Mart ayının 1-ci dekadası üzrə Aqrometeoroloji bülleten
Respublikanın əksər bölgələrində mart ayının birinci ongünlüyündə az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2⁰C yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 1,3⁰C, Dağlıq Şirvan bölgəsində 2-3⁰C, Qubada 2,8⁰C, Ordubad, Şərur və Şəki-Zaqatala bölgəsində 5-6⁰C, Maştağada, Gəncədə, Şəmkirdə, Tovuzda, Ceyrançöldə, Bərdə-Tərtərdə, Mərkəzi Aranda, Mil Muğanda və Lənkəran-Astara bölgəsində 6-7⁰C qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəydə -11⁰C, İsmayıllıda -15⁰C, Qubada və Qəbələdə -10⁰C, Şamaxıda -9⁰C, Şərurda -7⁰C, Oğuzda -8⁰C, Cəfərxan və Balakəndə -6⁰C, Şəki və Zərdabda -5⁰C, Tovuz, Ceyrançöl, Gəncə, Maştağa və Göyçayda -4⁰C, Bərdə və Qazaxda -3⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada -14⁰C, Şəkidə -10⁰C, Gəncə, Şərur və Ordubadda -8⁰C, Maştağada -7⁰C, Şəkidə və Ceyrançöldə -6⁰C, Tovuzda -5⁰C, Göyçayda -4⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda 3⁰C, Qubada 2⁰C, Gəncədə 8⁰C, Şəkidə 4⁰C, Lənkəranda və Naxçıvanda 5⁰C, 20 sm dərinlikdə temperaturu Gəncədə 7⁰C, Qubada 2⁰C, Şəkidə 4⁰C, Göyçayda və Lənkəranda 6⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 6%, Şəkidə 37%, Gəncədə 14%, Lənkəranda 60%, Qubada 19%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 40%, Göyçayda 27%, Gəncədə 15%, Naxçıvanda 30%, Qubada 32%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 18mm, Qəbələdə və Oğuzda 16mm, Şəkidə, İsmayıllıda və Göyçayda 10mm, Balakəndə 9mm qeydə alınıb.

Rütubət çatışmazlığı Qubada, Maştağada və Dağlıq Şirvanda 3hPa, Bərdə-Tərtərdə, Mərkəzi Aranda 4-5hPa, Qazax-Tovuzda 2-5hPa, Şəki-Zaqatala bölgəsində və Mil-Muğanda 3-5hPa, Lənkəran-Astarada 2-4hPa, Gəncə-Goranboyda 5-6hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 58-75%, Dağlıq Şirvanda 71-80%, Maştağada 74%, Mərkəzi Aranda 64-68%, Bərdə-Tərtərdə 62-72%, Gəncədə və Şəmkirdə 54-57%, Qazax-Tovuzda 63-73%, Lənkəran-Astara bölgəsində 76-82%, Qubada 68%, Şəki-Zaqatalada 57-69%, Şərur və Ordubadda 46-66% təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Gəncədə 4 gün, Zərdab, Cəfərxan, İmişlidə 3 gün, Göyçayda 2 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 3 gün Goranboyda (maksimum sürət 23 m/san), Şəkidə (maksimum sürət 18 m/san), 2 gün Tərtərdə (maksimum sürət 23 m/san), Maştağada ( maksimum sürət 21m/san), 1 gün Beyləqanda (maksimum sürət 18 m/san), Göyçayda (maksimum sürət 17 m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Mart ayinin birinci ongünlüyündə havanın temperaturunun ötən günlərlə müqayisədə yüksəlməsi kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli şərait yaradıb. Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilərdə kollanma mərhələsi davam edib, Göyçayda buğum köklərin yaranması, Sabirabadda buğum bağlama mərhələləri müşahidə edilib. Göyçayda bitkilərdə gövdələrin ümumi sayı 346, Şəkidə 335 ədəd təşkil edib, bitkilərdə kollanma dərəcəsi 2,4% olub. Dekadanın sonlarında bitkilərin hündürlüyü 26-30 sm qeydə alınıb. Aran rayonlarında alça, ərik, gilas, heyva kimi bitkilərdə tumurcuqların şişməsi, Lənkəranda üzüm kollarında şirə dövranının başlanması fenoloji mərhələsi müşahidə edilib. Goranboyda pambıq bitkisi əkiləcək sahələrdə şumlama işləri aparılıb.

Mart ayının 2-ci dekadası üzrə Aqrometeoroloji bülleten
Respublikanın əksər bölgələrində mart ayının ikinci ongünlüyündə nisbətən yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 7-10⁰C, ötən ilin göstəriciləri ilə müqayisədə isə 5-8⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 10,2⁰C, Maştağada, Qubada, Lənkəran-Astara və Dağlıq Şirvan bölgələrində 13-14⁰C, Mil Muğanda 13-15⁰C, Ordubad, Şərur, Tovuz və Ceyrançöldə 15⁰C, Bərdə-Tərtərdə, Mərkəzi Aranda və Şəki-Zaqatala bölgəsində 15-16⁰C qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəydə və Qubada 0,3⁰C, Maştağa, Cəfərxan, Şamaxı və Ceyrançöldə 3⁰C, Zərdab və Tovuzda 4⁰C, Göyçay, Bərdə, Ordubad və Gəncədə 5-6⁰C, Şəki-Zaqatalada 5-7⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada -2⁰C, Şəkidə 1⁰C, Maştağada və Ceyrançöldə 2⁰C, Göyçayda 4⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda 11⁰C, Qubada 8⁰C, Gəncədə 14⁰C, Şəkidə, Naxçıvanda və Lənkəranda 10⁰C, 20 sm dərinlikdə temperaturu Gəncədə 13⁰C, Qubada 6⁰C, Şəkidə və Lənkəranda 10⁰C, Göyçayda 14⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 4%, Şəkidə 28%, Gəncədə 15%, Lənkəranda 57%, Qubada 16%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 35%, Göyçayda 19%, Gəncədə 16%, Naxçıvanda 30%, Lənkəranda 63%, Qubada 29%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Balakəndə 51mm, Şəkidə 40mm, Şəmkirdə 26mm, Tovuzda 24mm, Gədəbəydə 23mm, Oğuzda 22mm qeydə alınıb.

Rütubət çatışmazlığı Maştağada 5hPa, Dağlıq Şirvanda, Lənkəran-Astarada 5-7hPa, Qazax-Tovuzda və Mil-Muğanda 5-9hPa, Bərdə-Tərtərdə və Mərkəzi Aranda 8-10hPa, Şəki-Zaqatala bölgəsində və Gəncə-Goranboyda 9-11hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 61-75%, Dağlıq Şirvanda 61-80%, Maştağada 89%, Mərkəzi Aranda 60-67%, Bərdə-Tərtərdə 54-65%, Gəncədə və Şəmkirdə 52-53%, Qazax-Tovuzda 57-65%, Lənkəran-Astara bölgəsində 69-75%, Qubada 53%, Şəki-Zaqatalada 48-54%, Şərur və Ordubadda 40-46% təşkil edib. Havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Balakəndə və Ordubadda 8 gün, Gəncədə 6 gün, Oğuz və Qəbələdə 5 gün, Zərdab və Göyçayda 4 gün, Cəfərxan və Tovuzda 3 gün, İmişli və Şəkidə 2 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Maştağada (maksimum sürət 22 m/san), Şəkidə (maksimum sürət 15 m/san), Gəncədə (maksimum sürət 20 m/san), 1 gün Qəbələdə ( maksimum sürət 30m/san), Beyləqanda (maksimum sürət 24 m/san), Tovuzda (maksimum sürət 20 m/san), Sabirabadda (maksimum sürət 17m/san), Gədəbəydə (maksimum sürət 16 m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Mart ayinin ikinci ongünlüyündə havanın temperaturunun ötən günlərlə müqayisədə yüksəlməsi kənd təsərrüfatı bitkilərinin növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilərdə kollanma mərhələsi davam edib, Qəbələdə buğum köklərin yaranması, Gəncə, Şamaxı və Oğuzda 3-cü yarpağın çıxması mərhələsi müşahidə edilib. Sabirabadda, Qubada, Beyləqanda və Cəfərxanda isə buğum bağlama mərhələsi qeydə alınıb. Dekadanın sonlarında bitkilərin hündürlüyü 28-32 sm olub. Aran və dağətəyi rayonlarda albalı, alça, ərik, gilas, kimi meyvə ağaclarında çiçəkləmə, heyva, nar, xurma ağaclarında tumurcuqların şişməsi, Lənkəranda fındıq kollarında birinci yarpağın açılması fenoloji mərhələsi müşahidə edilib. Dekada ərzində Qubada kartof əkiləcək sahələrdə səpin işləri aparılıb, Gəncədə üzüm kollarının yuxarı hissəsinin halqalama üsulu ilə bağlanması, bitkilərin dibinin cərgələr arası yumşaldılması kimi kənd təsərrüfatı işləri görülüb.