qubada 4⁰C, Şəkidə 7⁰C, Neftçalada 8⁰C, Gəncədə və Lənkəranda 9⁰C, Göyçayda 10⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 5%, Gəncədə 13%, Şəkidə 28%, Naxçıvanda 32%, Qubada 30%, Neftçalada 44%, Lənkəranda 67%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 23%, Gəncədə 15%, Qubada 34%, Şəkidə 32%, Neftçalada 48%, Lənkəranda 65%, Naxçıvanda 29%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Tərtərdə 66 mm, Lənkəranda 47 mm, Goranboyda 41 mm, Balakəndə 37 mm, Qazaxda 36 mm, Zaqatalada 34 mm, Qəbələdə 31 mm, Şəkidə 30 mm, Oğuzda 29 mm, Qubada 28 mm qeydə alınıb. Yağıntılar bəzi yerlərdə qar şəklində düşüb. Qubada 11 sm, Şəkidə və Zaqatalada 8 sm, Gədəbəydə 3 sm qeydə alınıb.


Rütubət çatışmazlığı
Maştağada, Lənkəranda, Şamaxıda, və Qəbələdə 1 hPa, Qazax-Tovuzda, Mil-Muğanda, Qazax-Tovuzda və Gəncə-Goranboyda 2-3 hPa, Bərdə-Tərtərdə, İsmayıllıda, Şəkidə və Oğuzda 2 hPa, Mərkəzi Aranda, Balakəndə və Zaqatalada 3 hPa, Qubada 1 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 57-84%, Dağlıq Şirvanda 82-88%, Bərdə-Tərtərdə 80-84%, Gəncədə və Şəmkirdə 79-83%, Maştağada 86%, Qazax-Tovuzda 71-80%, Lənkəranda 91%, Qubada 67%, Şəki-Zaqatalada 69-81%, Zərdabda 80 hPa, Yevlaxda 78 hPa təşkil edib.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Gəncədə (maksimum sürət 30 m/san ), Goranboyda (maksimum sürət 27 m/san), Şəmkirdə (maksimum sürət 24 m/san), Tovuzda və Sabirabadda (maksimum sürət 20 m/san), Şəkidə (maksimum sürət 18 m/san), 1 gün Cəfərxanda və Salyanda (maksimum sürət 20 m/san), İsmayıllıda (maksimum sürət 18 m/san), İsmayıllıda (maksimum sürət 16 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Fevral ayının üçüncü ongünlüyündə temperaturun normadan yüksək olması kənd təsərrüfatı bitkilərində vegetasiyanın sürətlənməsinə şərait yaradıb. Payızlıq dənli bitkilər əkilmiş sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən bitkilərdə Zərdabda, İmişlidə, Gəncədə və Tovuzda 3-cü yarpağın çıxması davam edib, Yevlaxda və Sabirabadda buğda bitkisində buğum köklərin yaranması, Goranboyda, Tərtərdə, Beyləqanda, Qubada, Şəkidə, Oğuzda və Bərdədə kollanma, Cəfərxanda buğum bağlama mərhələsi qeydə alınıb. Kollanma mərhələsində bitkilərin hündürlüyü 25-36 sm olub. Tərtərdə ölçü sahəsinin bir vahidində gövdələrin ümumi sayı 475 ədəd, kollanma dərəcəsi 3,4 %, Bərdədə gövdələrin ümumi sayı 470 ədəd, kollanma dərəcəsi 3,4 %, Goranboyda gövdələrin ümumi sayı 450 ədəd, kollanma dərəcəsi 1,9 %, Zərdabda gövdələrin sayı 316 ədəd, Şəkidə bitkilərin sayı 145-155 ədəd təşkil edib. Lənkəranda fındıq ağaclarında tumurcuqların açılması, Tərtərdə ərik, Acınohurda ərik və heyva ağaclarında tumurcuqların şişməsi mərhələsi müşahidə edilib.