Sentyabr ayının 1-ci dekadası üzrə Aqrometeoroloji bülleten
	
Respublikanın əksər bölgələrində sentyabr ayının birinci ongünlüyündə az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 3-4 ⁰C yüksək,  ötən ilin göstəriciləri ilə müqayisədə isə 1 ⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 19⁰C, Qubada 21,7⁰C, Dağlıq Şirvan bölgəsində 23⁰C, Maştağada, Ceyrançöldə, Tovuzda, Zərdabda, Lənkəranda və Şəki-Zaqatala bölgəsində 25-26⁰C, Gəncədə, Şəmkirdə, Goranboyda, Mil-Muğanda, Bərdə-Tərtərdə 26-27⁰C, Şərurda və Ordubadda 26-28⁰C qeydə alınıb. 

Havanın minimum temperaturu Gədəbəydə 12⁰C, İsmayıllıda 14⁰C, Şamaxıda, Qubada, Cəfərxanda 17⁰C, Zərdabda və Ceyrançöldə 18⁰C, Şəki-Zaqatala bölgəsində və Tovuzda 16-19⁰C, Maştağada, Ordubadda, Bərdədə və Gəncədə 20⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada, Şərurda və Cəfərxanda 15⁰C, Tovuzda, Ceyrançöldə, Zaqatalada, Maştağada və İsmayıllıda 17⁰C, Şəkidə, Ordubadda, Gəncədə 18⁰C, İsmayıllıda təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Şəkidə 25⁰C, Qubada 22⁰C, Göyçayda 25⁰C, Naxçıvanda 28⁰C, Gəncədə 30⁰C, Lənkəranda 25⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 26⁰C, Qubada 22⁰C, Lənkəranda 24⁰C, Gəncədə 28⁰C, Göyçayda 32 ⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Şəkidə 8%, Qubada 11%, Gəncədə 13%, Lənkəranda 14%, Naxçıvanda 21%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 9%, Gəncədə 16%, Qubada 19%, Lənkəranda 15%, Naxçıvanda 27%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Zaqatalada 60 mm, Balakəndə 55 mm, Qubada 18 mm, Gədəbəydə 10 mm qeydə alınıb.

Rütubət çatışmazlığı Lənkəranda, Qubada və Gədəbəydə 8-9 hPa, Maştağada, Cəfərxanda, Sabirabadda, Gəncədə və Tovuzda 12-13 hPa, Tərtərdə, Zərdabda, Beyləqanda, Şamaxıda, Ceyrançöldə və Qəbələdə 14 hPa, İsmayıllıda, Şəmkirdə, Balakəndə və Zaqatalada 15 hPa, Bərdədə, İmişlidə və Oğuzda 17 hPa, Şərurda və Ordubadda 21-24 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 57-68%, Dağlıq Şirvanda 52-55%, Bərdə-Tərtərdə 55-62%, Gəncədə və Şəmkirdə 60-66%, Maştağada 67%, Qazax-Tovuzda 59-68%, Lənkəranda 76%, Qubada 74%, Şəki-Zaqatalada 52-61%, Şərur və Ordubadda 40-47% təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Zərdabda və Beyləqanda 2 gün, Sabirabadda 1 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Balakəndə (maksimum sürət 15 m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Avqust ayının üçüncü ongünlüyündə pambıq əkilmiş sahələrdə aparılmış müşahidələrə əsasən Beyləqan, Cəfərxan, İmişli, Bərdə, Tərtər və Goranboyda bitkilərdə ilk qozalarda pambıq xammalının yetişməsi fenoloji mərhələsi, Sabirabadda müşahidə sahəsində pambığın 1-ci yığımı qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 14 ədəd, açılmış və yetişmiş qozaların orta sayı 2 ədəd, Bərdədə və Tərtərdə 17-21 ədəd, yetişmiş və açılmış qozaların orta sayı 5-6 ədəd təşkil edib. Dekadanın sonlarında bitkilərin hündürlüyü 101-118 sm təşkil edib. Bağlarda xurma, nar, üzüm, heyva, qoz, fındıq ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib. Lənkəranda çay kollarında yarpaqların 3-cü yığımı, feyxoa və naringi kimi sitrus bitkilərində budaqların 2-ci boy atması, Balakəndə qarğıdalıda dənin tam yetişkənliyi, çay kollarında 5-ci dərəcəli məhsuldar budaqların çıxması, tütün bitkisində gövdənin böyüməsi, yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi və yarpaqların yığımı müşahidə edilib. Tovuzda, Gəncədə, Şəkidə, Qəbələdə, Zaqatalada yonca bitkisində 3-cü biçindən sonra, Cəfərxanda 5-ci biçindən sonra otların boy atması qeydə alınıb. Acınohurda və Ceyrançöldə otlaq bitkilərinin biçilib qurudulması davam edib. Dekada ərzində yağıntısız günlərdə sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, alaq etmə, budama, cərgələr arası torpağın yumşaldılması, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.

		Sentyabr ayının 2-ci dekadası üzrə Aqrometeoroloji bülleten
	
Havanın minimum temperaturu Gədəbəydə 7⁰C, Dağlıq Şirvan bölgəsində və Qubada 10-11⁰C, Tovuzda, Ceyrançöldə və Şəki-Zaqatala bölgəsində 11-13⁰C, Maştağada, Bərdədə, Gəncədə 14⁰C, Zərdabda və Cəfərxanda 15⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 7⁰C, Tovuzda, Ceyrançöldə və Ordubadda 10-11⁰C, Şəkidə və Cəfərxanda 12⁰C, Zaqatalada 13⁰C, Maştağada və Gəncədə 14⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Şəkidə və Göyçayda 18⁰C, Qubada 15⁰C, Naxçıvanda 24⁰C, Gəncədə 23⁰C, Lənkəranda 22⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 20⁰C, Qubada 17⁰C, Lənkəranda 22⁰C, Gəncədə 24⁰C, Göyçayda 22 ⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 6%, Şəkidə və Qubada 23%, Gəncədə 12%, Lənkəranda 26%, Naxçıvanda 21%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 17%, Gəncədə 15%, Qubada 46%, Lənkəranda 38%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Zaqatalada 138 mm, Lənkəranda 119 mm, Qubada 111 mm, Balakəndə 97 mm, Oğuzda 92 mm, Qəbələdə 84 mm, Şəkidə 70 mm, Gədəbəydə və Dağlıq Şirvan bölgəsində 64-65 mm qeydə alınıb.

Rütubət çatışmazlığı Lənkəranda, Qubada, Şəki-Zaqatala bölgəsində, Lənkəranda, Şamaxıda və Gədəbəydə 3-4 hPa, Maştağada, Bərdə-Tərtərdə, Cəfərxanda, Beyləqanda, Zərdabda 6 hPa, Ceyrançöldə, Sabirabadda və Şəmkirdə 7 hPa, İmişlidə 8 hPa, Şərurda və Ordubadda 11 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 69-82%, Dağlıq Şirvanda 65-85%, Bərdə-Tərtərdə 74-77%, Gəncədə və Şəmkirdə 74-80%, Maştağada 82%, Qazax-Tovuzda 67-84%, Lənkəranda 87%, Qubada 81%, Şəki-Zaqatalada 79-86%, Şərur və Ordubadda 58-61% təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 4 gün Maştağada və Goranboyda (maksimum sürət 23 m/san), Naxçıvanda (maksimum sürət 22 m/san), Tərtərdə (maksimum sürət 18 m/san), 2 gün Gəncədə və Sabirabadda (maksimum sürət 20 m/san), Bərdədə (maksimum sürət 18 m/san), 1 gün Şamaxıda və Şəmkirdə (maksimum sürət 16 m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Sentyabr ayının ikinci ongünlüyündə pambıq əkilmiş sahələrdə aparılmış müşahidələrə əsasən Beyləqan, Cəfərxan, İmişli, Bərdə, Tərtər və Goranboyda bitkilərdə ilk qozalarda pambıq xammalının yetişməsi fenoloji mərhələsi, Sabirabadda və Gəncədə müşahidə sahəsində pambığın 1-ci yığımı qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 14 ədəd, açılmış və yetişmiş qozaların orta sayı 2 ədəd, Bərdədə və Tərtərdə 17-21 ədəd, yetişmiş və açılmış qozaların orta sayı 5-6 ədəd təşkil edib. Bağlarda xurma, alma, armud, nar, üzüm, heyva, qoz, fındıq ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib. Lənkəranda çay kollarında çiçəkləmə, feyxoa və naringi kimi sitrus bitkilərində budaqların 3-cü boy atması, Balakəndə qarğıdalıda dənin tam yetişkənliyi, çay kollarında 5-ci dərəcəli məhsuldar budaqların çıxması, Zaqatalada tütün bitkisində gövdənin böyüməsi, yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi və yarpaqların yığımı müşahidə edilib. Tovuzda, Gəncədə, Şəkidə, Qəbələdə, Zaqatalada yonca bitkisində 3-cü biçindən sonra, Cəfərxanda 4-cü biçindən sonra otların boy atması qeydə alınıb. Acınohurda və Ceyrançöldə otlaq bitkilərinin biçilib qurudulması davam edib. Dekada ərzində yağıntısız günlərdə sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, alaq etmə, budama, cərgələr arası torpağın yumşaldılması, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.
	
Respublikanın əksər bölgələrində sentyabr ayının ikinci ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2 ⁰C, ötən ilin göstəriciləri ilə müqayisədə isə 3-4 ⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 11,7⁰C, Qubada 15⁰C, Dağlıq Şirvan bölgəsində 15-17⁰C, Ceyrançöldə, Tovuzda və Şəki-Zaqatala bölgəsində 17-18⁰C, Gəncədə, Şəmkirdə, Maştağada, Zərdabda, Lənkəranda, Goranboyda, Mil-Muğanda, Bərdə-Tərtərdə, Şərurda və Ordubadda 19-20⁰C qeydə alınıb. 

Havanın minimum temperaturu Gədəbəydə 7⁰C, Dağlıq Şirvan bölgəsində və Qubada 10-11⁰C, Tovuzda, Ceyrançöldə və Şəki-Zaqatala bölgəsində 11-13⁰C, Maştağada, Bərdədə, Gəncədə 14⁰C, Zərdabda və Cəfərxanda 15⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 7⁰C, Tovuzda, Ceyrançöldə və Ordubadda 10-11⁰C, Şəkidə və Cəfərxanda 12⁰C, Zaqatalada 13⁰C, Maştağada və Gəncədə 14⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Şəkidə və Göyçayda 18⁰C, Qubada 15⁰C, Naxçıvanda 24⁰C, Gəncədə 23⁰C, Lənkəranda 22⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 20⁰C, Qubada 17⁰C, Lənkəranda 22⁰C, Gəncədə 24⁰C, Göyçayda 22 ⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 6%, Şəkidə və Qubada 23%, Gəncədə 12%, Lənkəranda 26%, Naxçıvanda 21%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 17%, Gəncədə 15%, Qubada 46%, Lənkəranda 38%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Zaqatalada 138 mm, Lənkəranda 119 mm, Qubada 111 mm, Balakəndə 97 mm, Oğuzda 92 mm, Qəbələdə 84 mm, Şəkidə 70 mm, Gədəbəydə və Dağlıq Şirvan bölgəsində 64-65 mm qeydə alınıb.

Rütubət çatışmazlığı Lənkəranda, Qubada, Şəki-Zaqatala bölgəsində, Lənkəranda, Şamaxıda və Gədəbəydə 3-4 hPa, Maştağada, Bərdə-Tərtərdə, Cəfərxanda, Beyləqanda, Zərdabda 6 hPa, Ceyrançöldə, Sabirabadda və Şəmkirdə 7 hPa, İmişlidə 8 hPa, Şərurda və Ordubadda 11 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 69-82%, Dağlıq Şirvanda 65-85%, Bərdə-Tərtərdə 74-77%, Gəncədə və Şəmkirdə 74-80%, Maştağada 82%, Qazax-Tovuzda 67-84%, Lənkəranda 87%, Qubada 81%, Şəki-Zaqatalada 79-86%, Şərur və Ordubadda 58-61% təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 4 gün Maştağada və Goranboyda (maksimum sürət 23 m/san), Naxçıvanda (maksimum sürət 22 m/san), Tərtərdə (maksimum sürət 18 m/san), 2 gün Gəncədə və Sabirabadda (maksimum sürət 20 m/san), Bərdədə (maksimum sürət 18 m/san), 1 gün Şamaxıda və Şəmkirdə (maksimum sürət 16 m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Sentyabr ayının ikinci ongünlüyündə pambıq əkilmiş sahələrdə aparılmış müşahidələrə əsasən Beyləqan, Cəfərxan, İmişli, Bərdə, Tərtər və Goranboyda bitkilərdə ilk qozalarda pambıq xammalının yetişməsi fenoloji mərhələsi, Sabirabadda və Gəncədə müşahidə sahəsində pambığın 1-ci yığımı qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 14 ədəd, açılmış və yetişmiş qozaların orta sayı 2 ədəd, Bərdədə və Tərtərdə 17-21 ədəd, yetişmiş və açılmış qozaların orta sayı 5-6 ədəd təşkil edib. Bağlarda xurma, alma, armud, nar, üzüm, heyva, qoz, fındıq ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib. Lənkəranda çay kollarında çiçəkləmə, feyxoa və naringi kimi sitrus bitkilərində budaqların 3-cü boy atması, Balakəndə qarğıdalıda dənin tam yetişkənliyi, çay kollarında 5-ci dərəcəli məhsuldar budaqların çıxması, Zaqatalada tütün bitkisində gövdənin böyüməsi, yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi və yarpaqların yığımı müşahidə edilib. Tovuzda, Gəncədə, Şəkidə, Qəbələdə, Zaqatalada yonca bitkisində 3-cü biçindən sonra, Cəfərxanda 4-cü biçindən sonra otların boy atması qeydə alınıb. Acınohurda və Ceyrançöldə otlaq bitkilərinin biçilib qurudulması davam edib. Dekada ərzində yağıntısız günlərdə sahələrdə və bağlarda zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, alaq etmə, budama, cərgələr arası torpağın yumşaldılması, suvarma kimi kənd təsərrüfatı işləri aparılıb.
	
		Sentyabr ayının 3-cü dekadası üzrə Aqrometeoroloji bülleten
	
	Respublikanın əksər bölgələrində sentyabr ayının üçüncü ongünlüyündə nisbətən yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2 ⁰C, ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-3 ⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 10,5⁰C, Qubada və Dağlıq Şirvan bölgəsində 13-15⁰C, Ceyrançöldə, Tovuzda, Lənkəranda, Şərurda, Ordubadda və Şəki-Zaqatala bölgəsində 15-17⁰C, Gəncədə, Şəmkirdə,  Maştağada 18⁰C, Zərdabda və  Goranboyda 19⁰C, Mil-Muğanda 17-21⁰C qeydə alınıb. 

Havanın minimum temperaturu Gədəbəydə 4⁰C, Dağlıq Şirvan bölgəsində və Qubada 8-9⁰C, Tovuzda, Ceyrançöldə, Zərdabda, Gəncədə və Şəki-Zaqatala bölgəsində 10-12⁰C, Maştağada, Bərdədə və Cəfərxanda 13⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 6⁰C, Tovuzda, Ceyrançöldə, Şəkidə və Goranboyda 9⁰C, Cəfərxanda, Zaqatalada və Maştağada10-11⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Lənkəranda 20⁰C, Qubada 13⁰C, Naxçıvanda 24⁰C, Gəncədə 19⁰C, Şəkidə 16⁰C, 20 sm dərinlikdə temperaturu Şəkidə 17⁰C, Qubada 15⁰C, Lənkəranda 20⁰C, Gəncədə və Göyçayda 21 ⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 5%, Şəkidə 27%, Gəncədə 13%, Lənkəranda 50%, Naxçıvanda 21%-ə qədər, 20 sm dərinlikdə Göyçayda 21%, Gəncədə 15%, Qubada 38%, Lənkəranda 57%, Naxçıvanda 28%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 171 mm, Şamaxıda 69 mm, Qəbələdə 57 mm, Oğuzda 50 mm, İsmayıllıda 42 mm, Şəkidə 20 mm, Beyləqanda 19 mm və Qubada 18 mm qeydə alınıb.

Rütubət çatışmazlığı Lənkəranda, Şamaxıda, Gədəbəydə və Qəbələdə 3 hPa, Qubada və Oğuzda 4 hPa, Maştağada, Bərdə-Tərtərdə, Cəfərxanda, Beyləqanda, Sabirabadda, İsmayıllıda, Tovuzda, Şəkidə, Balakəndə, Zaqatalada və Zərdabda 5- 6 hPa, Ceyrançöldə, Gəncədə və Şəmkirdə 7 hPa, İmişlidə və Cəfərxanda 8 hPa, Ordubadda 10 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 69-80%, Dağlıq Şirvanda 76-83%, Bərdə-Tərtərdə 71-77%, Gəncədə və Şəmkirdə 68-71%, Maştağada 74%, Qazax-Tovuzda 65-79%, Lənkəranda 87%, Qubada 80%, Şəki-Zaqatalada 72-83%, Şərur və Ordubadda 58-60% təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 3 gün Maştağada (maksimum sürət 22 m/san), 1 gün Gəncədə (maksimum sürət 20 m/san), Goranboyda (maksimum sürət 19 m/san), Sabirabadda (maksimum sürət 17 m/san), Şəmkirdə (maksimum sürət 16 m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Sentyabr ayının üçüncü ongünlüyündə pambıq əkilmiş sahələrdə aparılmış müşahidələrə əsasən Beyləqan, Cəfərxan, Bərdə, Tərtər və Goranboyda bitkilərdə ilk qozalarda pambıq xammalının yetişməsi fenoloji mərhələsi davam edib, Sabirabadda və İmişlidə müşahidə sahəsində pambığın 1-ci yığımı qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 14 ədəd, açılmış və yetişmiş qozaların orta sayı 2 ədəd, Bərdədə və Tərtərdə 17-21 ədəd, yetişmiş və açılmış qozaların orta sayı 5-6 ədəd təşkil edib. Bağlarda xurma, alma, armud, nar, üzüm, heyva, qoz, fındıq ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib. Zaqatalada çay kollarında yarpaqların 5-ci yığımı, Lənkəranda feyxoa və naringi kimi sitrus bitkilərində budaqların 3-cü boy atması, Balakəndə qarğıdalıda dənin tam yetişkənliyi, Zaqatalada tütün bitkisində gövdənin böyüməsi, yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi və yarpaqların yığımı müşahidə edilib. Tovuzda, Gəncədə, Şəkidə, Qəbələdə, Zaqatalada yonca bitkisində 3-cü biçindən sonra, Cəfərxanda 4-cü biçindən sonra otların boy atması qeydə alınıb. Dekada ərzində Goranboyda və Beyləqanda pambıq sahələrində yığımqabağı desikant maddələrlə bitkilərin qurudulması, defoliant maddələrlə bitkilərdə yarpaqların tökülməsinin tezləşdirilməsi məqsədi ilə dərmanlama işləri aparılıb.