Respublikanın əksər bölgələrində yanvar ayının birinci ongünlüyündə az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından1-2⁰C yüksək,ötən ilin göstəriciləri ilə müqayisədə 2-3⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə1,7⁰C, Qubada və Dağlıq Şirvan bölgəsində 2-4⁰C,Tovuz və Ceyrançöldə 4⁰C, Şəki-Zaqatala bölgəsində 4-5⁰C, Gəncə-Goranboy zonasında, Bərdə-Tərtərdə, Mərkəzi Aranda, Mil-Muğanda, Lənkəran-Astara bölgəsində 5-6⁰C, Maştağada 7⁰C qeydə alınıb.
Havanın minimum temperaturu İsmayıllıda -8⁰C, Gədəbəy, Cəfərxan və Şərurda -6⁰C, Ceyrançöldə və Tovuzda -4⁰C, Şəki-Zaqatala bölgəsində, Şamaxıda, Gəncədə və Bərdədə -1( -2)⁰C, Maştağada 3⁰Cqeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Gəncədə -8⁰C, Şərurda -9⁰C,Cəfərxan, Şəki və Ordubadda-5⁰C, Ceyrançöldə -6⁰C, Quba və Tovuzda -4⁰C, Göyçayda -2⁰Ctəşkil edib.Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda 2⁰C, Qubada1⁰C, Gəncədə 5⁰C, Şəkidə 3⁰C, 20 sm dərinlikdə temperaturuGəncə, Quba, Şəki və Göyçayda 2-6⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədəvə Göyçayda 4%, Şəkidə 30%,Naxçıvanda 22%, Qubada 18%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 34%, Göyçayda 18%, Gəncədə 14%, Naxçıvanda 30%,Qubada 31%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 9mm, Qəbələdə və Şamaxıda 6 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Maştağada, Dağlıq Şirvan bölgəsində, Şəki-Zaqatala bölgəsində 2hPa, Gəncədə, Şəmkirdə, Qubada, Mərkəzi Aranda 3hPa,Qazax-Tovuz zonasında 2-3hPa, Mil-Muğanda, Bərdə-Tərtərdə, Lənkəran-Astara bölgəsində 2-4hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 64-84%, Dağlıq Şirvanda 74-81%, Maştağada79%, Mərkəzi Aranda76-79%, Bərdə-Tərtərdə67-79%, Gəncədəvə Şəmkirdə 68-74%, Qazax-Tovuzda 69-77%, Lənkəran-Astara bölgəsində72-86%, Qubada 68%,Şəki- Zaqatalada 74-78%, Şərur və Ordubadda 68-80%təşkil edib. Dekada ərzində havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Zərdabda, Gəncədə, Şəmkirdə və Oğuzda2 gün, Balakən, Şəki vəQubada 1 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərinsayı 1 gün Goranboyda (maksimum sürət 23m/san), Gəncədə (maksimum sürət20m/san), Maştağa, Tərtər və Tovuzda (maksimum sürət 18m/san), 2 gün Şəkidə (maksimum sürət 15m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasənyanvar ayının birinciongünlüyü hava şəraiti aran rayonlarında payızlıq dənli bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olub, Zərdab, Biləsuvar, İmişli, Göyçay, Ağdam, Quba, Goranboy və Tərtərdəüçüncü yarpağın çıxması, Sabirabad,Cəfərxan və Beyləqanda kollanmafenoloji mərhələsi müşahidə edilib. Ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı Goranboyda 286 ədəd, Ağdamda 364 ədəd, Tərtərdə 398 ədəd təşkil edib,dekadanın sonunda bitkilərin hündürlüyü 13-15 sm qeydə alınıb. Göyçayda heyva, xurma, alça kimi meyvə ağaclarında budama işləri aparılıb.
Havanın minimum temperaturu Şərur və Naxçıvanda -6⁰C, Gədəbəydə -5⁰C, Ceyrançöldə-3⁰C, Quba, Zərdab, Cəfərxan və Ordubadda -2⁰C, Tovuz və Şamaxıda -1⁰C, Maştağada və Acınohurda 2⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Şərurda və Ceyrançöldə -7⁰C, Gəncədə-6⁰C, Quba və Tovuzda -4⁰C, Şəki və Cəfərxanda -3⁰C, Göyçayda -2⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda 4⁰C, Qubada1⁰C, Gəncədə 5⁰C, Şəkidə 3⁰C, Lənkəranda 7⁰C,20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki, Göyçayda və Lənkəranda2-8⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 4%, Şəkidə 30%,Gəncədə 14%, Lənkəranda 58%, Qubada 18%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 34%, Göyçayda 18%, Gəncədə 15%, Naxçıvanda 30%,Qubada 31%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çoxLənkəranda 11mm, Qubada 10mm, Şamaxıda 8mm qeydə alınıb.
Rütubət çatışmazlığı Maştağada və Dağlıq Şirvan bölgəsində 2hPa, Gəncədə və Qazax-Tovuz zonasında 3hPa, Mərkəzi Aranda, Mil-Muğanda, Bərdə-Tərtərdə, Lənkəran-Astaravə Şəki-Zaqatala bölgəsində 2-3hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 69-84%, Dağlıq Şirvanda 74-78%, Maştağada 86%, Mərkəzi Aranda 76-79%, Bərdə-Tərtərdə 65-67%, Gəncədə və Şəmkirdə 68-71%, Qazax-Tovuzda 64-75%, Lənkəran-Astara bölgəsində 76-86%, Qubada 84%,Şəki- Zaqatalada 69-80%, Şərur və Ordubadda 69-81% təşkil edib. Dekada ərzində havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Zərdabda, Cəfərxanda və Naxçıvanda 1 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərinsayı 2 gün Goranboyda (maksimum sürət 23m/san), bir gün Tovuz və Ceyrançöldə (maksimum sürət20m/san), Bərdə, Tərtər və Şamaxıda (maksimum sürət 18m/san), Göyçayda (maksimum sürət 16m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən yanvar ayının ikinci ongünlüyü hava şəraiti aran rayonlarında payızlıq dənli bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olub, Zərdab, İmişli, Göyçay, Bərdə, Goranboy və Tərtərdə üçüncü yarpağın çıxması, Biləsuvarda buğum köklərin yaranması, Cəfərxan, Ağdam və Beyləqanda kollanmafenoloji mərhələsi müşahidə edilib. Ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı Goranboyda 286 ədəd, Ağdamda 364 ədəd, Zərdabda 306 ədəd, Göyçayda 265 ədəd, Tərtərdə 398 ədəd təşkil edib, dekadanın sonunda bitkilərin hündürlüyü 17-18 sm qeydə alınıb. Sahələrdə zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama işləri aparılıb.
Havanın minimum temperaturu Gədəbəydə -8⁰C, Ceyrançöldə -4⁰C, Tovuzda və Zərdabda -3⁰C, Quba, Cəfərxan və Şəki-Zaqatala bölgəsində -2⁰C, Bərdə, Gəncə və Şamaxıda -1⁰C, Maştağada və Acınohurda 3⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Gədəbəydə və Gəncədə -8⁰C, Ceyrançöldə -7⁰C, Şəkidə və Cəfərxanda -5⁰C, Qubada -4⁰C, Göyçayda -1⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda 3⁰C, Qubada 2⁰C, Gəncədə 5⁰C, Şəkidə 2⁰C, Lənkəranda 7⁰C, 20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki, Göyçayda və Lənkəranda 2-6⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Göyçayda 3%, Şəkidə 30%, Gəncədə 14%, Qubada 19%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 33%, Göyçayda və Gəncədə 15%, Naxçıvanda 30%, Qubada 32%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 17mm, Şamaxıda 6mm, Maştağada 5mm qeydə alınıb.
Rütubət çatışmazlığı Maştağada, Lənkəranda, Mərkəzi Aranda, Qazax-Tovuz və Şəki-Zaqatala bölgələrində 2hPa, Bərdə-Tərtər, Gəncə -Goranboy və Mil-Muğan bölgəsində 2- 3hPa, Şamaxı və Qubada 1hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 70-85%, Dağlıq Şirvanda 74-88%, Maştağada 85%, Mərkəzi Aranda 76-81%, Bərdə-Tərtərdə 74-81%, Gəncədə və Şəmkirdə 71-76%, Qazax-Tovuzda 68-78%, Lənkəran-Astara bölgəsində 76-86%, Qubada 82%, Şəki- Zaqatalada 73-79%, Şərur və Ordubadda 58-78% təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı bir gün Goranboyda (maksimum sürət 19 m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Yanvar ayının üçüncü ongünlüyündə əsasən az yağıntılı hava şəraiti qeydə alınıb, buda bitkilərdə əlavə suvarmaya ehtiyac yaradıb. Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zərdab, İmişli, Göyçay və Bərdədə payızlıq dənli bitkilərdə üçüncü yarpağın çıxması mərhələsi davam edib, Tərtər, Goranboy və Biləsuvarda buğum köklərin yaranması, Cəfərxan, Ağdam və Beyləqanda kollanma, Sabirabad və Qubada buğum bağlama fenoloji mərhələsi müşahidə edilib. 1 m2 sahədə dənli bitkilərdə gövdələrin ümumi sayı Cəfərxanda 1235-1510, Tərtərdə 448 ədəd təşkil edib, dekadanın sonunda bitkilərin hündürlüyü 18-19 sm qeydə alınıb. Göyçayda alça ağaclarında tumurcuqların şişməsi müşahidə edilib. Sahələrdə zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama və suvarma işləri aparılıb.