Noyabr ayı hava şəraiti nisbətən yağıntılı keçib ki, bu da torpağın rütubət ehtiyatının artmasını və bitkilərin suya olan tələbatının ödənilməsini təmin edib, payızlıq dənli bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Ay ərzində  sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zərdab, Goranboy və Şərurda bitkilərdə cücərmə, Göyçay, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Şamaxıda göyərmə mərhələsi qeydə alınıb. Ayın sonlarında Cəfərxan, İsmayıllı, Şəki, Quba, İmişli və Sabirabadda üçüncü yarpağın çıxması mərhələsi müşahidə edilib, dekadanın sonunda bitkilərin hündürlüyü      6sm təşkil edib. Yağıntısız günlərdə sahələrdə zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama və gübrələmə işləri  aparılıb. Ay ərzində əksər aran və dağətəyi rayonlarda nar, heyva, xurma ağaclarında məhsul yığımı davam edib, bağlarda meyvə ağaclarında yarpaqların payız saralması və xəzan müşahidə edilib.