Respublikanın əksər bölgələrində noyabr ayının birinci ongünlüyündə nisbətən yağıntılı  hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu  çoxillik iqlim normasına yaxın,  ötən ilin göstəriciləri ilə müqayisədə 5-6⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 4ºC, Qubada və Dağlıq Şirvan bölgəsində 7-8ºC,  Maştağada, Gəncədə, Goranboyda,  Bərdə-Tərtərdə,  Mil-Muğanda, Mərkəzi Aranda, Lənkəran-Astara bölgəsində  11-12⁰C, Şəki-Zaqatalada, Tovuzda və Ceyrançöldə  8-10⁰C qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə -5ºC, Şərurda və İsmayıllıda -2⁰C, Ceyrançöldə -1⁰C, Qubada, Tovuzda, Zərdabda, Cəfərxanda, Şamaxıda, Qəbələdə və Qazaxda 1⁰C, Bərdə və Oğuzda 2⁰C, Göyçay və Gəncədə 3⁰C, Maştağada 5⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada və Ceyrançöldə -3⁰C, Şərurda və Tovuzda -4⁰C, Şəki və Gəncədə -2⁰C, Göyçayda 2⁰C, Maştağada 1⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Tərtərdə 11⁰C, Qubada 5⁰C, 20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki və Göyçayda 7-12⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 9%, Göyçayda 22%, Şəkidə 31%, Naxçıvanda 22%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 34%, Göyçayda 18%, Gəncədə 15%, Qubada 25%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 53mm, Şamaxıda 25mm, Biləsuvarda 16mm, Cəfərxanda 15mm, Sabirabadda 12mm, Beyləqanda 10mm qeydə alınıb.


Rütubət çatışmazlığı Qubada, Şamaxıda və Dağlıq Şirvanda 3hPa, Lənkəran-Astarada 2-5hPa, Mil-Muğanda, Bərdə-Tərtərdə 4-6hPa, Şəki-Zaqatala bölgəsində 4-7hPa, Maştağada, Tovuzda və Ceyrançöldə 4-5hPa, Mərkəzi Aranda 5-6hPa, Mərkəzi Aran, Gəncə, Ordubad və Şərurda 3-4hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 60-79%, Dağlıq Şirvanda 75%, Maştağada 78%, Mərkəzi Aranda 65-69%, Bərdə-Tərtərdə 60-72%, Gəncədə 71%, Qazax-Tovuzda 63-72%, Lənkəran-Astara bölgəsində 66-86%, Qubada 75%, Şəki-Zaqatalada 59-67% təşkil edib.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 4 gün Goranboyda (maksimum sürət 27m/san), üç gün Şəkidə və Balakəndə(maksimum sürət 28m/san), Maştağada(maksimum sürət 26m/san), Göyçayda (maksimum sürət 24m/san), Tərtərdə(maksimum sürət 22m/san), Bərdədə(maksimum sürət 16m/san), bir gün Tovuzda(maksimum sürət 20m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Pambıq sahələrində aparılmış fenoloji müşahidələrə əsasən noyabr ayının birinci ongünlüyündə pambıq bitkisində Goranboy, Biləsuvar, Sabirabad, İmişlidə pambıq xammalının yetişməsi və yığımı davam edib. Dekada ərzində Şəki, Qəbələ, Oğuz, Şərurda payızlıq dənli bitkilər əkiləcək sahələrdə səpin işləri aparılıb, Sabirabadda arpa bitkisində cücərmə, Qubada buğda bitkisində göyərmə fenoloji mərhələsi qeydə alınıb. Əksər aran və dağətəyi rayonlarda nar, heyva, xurma ağaclarında məhsul yığımı davam edib. Əksər meyvə ağaclarında yarpaqların payız saralması və xəzan müşahidə edilib.

Respublikanın əksər bölgələrində noyabr ayının ikinci ongünlüyündə nisbətən yağıntılı  hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu  çoxillik iqlim normasından 1⁰C yüksək,  ötən ilin göstəriciləri ilə müqayisədə 4-5⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 5ºC, Qubada və Dağlıq Şirvan bölgəsində 6ºC,  Maştağada və Lənkəran-Astarada  11⁰C,Gəncədə, Goranboyda,  Bərdə-Tərtərdə,  Mil-Muğanda, Mərkəzi Aranda  9-10⁰C, Şəki -Zaqatalada, Tovuzda və Ceyrançöldə  8-9⁰C qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə və İsmayıllıda -2ºC, Şərurda -1⁰C, Tovuzda, Ceyrançöldə və Qubada 1⁰C, Cəfərxanda, Şamaxıda, Gəncədə 2⁰C, Şəki-Zaqatala bölgəsində 2-3⁰C, Mərkəzi Aranda, Bərdə-Tərtərdə 3-5⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada, İsmayıllıda, Şərurda -2⁰C, Gəncədə və Tovuzda -3⁰C, Ceyrançöldə -1⁰C, Göyçayda 3⁰C, Maştağada 5⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda 8⁰C, Qubada 6⁰C, Gəncədə 10⁰C, Şəkidə 8⁰C, 20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki və Göyçayda 7-13⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 13%, Göyçayda 20%, Şəkidə 33%, Naxçıvanda 22%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 34%, Göyçayda 18%, Gəncədə 15%, Qubada 29%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 58mm, Qubada 23mm, Beyləqanda 20mm, Şamaxıda və Qəbələdə 17mm, İmişlidə 15mm, Biləsuvarda və Oğuzda 12mm qeydə alınıb.


Rütubət çatışmazlığı Qubada 1hPa, Lənkəran-Astarada 1-2hPa, Dağlıq Şirvan bölgəsində 1-3hPa, Mil-Muğanda, Mərkəzi Aranda, Maştağada, Bərdə-Tərtərdə, Şəki-Zaqatala bölgəsində 2-3hPa, Gəncədə və Qazax-Tovuzda 3-4hPa, Mərkəzi Aranda 5-6hPa, Ordubad və Şərurda 3-8hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 75-88%, Dağlıq Şirvanda 76-89%, Maştağada 82%, Mərkəzi Aranda 80-86%, Bərdə-Tərtərdə 77-78%, Gəncədə 79%, Qazax-Tovuzda 68-78%, Lənkəran-Astara bölgəsində 86-92%, Qubada 88%, Şəki- Zaqatalada 74-83%təşkil edib.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Goranboyda (maksimum sürət 27m/san), bir gün Maştağada (maksimum sürət 25m/san), Tərtərdə (maksimum sürət 23m/san), Şəkidə (maksimum sürət 18m/san), Bərdədə (maksimum sürət 16m/san) təşkil edib.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Payızlıq dənli bitkilər əkiləcək sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən noyabr ayının ikinci ongünlüyündə Zərdab, Bərdə, Tərtər, Goranboy, Tovuzda payızlıq dənli bitkilərin səpini aparılıb, Göyçay, Beyləqan, Naxçıvan, Şərurda buğda bitkisində cücərmə mərhələsi qeydə alınıb. Dekada ərzində Şəki, Qəbələ, Oğuz, Cəfərxan, Sabirabadda arpa və buğda bitkilərində həm cücərmə, həmdə göyərmə mərhələləri müşahidə edilib. Hava şəraiti bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Əksər aran və dağətəyi rayonlarda nar, heyva, xurma ağaclarında məhsul yığımı davam edib. Bağlarda tut, nar, üzüm, albalı və digər meyvə ağaclarında yarpaqların payız saralması və xəzan müşahidə edilib.

Respublikanın əksər bölgələrində noyabr ayının üçüncü ongünlüyündə yağıntılı  hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu  çoxillik iqlim normasından 2-3⁰C yüksək,  ötən ilin göstəriciləri ilə müqayisədə 1-2⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 5ºC, Qubada və Dağlıq Şirvan bölgəsində 6-7⁰C, Şərur və Ordubadda 7-9⁰C,  Maştağada, Lənkəran-Astarada, Bərdə-Tərtərdə, Mərkəzi Aranda, Mil-Muğanda 10-11⁰C, Gəncədə və Goranboyda  9-10⁰C, Şəki -Zaqatalada, Tovuzda və Ceyrançöldə  7-8⁰C qeydə alınıb.

Havanın minimum temperaturu Gədəbəydə və Şərurda -3⁰C, Zərdabda, Şamaxıda və Şəki-Zaqatala bölgəsində 1⁰C, Tovuzda, Ceyrançöldə, Gəncədə, Göyçayda və Bərdədə 3-4⁰C, Maştağada 7⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Şəkidə, Tovuzda, Cəfərxanda, Naxçıvanda -1⁰C, Ordubadda-2⁰C, Şərurda-5⁰C, Göyçayda 3⁰C, Maştağada 5⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Göyçayda 8⁰C, Qubada 5⁰C, Gəncədə 9⁰C, Şəkidə 8⁰C, 20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki və Göyçayda 6-10⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 13%, Göyçayda 5%, Şəkidə 30%, Naxçıvanda 22%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 34%, Göyçayda 20%, Gəncədə 15%, Qubada 30%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 70mm, Balakəndə 49mm, Şəkidə 37mm, Qubada və Oğuzda 35mm, Qəbələdə 28mm, Mərkəzi Aranda 26-27mm, Maştağada 23mm, Tərtərdə 20mm, Şamaxı və Goranboyda 19mm qeydə alınıb.


Rütubət çatışmazlığı Qubada, Maştağada, Gəncədə, Şəmkirdə 2hPa, Lənkəran-Astarada 1-3 hPa, Dağlıq Şirvan bölgəsində, Mil-Muğanda, Mərkəzi Aranda, Şəki-Zaqatala bölgəsində 2-3hPa, Qazax-Tovuzda 2-4hPa, Bərdə-Tərtərdə, Ordubad və Şərurda 2-5hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 74-88%, Dağlıq Şirvanda 78-85%, Maştağada 87%, Mərkəzi Aranda 81-85%, Bərdə-Tərtərdə 72-82%, Gəncədə 83%, Qazax-Tovuzda 67-82%, Lənkəran-Astara bölgəsində 81-91%, Qubada 88%, Şəki- Zaqatalada 73-86% təşkil edib.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Maştağada (maksimum sürət 21m/san), Goranboyda (maksimum sürət 19m/san), bir gün Tovuzda (maksimum sürət 20m/san), Şəkidə ( maksimum sürət 15m/san təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Noyabr ayının üçüncü ongünlüyü hava şəraiti payızlıq dənli bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Yağıntılar torpağın rütubət ehtiyatının artmasını və bitkilərin suya olan tələbatının nisbətən ödənilməsini təmin edib. Sahələrdə aparılmış fenoloji müşahidələrə əsasən Zərdab, Goranboy, Şərurda bitkilərdə cücərmə, Göyçay, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Şamaxıda göyərmə mərhələsi qeydə alınıb. Cəfərxan, İsmayıllı, Şəki, Quba, İmişli və Sabirabadda üçüncü yarpağın çıxması mərhələsi müşahidə edilib, dekadanın sonunda bitkilərin hündürlüyü 6 sm təşkil edib. Yağıntısız günlərdə bağlarda nar, heyva, xurma ağaclarında məhsul yığımı davam edib, tut, nar, üzüm, albalı və digər meyvə ağaclarında yarpaqların payız saralması və xəzan müşahidə edilib.