Yanvar ayı üçün Aqrometeoroloji icmal
Yanvar ayı əsasən az yağıntılı hava şəraiti ilə səciyyələnib, buda bitkilərdə əlavə suvarmaya ehtiyac yaradıb. Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zərdab, İmişli, Göyçay və Bərdədə payızlıq dənli bitkilərdə üçüncü yarpağın çıxması mərhələsi davam edib, Tərtər, Goranboy və Biləsuvarda buğum köklərin yaranması, Cəfərxan, Ağdam və Beyləqanda kollanma, Sabirabad və Qubada buğum bağlama fenoloji mərhələsi müşahidə edilib. 1m2 sahədə dənli bitkilərdə gövdələrin ümumi sayı Cəfərxanda 1235-1510, Tərtərdə 448 ədəd təşkil edib, bitkilərin hündürlüyü 18-19 sm qeydə alınıb. Ayin üçüncü ongünlüyündə Göyçayda alça ağaclarında tumurcuqların şişməsi müşahidə edilib. Sahələrdə zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, meyvə bağlarında və üzüm sahələrində budama işləri aparılıb.