Respublikanın əksər bölgələrində noyabr ayının birinci ongünlüyündə az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim norması və ötən ilin göstəriciləri ilə müqayisədə  2-3 ⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 8,9⁰C, Qubada, Ceyrançöldə və Dağlıq Şirvan bölgəsində 10-11⁰C, Bərdədə, Tərtərdə, Maştağada, Gəncə-Goranboyda, Tovuzda və Şəki-Zaqatala bölgəsində 12-14⁰C, Mil-Muğanda 13-14⁰ qeydə alınıb. 

Havanın minimum temperaturu Gədəbəydə 0,4⁰C, Ceyrançöldə və İsmayıllıda 3⁰C, Tovuzda 4⁰C, Cəfərxanda 5⁰C, Bərdədə, Qubada, Şamaxıda, Gəncədə və Ordubadda 6⁰C, Zərdabda 7⁰C, Şəki-Zaqatala bölgəsində 5-8⁰, Maştağada 10⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Tovuzda 0,3⁰, Qubada, Şərurda, Ceyrançöldə və Gəncədə 1⁰C, Cəfərxanda və Ordubadda 4⁰C, Şəkidə və Zaqatalada 2⁰C, Maştağada 7⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 11⁰C, Şəkidə 13⁰C, Göyçayda 14⁰C, Naxçıvanda 16⁰C, Gəncədə 15⁰C, Lənkəranda 14⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 14⁰C, Qubada 13⁰C, Lənkəranda və Göyçayda 18⁰C, Gəncədə 17 ⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Şəkidə və Naxçıvanda 22%, Gəncədə 14%, Qubada 31%, Lənkəranda 57%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 12%, Gəncədə 15%, Qubada 39%, Şəkidə 26%, Lənkəranda 59%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 18 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Lənkəranda, Sabirabadda, Dağlıq Şirvan bölgəsində və Qubada 3 hPa, 3 hPa, Maştağada, Bərdədə, Cəfərxanda, Beyləqanda, Zərdabda, Gəncədə və Tovuzda 4 hPa, Tərtərdə, Şəmkirdə, Şərurda, Ceyrançöldə və Gədəbəydə 5 hPa, Şəki- Zaqatala bölgəsində 4-6 hPa, İmişlidə və Ordubadda 6-7 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 68-82%, Dağlıq Şirvanda 80-83%, Bərdə-Tərtərdə 69-79%, Gəncədə və Şəmkirdə 72-75%, Maştağada 71%, Qazax-Tovuzda 63-65%, Lənkəranda 86%, Qubada 82%, Şəki-Zaqatalada 63-77%, Şərur və Ordubadda 57-68%, Zərdabda 78 hPa təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Goranboyda (maksimum sürət 19 m/san), Şəkidə (maksimum sürət 15 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Noyabr ayının birinci ongünlüyündə Cəfərxanda, Beyləqanda və Sabirabadda pambıq əkilmiş sahələrdə pambıq xammalının yığımı davam edib. Payızlıq dənli bitkilər əkiləcək sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Beyləqanda, Tovuzda, Qəbələdə, Oğuzda və Bərdədə arpa və buğda toxumunun səpini aparılmış, Sabirabadda, Qubada, Zaqatalada, Şəkidə, Şamaxıda və İsmayıllıda arpa və buğda bitkilərində cücərmə qeydə alınmışdır. Bağlarda xurma, alma, armud, nar, heyva, qoz ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib, yarpaqların payız saralması və xəzan qeydə alınıb. Zaqatalada tütün bitkisində yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi və yarpaqların yığımı müşahidə edilib, Lənkəranda feyxoa və naringi kimi sitrus bitkilərində yetişmə və yığım qeydə alınıb. Otlaq bitkilərində payız boyatması davam edib.

Respublikanın əksər bölgələrində noyabr ayının ikinci ongünlüyündə yağıntısız hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim norması və ötən ilin göstəriciləri ilə müqayisədə  3-5 ⁰C yüksək olması ilə səciyyələnib.

Havanın dekadalıq orta temperaturu Gədəbəydə 9,7⁰C, Qubada, Ceyrançöldə və Dağlıq Şirvan bölgəsində 10-11⁰C, Bərdədə, Tərtərdə, Mil-Muğanda, Gəncə-Goranboyda, Zərdabda, Tovuzda və Şəki-Zaqatala bölgəsində 12-13⁰C, Maştağada 15⁰C qeydə alınıb. 


Havanın minimum temperaturu Şərurda 1⁰C, Gədəbəydə, Ceyrançöldə və Zaqatalada 2⁰C, İsmayıllıda və Ordubadda 3⁰C, Tovuzda və Balakəndə 4⁰C, Gəncədə və Qubada 5⁰C, Zərdabda, Cəfərxanda, Şamaxıda, Şəkidə və Qəbələdə 6⁰C, Bərdədə və Acınohurda 7⁰C, Oğuzda 8⁰, Maştağada 9⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Tovuzda -2⁰, Zaqatalada -0,3⁰C, Gəncədə -1⁰C, Qubada 2⁰C, Ceyrançöldə 0,3⁰C, Şəkidə 1,3⁰C, Cəfərxanda 5⁰C, Maştağada 6⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada, Şəkidə 10⁰C, Göyçayda 11⁰C, Naxçıvanda 12⁰C, Gəncədə 13⁰C, Lənkəranda 15⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə və Qubada 11⁰C, Lənkəranda 16⁰C, Göyçayda və Naxçıvanda 14⁰C, Gəncədə 13⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Gəncədə 13%, Şəkidə 18%, Naxçıvanda 21%, Qubada 29%, Lənkəranda 55%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 11%, Gəncədə 15%, Qubada 34%, Şəkidə 23%, Lənkəranda 58%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Şərurda 6 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Lənkəranda, Sabirabadda, Qubada, Zərdabda, Lənkəranda 2 hPa, Maştağada, Bərdədə, Cəfərxanda, İmişlidə, Dağlıq Şirvan bölgəsində, Gəncədə, Şəmkirdə, Balakəndə, Qəbələdə və Ordubadda 3 hPa, Tovuzda, Ceyrançöldə, Şəkidə, Oğuzda və Şərurda 4 hPa, Zaqatalada 5 hPa, Tərtərdə və Gədəbəydə 6 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 79-89%, Dağlıq Şirvanda 79-80%, Bərdə-Tərtərdə 78-83%, Gəncədə və Şəmkirdə 80-81%, Maştağada 82%, Qazax-Tovuzda 58-72%, Lənkəranda 90%, Qubada 83%, Şəki-Zaqatalada 71-87%, Şərur və Ordubadda 60-75%, Zərdabda 92 hPa təşkil edib.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Goranboyda (maksimum sürət 19 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Dekada ərzində payızlıq dənli bitkilər əkiləcək sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Goranboyda, İmişlidə və Tərtərdə buğdanın səpini aparılmış, Beyləqanda cücərmə, Qəbələdə, Sabirabadda, Zaqatalada, Şəkidə, Şamaxıda və İsmayıllıda arpa və buğda bitkilərində göyərmə, Qubada 3-cü yarpağın çıxması qeydə alınmışdır. Bağlarda xurma, alma, armud, nar, heyva, qoz ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib, yarpaqların payız saralması və xəzan qeydə alınıb. Zaqatalada tütün bitkisində yarpaqların yığımı, çay kollarında toxumun yetişməsi müşahidə edilib, Lənkəranda feyxoa və naringi kimi sitrus bitkilərində yetişmə və yığım qeydə alınıb. Otlaq bitkilərində payız boyatması davam edib.


Respublikanın əksər bölgələrində noyabr ayının üçüncü ongünlüyündə yağıntısız hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 3-5⁰C, ötən ilin göstəriciləri ilə müqayisədə bəzi yerlərdə 2-3⁰C yüksək olması ilə səciyyələnib.

Havanın dekadalıq orta temperaturu Gədəbəydə 8,9⁰C,Ceyrançöldə 7⁰C, Tovuzda,  Gəncə-Goranboyda, Zərdabda, Beyləqanda 8-9⁰C, Dağlıq Şirvan bölgəsində, Qubada və Şəki-Zaqatalada 8-10⁰C, Bərdədə, Tərtərdə, Mil-Muğanda, Lənkəranda 10-11⁰C, Maştağada 14⁰C qeydə alınıb. 



Havanın minimum temperaturu Şərurda - 4⁰C, Ceyrançöldə və Ordubadda - 1⁰C, Tovuzda 0,3⁰C, Gədəbəydə 0,6⁰C, İsmayıllıda 1⁰C, Zərdabda, Cəfərxanda və Balakəndə 2⁰C, Şəkidə, Zaqatalada və Qubada 3⁰C, Gəncədə, Qəbələdə və Oğuzda 4⁰C, Şamaxıda və Bərdədə 5⁰C, Maştağada 10⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Ceyrançöldə -6⁰, Tovuzda -5⁰C, Gəncədə və Zaqatalada -3⁰C, Şəkidə -2⁰C, Qubada 1⁰C, Cəfərxanda 3⁰C, Maştağada 5⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada və Şəkidə 7⁰C, Göyçayda 8⁰C, Naxçıvanda və Gəncədə 9⁰C, Lənkəranda 13⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə və Naxçıvanda 9⁰C, Lənkəranda 13⁰C, Göyçayda 12⁰C, Gəncədə 11⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Gəncədə 13%, Şəkidə 16%, Naxçıvanda 21%, Qubada 25%, Lənkəranda 51%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 11%, Gəncədə 15%, Qubada 30%, Şəkidə 21%, Lənkəranda 56%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 2 mm qeydə alınıb.



Rütubət çatışmazlığı Lənkəranda, Sabirabadda, Beyləqanda, Cəfərxanda, Zərdabda, 2 hPa, Maştağada, Bərdədə, Qubada, İsmayıllıda, Şərurda, Ceyrançöldə və Balakəndə 3 hPa, Tovuzda, Tərtərdə, İmişlidə, Şamaxıda, Gəncədə, Şəmkirdə, Ordubadda və Qəbələdə 4 hPa, Zaqatalada, Şəkidə, Oğuzda 5 hPa, Gədəbəydə 6 hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 74-86%, Dağlıq Şirvanda 73-79%, Bərdə-Tərtərdə 71-80%, Gəncədə və Şəmkirdə 71-73%, Maştağada 82%, Qazax-Tovuzda 59-70%, Lənkəranda 98%, Qubada 75%, Şəki-Zaqatalada 61-80%, Şərur və Ordubadda 65-76%, Zərdabda 86 hPa təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Şəkidə (maksimum sürət 15 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Dekada ərzində payızlıq dənli bitkilər əkiləcək sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zərdabda şumlama, Şərurda və Cəfərxanda buğdanın səpini aparılmış, Goranboyda cücərmə, Tərtərdə, Bərdədə, Gəncədə, Oğuzda, Qəbələdə, Şamaxıda, Beyləqanda, Sabirabadda, Zaqatalada, Şəkidə arpa və buğda bitkilərində göyərmə, Qubada, İsmayıllıda və Şəkidə 3-cü yarpağın çıxması qeydə alınmışdır. Bağlarda xurma, alma, armud, nar, heyva, qoz ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib, yarpaqların payız saralması və xəzan qeydə alınıb. Zaqatalada çay kollarında toxumun yetişməsi müşahidə edilib, Lənkəranda feyxoa və naringi kimi sitrus bitkilərində yetişmə və yığım qeydə alınıb. Otlaq bitkilərində payız boyatması davam edib. Sahələrdə və bağlarda suvarma, şumlama, dərmanlama, budama kimi kənd təsərrüfatı işləri aparılıb.