Oktyabr ayının 1-ci dekadası üzrə Aqrometeoroloji bülleten
	
Respublikanın əksər bölgələrində oktyabr ayının birinci ongünlüyündə az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2 ⁰C yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-2 ⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 12,6⁰C, Qubada və Dağlıq Şirvan bölgəsində 15-16⁰C, Şəki-Zaqatala bölgəsində və Ceyrançöldə 16-17⁰C, Gəncədə, Tovuzda, Lənkəranda, Şərurda, Ordubadda, Zərdabda, Bərdə-Tərtərdə, Mil-Muğanda, Şəmkirdə, Goranboyda və Maştağada 18-19⁰C qeydə alınıb. 

Havanın minimum temperaturu Gədəbəydə 6⁰C, Dağlıq Şirvan bölgəsində, Şərurda və Qəbələdə 8-9⁰C, Qubada, Cəfərxanda, Zaqatalada, Şəkidə, Balakəndə və Oğuzda 10⁰C, Tovuzda, Bərdədə, Ceyrançöldə, Zərdabda, Gəncədə, Ordubadda 11-12⁰C, Maştağada 13⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 6⁰C, Şərurda 7⁰C, Şəkidə və Zaqatalada 8⁰C, Ordubadda, Cəfərxanda və Tovuzda 9⁰C, Ceyrançöldə, Gəncədə və Maştağada 10-11⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Lənkəranda və Gəncədə 19⁰C, Qubada 14⁰C, Naxçıvanda 20⁰C, Göyçayda 16⁰C, Şəkidə 15⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 16⁰C, Qubada 15⁰C, Lənkəranda 19⁰C, Gəncədə və Göyçayda 20 ⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 5%, Şəkidə 28%, Gəncədə 14%, Qubada 25%, Lənkəranda 48%, Naxçıvanda 22%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 18%, Gəncədə 15%, Qubada 38%, Şəkidə 36%, Lənkəranda 54%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Oğuzda 48 mm, Qəbələdə 30 mm, Gədəbəydə 29 mm, Şəkidə 24 mm, İsmayıllıda 17 mm, Qubada 15 mm qeydə alınıb.

Rütubət çatışmazlığı Qubada, Şamaxıda və Qəbələdə 3 hPa, Gədəbəydə və Lənkəranda 4 hPa, İsmayıllıda, Bərdədə, Gəncədə, Tovuzda, Balakəndə, Şəkidə və Oğuzda 5 hPa, Şəmkirdə, Maştağada, Cəfərxanda, Beyləqanda, Sabirabadda, Zaqatalada 5-6 hPa, Ceyrançöldə və Zərdabda 7 hPa, İmişlidə 8 hPa, Ordubadda və Şərurda 12 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 67-79%, Dağlıq Şirvanda 76-84%, Bərdə-Tərtərdə 71-77%, Gəncədə və Şəmkirdə 75-76%, Maştağada 75%, Qazax-Tovuzda 68-79%, Lənkəranda 83%, Qubada 86%, Şəki-Zaqatalada 75-84%, Şərur və Ordubadda 54-56% təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 3 gün Goranboyda (maksimum sürət 23 m/san), 2 gün Maştağada (maksimum sürət 18 m/san), 1 gün Tərtərdə (maksimum sürət 27m/san), Sabirabadda və Lənkəranda (maksimum sürət 17 m/san), Şəkidə (maksimum sürət 20 m/san), İsmayıllıda ( maksimum sürət 18 m/san ) Gəncədə və Bərdədə ( maksimum sürət 16 m/san ) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Əksər aran rayonlarında oktyabr ayının birinci ongünlüyündə pambıq əkilmiş sahələrdə aparılmış müşahidələrə əsasən bitkilərdə ilk qozalarda pambıq xammalının yetişməsi fenoloji mərhələsi davam edib, Sabirabadda və İmişlidə müşahidə sahəsində pambığın 2-ci yığımı qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 14 ədəd, açılmış və yetişmiş qozaların orta sayı 2 ədəd, Bərdədə və Tərtərdə 17-21 ədəd, yetişmiş və açılmış qozaların orta sayı 16 ədəd təşkil edib. Bağlarda xurma, alma, armud, nar, üzüm, heyva, qoz ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib. Zaqatalada tütün bitkisində yarpaqların yığımı, çay kollarında qönçələnmə, Lənkəranda feyxoa və naringi kimi sitrus bitkilərində budaqların 3-cü boy atması müşahidə edilib. Tovuzda, Gəncədə, Şəkidə, Qəbələdə yonca bitkisində 3-cü biçindən, Cəfərxanda 4-cü biçindən sonra otların boy atması, Zaqatalada yaşıl kütlənin 5-ci biçini qeydə alınıb. Acınohurda və Ceyrançöldə otlaq bitkilərində payız boyatması davam edib. Dekada ərzində pambıq sahələrində yığımqabağı desikant maddələrlə bitkilərin qurudulması, defoliant maddələrlə bitkilərdə yarpaqların tökülməsinin tezləşdirilməsi məqsədi ilə dərmanlama, Gəncədə payızlıq dənli bitkilər əkiləcək sahələrdə şumlama işləri aparılıb.

		Oktyabr ayının 2-ci dekadası üzrə Aqrometeoroloji bülleten
	
Havanın minimum temperaturu Gədəbəydə 4⁰C, Qəbələdə və Oğuzda 7⁰C, Dağlıq Şirvan bölgəsində, Qubada 8⁰C, Cəfərxanda və Zaqatalada 9⁰C, Şəkidə, Gəncədə, Tovuzda və Ordubadda 10⁰C, Ceyrançöldə və Zərdabda 11⁰C, Maştağada 12⁰C, Bərdədə 13⁰C qeydə alınıb.
	
	Respublikanın bəzi bölgələrində oktyabr ayının ikinci ongünlüyündə nisbətən yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2⁰C,  ötən ilin göstəriciləri ilə müqayisədə isə 1 ⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 9,6⁰C, Qubada, Şərurda və Dağlıq Şirvan bölgəsində 12-14⁰C, Şəki-Zaqatala bölgəsində 13-15⁰C, Gəncədə, Şəmkirdə, Tovuzda 16⁰C, Lənkəranda, Ordubadda, Zərdabda, Bərdə-Tərtərdə, Mil-Muğanda, Ceyrançöldə, Goranboyda və Maştağada 17-18⁰C qeydə alınıb. 

Havanın minimum temperaturu Gədəbəydə 4⁰C, Qəbələdə və Oğuzda 7⁰C, Dağlıq Şirvan bölgəsində, Qubada 8⁰C, Cəfərxanda və Zaqatalada 9⁰C, Şəkidə, Gəncədə, Tovuzda və Ordubadda 10⁰C, Ceyrançöldə və Zərdabda 11⁰C, Maştağada 12⁰C, Bərdədə 13⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Tovuzda və Şərurda 4⁰C, Gəncədə, Şəkidə və Zaqatalada 6⁰C, Qubada və İsmayıllıda 7⁰C, Cəfərxanda 8⁰C, Ceyrançöldə 10⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 13⁰C, Şəkidə 14⁰C, Göyçayda 15⁰C, Naxçıvanda və Gəncədə 18⁰C, Lənkəranda 19⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 15⁰C, Qubada 14⁰C, Lənkəranda və Göyçayda 19⁰C, Gəncədə 18 ⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Şəkidə 25%, Gəncədə 14%, Qubada 28%, Lənkəranda 44%, Naxçıvanda 22%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 13%, Gəncədə 15%, Qubada 38%, Şəkidə 30%, Lənkəranda 52%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
 Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 67 mm, Zaqatalada 40 mm, Qubada 27 mm, Balakəndə 25 mm, Oğuzda 12 mm, Şəkidə 11 mm qeydə alınıb.

Rütubət çatışmazlığı Qubada və Şamaxıda 2-3 hPa, Gədəbəydə, Lənkəranda, İsmayıllıda, Qəbələdə və Balakəndə 4 hPa, Maştağada, Bərdədə, Gəncədə və Oğuzda 5 hPa, Şəmkirdə, Zərdabda, Cəfərxanda, Beyləqanda, Sabirabadda, Tovuzda, Zaqatalada və Şəkidə 6 hPa, Ceyrançöldə və Tərtərdə 7 hPa, İmişlidə 9 hPa, Ordubadda 10 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 61-75%, Dağlıq Şirvanda 76-83%, Bərdə-Tərtərdə 68-75%, Gəncədə və Şəmkirdə 69-75%, Maştağada 78%, Qazax-Tovuzda 71-74%, Lənkəranda 84%, Qubada 88%, Şəki-Zaqatalada 70-78%, Şərur və Ordubadda 54-60% təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 3 gün Goranboyda (maksimum sürət 23 m/san), 1 gün Maştağada və Gəncədə (maksimum sürət 16 m/san), Şəkidə (maksimum sürət 15m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Aran rayonlarında oktyabr ayının ikinci ongünlüyündə pambıq əkilmiş sahələrdə aparılmış müşahidələrə əsasən Cəfərxanda və Tərtərdə bitkilərdə pambıq xammalının yetişməsi fenoloji mərhələsi davam edib, Beyləqanda, Bərdədə və Goranboyda məhsulun 1-ci, Sabirabadda və İmişlidə müşahidə sahəsində pambığın 2-ci yığımı qeydə alınıb. Tərtərdə bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 22 ədəd, açılmış və yetişmiş qozaların orta sayı 19 ədəd, yetişmiş və yığılmış qozaların orta sayı 16 ədəd təşkil edib. Bağlarda xurma, alma, armud, nar, heyva, qoz ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib, yarpaqların payız saralması qeydə alınıb. Zaqatalada tütün bitkisində yarpaqların yığımı davam edib, çay kollarında çiçəkləmə, Lənkəranda feyxoa və naringi kimi sitrus bitkilərində yetişmə və yığım müşahidə edilib. Tovuzda, Gəncədə, Şəkidə, Qəbələdə yonca bitkisində 3-cü biçindən, Cəfərxanda 4-cü, Zaqatalada 5-ci biçindən sonra otların boy atması qeydə alınıb. Acınohurda və Ceyrançöldə otlaq bitkilərində payız boyatması davam edib. Dekada ərzində pambıq sahələrində yığımqabağı desikant maddələrlə bitkilərin qurudulması, defoliant maddələrlə bitkilərdə yarpaqların tökülməsinin tezləşdirilməsi məqsədi ilə dərmanlama, Gəncədə və Oğuzda payızlıq dənli bitkilər əkiləcək sahələrdə şumlama, Sabirabadda isə müşahidə sahəsində arpa bitkisinin səpini aparılıb.