Respublikanın əksər bölgələrində dekabr ayının birinci ongünlüyündə az yağıntılı  hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu  çoxillik iqlim normasından 1⁰C yüksək,  ötən ilin göstəriciləri ilə müqayisədə 3-5⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 0,5⁰C, Qubada və Dağlıq Şirvan bölgəsində 3-4⁰C, Tovuz və Ceyrançöldə 3-5⁰C, Şəki-Zaqatala bölgəsində 4-5⁰C, Bərdə-Tərtərdə, Mərkəzi Aranda, Gəncədə və Goranboyda  5-7⁰C, Maştağada, Mil-Muğanda, Lənkəran-Astara bölgəsində 7-8⁰C qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə və İsmayıllıda -5⁰C, Qazax və Ceyrançöldə -2⁰C, Şamaxıda, Gəncədə, Zərdabda və Şəki-Zaqatala bölgəsində -1⁰C, Göyçayda və Bərdədə 1-2⁰C, Maştağada 4⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Şəkidə, Tovuzda, Ceyrançöldə və Gəncədə -4-5⁰C, Qubada -2⁰C, Göyçayda və Cəfərxanda -1⁰C, Maştağada 1⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda 7⁰C, Qubada 3⁰C, Gəncədə 6⁰C, Şəkidə 5⁰C, 20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki və Göyçayda 6-8⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 13%, Göyçayda 6%, Şəkidə 33%, Qubada 19%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 37%, Göyçayda 25%, Gəncədə 15%, Qubada 32%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 37mm, Maştağada 19mm, Biləsuvarda 17mm, Qubada və Şamaxıda 11mm qeydə alınıb.


Rütubət çatışmazlığı Maştağada, Gəncədə, Şəmkirdə, Mərkəzi Aranda, Bərdə-Tərtərdə, Şəki-Zaqatala bölgəsində, Tovuz və Gədəbəydə 2hPa, Lənkəran-Astarada, Dağlıq Şirvan bölgəsində 1-2hPa, Mil-Muğanda 1-3hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 74-87%, Dağlıq Şirvanda 78-89%, Maştağada 86%, Mərkəzi Aranda 82-85%, Bərdə-Tərtərdə 81-82%, Gəncədə 83%, Qazax-Tovuzda 77-86%, Lənkəran-Astara bölgəsində 83-86%, Qubada 87%, Şəki- Zaqatalada 83-86% təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Noyabr ayının üçüncü ongünlüyü hava şəraiti aran rayonlarında payızlıq dənli bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zərdab, Goranboy, Göyçay, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Şamaxıda göyərmə fenoloji mərhələsi qeydə alınıb. Cəfərxanda üçüncü yarpağın çıxması, İsmayıllıda buğda bitkisində, Sabirabadda arpa bitkisində buğum köklərin yaranması mərhələsi müşahidə edilib, dekadanın sonunda bitkilərin hündürlüyü 8 sm təşkil edib. Şəki-Zaqatala bölgəsində müşahidə edilən aşağı temperatur rejimi payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olub. Bağlarda nar, heyva, xurma ağaclarında məhsul yığımı davam edib, tut, nar, üzüm, albalı və digər meyvə ağaclarında yarpaqların payız saralması və xəzan müşahidə edilib. Dekada ərzində sahələrdə zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama işləri aparılıb.

Respublikanın əksər bölgələrində dekabr ayının ikinci ongünlüyündə az yağıntılı  hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu  çoxillik iqlim normasından 1⁰C yüksək,  ötən ilin göstəriciləri ilə müqayisədə 1-2⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 0,7⁰C, Qubada və Dağlıq Şirvan bölgəsində 2-3⁰C, Tovuz və Ceyrançöldə 3-4⁰C, Şəki-Zaqatala bölgəsində 3-5⁰C, Gəncə-Goranboy zonasında 5-7⁰C, Bərdə-Tərtərdə, Mərkəzi Aranda, Maştağada, Mil-Muğanda, Lənkəran-Astara bölgəsində 6-7⁰C, Ordubad və Şərurda 1-3⁰C qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə -11⁰C, Qubada -10⁰C, Ceyrançöldə -8⁰C, Şamaxıda -7⁰C, Zərdabda, Tovuzda, Şəki-Zaqatala bölgəsində, Şərur və Ordubadda -6⁰C, Göyçayda, İsmayıllıda, və Gəncədə -4⁰C, Maştağada və Qazaxda -3⁰C qeydə alınıb.

Torpaq səthinin minimum temperaturu Qubada -12⁰C, Ceyrançöldə -10⁰C, Gəncədə -9⁰C, Şəkidə, Tovuzda, Ordubadda və Şərurda -8⁰C, Göyçayda -6⁰C, Cəfərxanda -5⁰C, Maştağada -4⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda 3⁰C, Qubada 2⁰C, Gəncədə 5⁰C, Şəkidə 4⁰C, 20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki və Göyçayda 3-6⁰C qeydə alınıb.

Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 13%, Göyçayda 5%, Şəkidə 29%, Naxçıvanda 22%, Qubada 19%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 34%, Göyçayda 21%, Gəncədə 15%, Naxçıvanda 30%, Qubada 32%-ə qədər müşahidə edilib.

Yağıntının dekadalıq miqdarı ən çox Qubada və Maştağada 11mm, Biləsuvarda və Şamaxıda 10mm qeydə alınıb.


Rütubət çatışmazlığı Maştağada, Qubada və Dağlıq Şirvan bölgəsində 2hPa, Qazax-Tovuz zonasında 2-3hPa, Bərdə-Tərtərdə, Mil-Muğanda, Göyçayda, Biləsuvarda, Gəncədə və Şəmkirdə 3-4hPa, Şəki-Zaqatala bölgəsində 2-4hPa arasında dəyişib.

Nisbi rütubət Mil-Muğanda 61-78%, Dağlıq Şirvanda 78-81%, Maştağada 79%, Mərkəzi Aranda 66%, Bərdə-Tərtərdə 62-69%, Gəncədə və Şəmkirdə 64-65%, Qazax-Tovuzda 68-76%, Lənkəran-Astara bölgəsində 78-81%, Qubada 78%, Şəki- Zaqatalada 59-72%, Şərur və Ordubadda 58-82% təşkil edib. Dekada ərzində havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Balakəndə 3 gün, Cəfərxan, Gəncə, Zərdab və Oğuzda 2 gün, Sabirabad və Qəbələdə 1 gün qeydə alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 7 gün Şəkidə (maksimum sürət 28m/san), 5 gün Gədəbəydə (maksimum sürət 16m/san), Goranboyda (maksimum sürət 31m/san), 4 gün İsmayıllıda (maksimum sürət 28m/san), Maştağada (maksimum sürət 27m/san), Oğuzda (maksimum sürət 24m/san), 3 gün Bərdədə və Tərtərdə ( maksimum sürət 28-30m/san), 2 gün Balakən və Göyçayda (maksimum sürət 28m/san) təşkil edib.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Dekabr ayının ikinci ongünlüyü hava şəraiti aran rayonlarında payızlıq dənli bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zərdab, Goranboy, Göyçay, Ağdam, Bərdə, Tərtərdə göyərmə fenoloji mərhələsi davam edib. Beyləqanda və Qubada üçüncü yarpağın çıxması, İsmayıllıda buğda bitkisində, Sabirabadda arpa bitkisində buğum köklərin yaranması, Cəfərxanda kollanma mərhələsi müşahidə edilib, dekadanın sonunda bitkilərin hündürlüyü 12-13 sm təşkil edib. Qubada ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 358 ədəd qeydə alınıb. Şəki-Zaqatala bölgəsində müşahidə edilən aşağı temperatur rejimi payızlıq dənli bitkilərdə vegetasiyanın dayanmasına səbəb olub. Bağlarda nar, heyva, xurma ağaclarında məhsul yığımı davam edib, tut, nar, üzüm, albalı və digər meyvə ağaclarında yarpaqların payız saralması və xəzan müşahidə edilib. Dekada ərzində sahələrdə zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama işləri aparılıb.

Respublikanın əksər bölgələrində dekabr ayının üçüncü ongünlüyündə az yağıntılı  hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu  çoxillik iqlim normasından 2-3⁰C yüksək,  ötən ilin göstəriciləri ilə müqayisədə 1-2⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 2,6⁰C, Qubada və Dağlıq Şirvan bölgəsində 3⁰C, Tovuz və Ceyrançöldə 3-4⁰C, Şəki-Zaqatala bölgəsində 4-5⁰C, Gəncə-Goranboy zonasında, Bərdə-Tərtərdə, Mərkəzi Aranda, Maştağada, Mil-Muğanda, Lənkəran-Astara bölgəsində 6-7⁰C, Ordubad və Şərurda 2-5⁰C qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə, İsmayıllıda və Şərurda -5⁰C, Ceyrançöldə -4⁰C, Cəfərxan, Zərdab, Tovuz və Balakəndə -2⁰C, Quba, Şəki, Qəbələ və Ordubadda -1⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Tovuz və Ceyrançöldə -7⁰C, Gəncədə və Şərurda -6⁰C, Şəkidə və Cəfərxanda -4⁰C, Quba və Ordubadda -3⁰C, Maştağada 1⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda 4⁰C, Qubada 2⁰C, Gəncədə 5⁰C, Şəkidə 4⁰C, 20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki və Göyçayda 4-7⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 14%, Göyçayda 5%, Şəkidə 29%, Naxçıvanda 22%, Qubada 19%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 33%, Göyçayda 19%, Gəncədə 15%, Naxçıvanda 30%, Qubada 32%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 37mm, Balakəndə 25mm, Qəbələdə 10mm, Oğuzda və Şəkidə 9mm qeydə alınıb.


Rütubət çatışmazlığı Maştağada, Bərdə-Tərtərdə, Mərkəzi Aranda və Şəki-Zaqatala bölgəsində 2hPa, Gəncədə, Şəmkirdə, Qazax-Tovuz zonasında 2-3hPa, Mil-Muğanda, Şərurda və Ordubadda 1-3hPa, Lənkəran-Astara və Dağlıq Şirvan bölgəsində və Qubada 1-2hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 74-88%, Dağlıq Şirvanda 81-89%, Maştağada 85%, Mərkəzi Aranda 80-85%, Bərdə-Tərtərdə 78-80%, Gəncədə və Şəmkirdə 76-79%, Qazax-Tovuzda 70-80%, Lənkəran-Astara bölgəsində 81-90%, Qubada 88%, Şəki- Zaqatalada 79-84%, Şərur və Ordubadda 69-81% təşkil edib. Dekada ərzində havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Balakəndə və Gəncədə 1 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Şəkidə (maksimum sürət 15m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Dekabr ayının üçüncü ongünlüyü hava şəraiti aran rayonlarında payızlıq dənli bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zərdab, Biləsuvar, İmişli, Göyçay, Ağdam, Bərdə, Tərtərdə göyərmə fenoloji mərhələsi davam edib. Goranboyda və Sabirabadda buğda bitkisində üçüncü yarpağın çıxması, Beyləqanda buğum köklərin yaranması, Cəfərxan və Sabirabadda arpa bitkisində kollanma mərhələsi müşahidə edilib. Dekadanın sonunda bitkilərin hündürlüyü 13-15 sm təşkil edib.