Oktyabr ayının 1-ci dekadası üzrə Aqrometeoroloji bülleten
Respublikanın əksər bölgələrində oktyabr ayının birinci ongünlüyündə nisbətən yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-2⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 12ºC, Qubada və Dağlıq Şirvan bölgəsində 16 -17ºC, Maştağada, Lənkəran-Astarada, Bərdə-Tərtərdə, Mil-Muğanda, Mərkəzi Aranda 19-20⁰C, Gəncə və Goranboyda 18-20⁰, Tovuz, Ceyrançöl və Şəki-Zaqatalada 17-18ºC qeydə alınıb.
Havanın minimum temperaturu Gədəbəy, Qazax və İsmayıllıda 3-5ºC, Qubada və Cəfərxanda 9⁰C, Tovuzda və Ceyrançöldə 10ºC, Gəncədə 12ºC, Şəki-Zaqatala bölgəsində 9-12ºC, Maştağada, Bərdə-Tərtərdə və Mərkəzi Aranda 11-13⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada, Tovuzda, Gəncədə, Naxçıvan və Şərurda 7ºC, Şəkidə və Ceyrançöldə 8ºC, Maştağada və Göyçayda 10ºC, Ordubadda 12⁰C təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Dağlıq Şirvanda 16-18⁰C, Qubada, Bərdə-Tərtərdə, Tovuzda 19-20⁰C, Gəncədə 21C⁰, Mil-Muğanda, Mərkəzi Aranda 22-26⁰C, 20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki və Göyçayda 17-22ºC qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 13%, Şəkidə 19%, Qubada 10%, Naxçıvanda 22%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 20%, Göyçayda 12%, Gəncə və Qubada 17%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Qəbələdə 37 mm, Tərtərdə və Oğuzda 13 mm, Gədəbəydə 9mm qeydə alınıb.
Rütubət çatışmazlığı Gədəbəy, Lənkəran və Şamaxıda 5 hPa, Maştağa, İsmayıllı, Gəncə, Tovuz və Ceyrançöldə 7 hPa, Bərdə-Tərtərdə, Mərkəzi Aranda 8 hPa, Mil-Muğanda 7-10 hPa, Şəki-Zaqatalada 6-8 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 64-74%, Dağlıq Şirvanda 66-74%, Maştağada 74%, Mərkəzi Aranda 67-74%, Bərdə-Tərtərdə 68%, Gəncədə 72%, Qazax-Tovuzda 68-71%, Lənkəran-Astara bölgəsində 73-81%, Qubada 71%, Şəki-Zaqatalada 62-72% təşkil edib. Dekada ərzində havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Şəki-Zaqatala bölgəsində 1 gün, Naxçıvanda 9 gün, Şərurda 3 gün qeydə alınıb.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Gəncədə(maksimum sürət 28m/san), Tərtərdə(maksimum sürət 24m/san), Tovuz, Ceyrançöl və Şəkidə(maksimum sürət 18m/san), Maştağada(maksimum sürət 17m/san), 2 gün Goranboyda (maksimum sürət 31m/san), Bərdədə(maksimum sürət 20m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Pambıq sahələrində aparılmış fenoloji müşahidələrə əsasən oktyabr ayının birinci ongünlüyündə pambıq bitkisində Cəfərxan, Goranboy, Tərtər, Bərdə və Beyləqanda ilk qozalarda pambıq xammalının yetişməsi davam edib, Gəncədə müşahidə sahəsində məhsulun birinci, Sabirabad və İmişlidə müşahidə sahəsində pambığın ikinci yığımı qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 34, Cəfərxanda 13, Bərdədə 17, Tərtərdə 24 ədəd, açılmış və yetişmiş qozaların orta sayı 8-12 ədəd təşkil edib. Əksər aran və dağətəyi rayonlarda heyva, nar, xurma, alma, armud, qoz ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib. Dekada ərzində yonca bitkisində Qəbələdə, Şəkidə, Zaqatalada, Cəfərxanda biçindən sonra otların boy atması, Tovuzda yaşıl kütlənin üçüncü biçini qeydə alınıb. Əksər meyvə ağaclarında yarpaqların payız saralması müşahidə edilib. Tərtər və Beyləqanda pambıq sahələrində yığımqabağı defoliant maddələrlə bitkilərdə yarpaqların tökülməsinin tezləşdirilməsi məqsədi ilə dərmanlama işləri aparılıb.

Oktyabr ayının 2-ci dekadası üzrə Aqrometeoroloji bülleten
Havanın minimum temperaturu Gədəbəy və Qazaxda 1-2ºC, Qubada və Naxçıvanda 5⁰C, Dağlıq Şirvanda, Tovuzda və Ceyrançöldə 7-8⁰C, 12ºC, Şəki-Zaqatala bölgəsində 7-10⁰C, Maştağada, Bərdə-Tərtərdə, Mil-Muğanda və Mərkəzi Aranda 10-12⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada, Tovuzda, Gəncədə və Ceyrançöldə 5-6⁰C, Göyçay, İsmayıllı və Şəkidə 8⁰C, Cəfərxanda 12⁰ təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Dağlıq Şirvanda və Qubada 14-15⁰C, Bərdə-Tərtərdə və Tovuzda 17-18⁰C, Gəncədə və Mil- Muğanda 19-20C⁰, Mərkəzi Aranda 20-21⁰C, Şəki-Zaqatalada 15-16⁰C, 20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki və Göyçayda 16- 19⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə və Qubada13%, Göyçayda 5%, Şəkidə 24%, Naxçıvanda 22%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 16%, Göyçayda 15%, Gəncədə 16%, Qubada 19%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 107 mm, Gədəbəydə 82 mm, Şəki-Zaqatala bölgəsində 64-78 mm, Sabirabadda 67 mm, Dağlıq Şirvanda 45-51 mm, Cəfərxanda 39 mm, Maştağada 30 mm, Gəncə-Goranboyda 28-33 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Gədəbəydə, Tovuzda və Gəncədə 3hPa, Quba və Şamaxıda 1hPa, Lənkəran-Astara bölgəsində 2-4hPa, Mil-Muğan, Mərkəzi Aran, Bərdə-Tərtər, Maştağada 3-4hPa, Qazax-Tovuzda 3-5hPa, Şəki-Zaqatalada 2-3hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 67-84%, Dağlıq Şirvanda 72-91%, Maştağada 79%, Mərkəzi Aranda 83-85%, Bərdə-Tərtərdə 83-85%, Gəncədə 84%, Qazax-Tovuzda 74-83%, Lənkəran-Astara bölgəsində 83-92%, Qubada 79%, Şəki- Zaqatalada 85-89% təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Goranboyda (maksimum sürət 19m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Pambıq sahələrində aparılmış fenoloji müşahidələrə əsasən oktyabr ayının ikinci ongünlüyündə pambıq bitkisində Goranboy, Tərtər, Bərdə və Beyləqanda ilk qozalarda pambıq xammalının yetişməsi davam edib, Gəncədə və Cəfərxanda müşahidə sahəsində məhsulun birinci, Sabirabad və İmişlidə müşahidə sahəsində pambığın ikinci yığımı qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 34, Cəfərxanda 13, Bərdədə 17, Tərtərdə 24 ədəd, açılmış və yetişmiş qozaların orta sayı 8-12 ədəd təşkil edib. Əksər aran və dağətəyi rayonlarda heyva, nar, xurma, alma, armud, qoz ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib. Dekada ərzində payızlıq dənli bitkilər əkiləcək sahələrdə Oğuzda və Zərdabda şumlama, Quba və Sabirabadda səpin işləri aparılıb. Əksər aran və dağətəyi rayonlarda nar, heyva, qoz ağaclarında məhsul yığımı davam edib, Lənkəran-Astara bölgəsində feyxoa və naringi kimi sitrus bitkilərində meyvələrin yetişməsi və məhsul yığımı, çay kollarında dördüncü dərəcəli məhsuldar budaqların çıxması qeydə alınıb. Yonca bitkisində Qəbələdə, Şəkidə, Zaqatalada, Cəfərxanda biçindən sonra otların boy atması, Tovuzda yaşıl kütlənin üçüncü biçini qeydə alınıb. Əksər meyvə ağaclarında yarpaqların payız saralması və xəzan müşahidə edilib.
Respublikanın əksər bölgələrində oktyabr ayının ikinci ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim norması və ötən ilin göstəriciləri ilə müqayisədə 1-2⁰C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 10ºC, Qubada və Dağlıq Şirvan bölgəsində 12 -13ºC, Maştağada, Gəncədə, Goranboyda, Bərdə-Tərtərdə, Mil-Muğanda, Mərkəzi Aranda 16-17⁰C, Lənkəran-Astara bölgəsində 18⁰C, Şəki-Zaqatalada, Tovuzda və Ceyrançöldə 13-15⁰C qeydə alınıb.
Havanın minimum temperaturu Gədəbəy və Qazaxda 1-2ºC, Qubada və Naxçıvanda 5⁰C, Dağlıq Şirvanda, Tovuzda və Ceyrançöldə 7-8⁰C, 12ºC, Şəki-Zaqatala bölgəsində 7-10⁰C, Maştağada, Bərdə-Tərtərdə, Mil-Muğanda və Mərkəzi Aranda 10-12⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada, Tovuzda, Gəncədə və Ceyrançöldə 5-6⁰C, Göyçay, İsmayıllı və Şəkidə 8⁰C, Cəfərxanda 12⁰ təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Dağlıq Şirvanda və Qubada 14-15⁰C, Bərdə-Tərtərdə və Tovuzda 17-18⁰C, Gəncədə və Mil- Muğanda 19-20C⁰, Mərkəzi Aranda 20-21⁰C, Şəki-Zaqatalada 15-16⁰C, 20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki və Göyçayda 16- 19⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə və Qubada13%, Göyçayda 5%, Şəkidə 24%, Naxçıvanda 22%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 16%, Göyçayda 15%, Gəncədə 16%, Qubada 19%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 107 mm, Gədəbəydə 82 mm, Şəki-Zaqatala bölgəsində 64-78 mm, Sabirabadda 67 mm, Dağlıq Şirvanda 45-51 mm, Cəfərxanda 39 mm, Maştağada 30 mm, Gəncə-Goranboyda 28-33 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Gədəbəydə, Tovuzda və Gəncədə 3hPa, Quba və Şamaxıda 1hPa, Lənkəran-Astara bölgəsində 2-4hPa, Mil-Muğan, Mərkəzi Aran, Bərdə-Tərtər, Maştağada 3-4hPa, Qazax-Tovuzda 3-5hPa, Şəki-Zaqatalada 2-3hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 67-84%, Dağlıq Şirvanda 72-91%, Maştağada 79%, Mərkəzi Aranda 83-85%, Bərdə-Tərtərdə 83-85%, Gəncədə 84%, Qazax-Tovuzda 74-83%, Lənkəran-Astara bölgəsində 83-92%, Qubada 79%, Şəki- Zaqatalada 85-89% təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Goranboyda (maksimum sürət 19m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Pambıq sahələrində aparılmış fenoloji müşahidələrə əsasən oktyabr ayının ikinci ongünlüyündə pambıq bitkisində Goranboy, Tərtər, Bərdə və Beyləqanda ilk qozalarda pambıq xammalının yetişməsi davam edib, Gəncədə və Cəfərxanda müşahidə sahəsində məhsulun birinci, Sabirabad və İmişlidə müşahidə sahəsində pambığın ikinci yığımı qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 34, Cəfərxanda 13, Bərdədə 17, Tərtərdə 24 ədəd, açılmış və yetişmiş qozaların orta sayı 8-12 ədəd təşkil edib. Əksər aran və dağətəyi rayonlarda heyva, nar, xurma, alma, armud, qoz ağaclarında meyvələrin yetişməsi və yığımı davam edib. Dekada ərzində payızlıq dənli bitkilər əkiləcək sahələrdə Oğuzda və Zərdabda şumlama, Quba və Sabirabadda səpin işləri aparılıb. Əksər aran və dağətəyi rayonlarda nar, heyva, qoz ağaclarında məhsul yığımı davam edib, Lənkəran-Astara bölgəsində feyxoa və naringi kimi sitrus bitkilərində meyvələrin yetişməsi və məhsul yığımı, çay kollarında dördüncü dərəcəli məhsuldar budaqların çıxması qeydə alınıb. Yonca bitkisində Qəbələdə, Şəkidə, Zaqatalada, Cəfərxanda biçindən sonra otların boy atması, Tovuzda yaşıl kütlənin üçüncü biçini qeydə alınıb. Əksər meyvə ağaclarında yarpaqların payız saralması və xəzan müşahidə edilib.
Oktyabr ayının 3-cü dekadası üzrə Aqrometeoroloji bülleten
Respublikanın əksər bölgələrində oktyabr ayının üçüncü ongünlüyündə nisbətən yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2⁰C, ötən ilin göstəriciləri ilə müqayisədə 6-7⁰C aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 4ºC, Qubada və Dağlıq Şirvan bölgəsində 8ºC, Maştağada, Gəncədə, Goranboyda, Bərdə-Tərtərdə, Mil-Muğanda, Mərkəzi Aranda, Lənkəran-Astara bölgəsində 12-13⁰C, Şəki -Zaqatalada, Tovuzda və Ceyrançöldə 10-11⁰C qeydə alınıb.
Havanın minimum temperaturu Gədəbəydə -2ºC, Şərurda və İsmayıllıda -1⁰C, Qubada, Tovuzda, Ceyrançöldə və Qazaxda 2⁰C, Cəfərxan, Şamaxı, Zərdab və Gəncədə 4-5⁰C, Şəki-Zaqatala bölgəsində 5-6⁰C, Maştağada, Bərdə-Tərtərdə, Göyçayda 6-7⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada, Tovuzda, və Ceyrançöldə 1⁰C, Şəkidə 2⁰C, Cəfərxanda 3⁰C, Göyçayda 5⁰C təşkil edib. Torpağın 10 sm dərinliyində orta temperaturu Dağlıq Şirvanda və Qubada 9-10⁰C, Bərdə-Tərtərdə və Şəki-Zaqatalada 12-13⁰C, Gəncədə, Mil-Muğanda, Mərkəzi Aranda 14-16⁰C, 20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki və Göyçayda 9-15⁰C qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 13%, Göyçayda 22%, Şəkidə 32%, Naxçıvanda 22%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 38%, Göyçayda 22%, Gəncədə 15%, Qubada 27%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 84 mm, Maştağada 81 mm, Qəbələdə 38 mm, Qubada 34 mm, Cəfərxanda, İsmayıllıda, Şamaxıda və Oğuzda 21 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Qubada və Dağlıq Şirvanda 2-3hPa, Lənkəran-Astara, Şəki-Zaqatala bölgəsində, Maştağada, Qazax-Tovuzda 3-4hPa, Mil-Muğanda 3-5hPa, Mərkəzi Aran, Bərdə-Tərtər, Gəncə, Ordubad və Şərurda 4-5hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 69-85%, Dağlıq Şirvanda 73-82%, Maştağada 83%, Mərkəzi Aranda 73-81%, Bərdə-Tərtərdə 70-75%, Gəncədə 71%, Qazax-Tovuzda 68-74%, Lənkəran-Astara bölgəsində 76-88%, Qubada 83%, Şəki-Zaqatalada 72-80% təşkil edib.
Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Şəkidə (maksimum sürət 15m/san) təşkil edib.
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Pambıq sahələrində aparılmış fenoloji müşahidələrə əsasən oktyabr ayının üçüncü ongünlüyündə pambıq bitkisində Goranboy, Tərtər, Bərdədə ilk qozalarda pambıq xammalının yetişməsi davam edib, Beyləqanda müşahidə sahəsində məhsulun birinci, Sabirabad və Cəfərxanda ikinci, İmişlidə üçüncü yığımı qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 34, Cəfərxanda 13, Bərdədə 17, Tərtərdə 24 ədəd, açılmış və yetişmiş qozaların orta sayı 8-12 ədəd təşkil edib. Dekada ərzində Sabirabadda və Qubada payızlıq dənli bitkilərdə cücərmə fenoloji mərhələsi qeydə alınıb. Əksər aran və dağətəyi rayonlarda nar, heyva, qoz ağaclarında məhsul yığımı davam edib, Lənkəran-Astara bölgəsində çay kollarında dördüncü dərəcəli məhsuldar budaqların çıxması və yarpaqların yığımı qeydə alınıb. Əksər meyvə ağaclarında yarpaqların payız saralması və xəzan müşahidə edilib.