Respublikanın əksər bölgələrində sentyabr ayının birinci  ongünlüyündə  əsasən az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3ºC yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə bəzi ərazilərdə 1-2º aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 16,3ºC, Qubada 21,6 ºC, Dağlıq Şirvan bölgəsində 22-23ºC,  Maştağa, Lənkəran-Astara, Tovuz, Ceyrançöl, Bərdə-Tərtər, Gəncə və Mil-Muğanda  24-25ºC, Mərkəzi Aranda 25-26ºC, Şəki-Zaqatalada 23-24ºC qeydə alınıb. 


Havanın minimum temperaturu
Gədəbəydə 8ºC, Qubada 13ºC, Cəfərxanda 14ºC, Dağlıq Şirvanda 9-15ºC, Şəki-Zaqatala bölgəsində, Tovuz və Ceyrançöldə 14-15ºC, Maştağa, Bərdə-Tərtər, Gəncə və Göyçayda 16-19ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 10ºC, Cəfərxan, Şəki, Tovuz, Ceyrançöldə və Gəncədə 12-14ºC, Maştağa, Göyçay, Şərur və Ordubadda 15-16ºC təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Dağlıq Şirvan və Qubada 24-25ºC, Şəki-Zaqatala bölgəsində 22-26ºC, Bərdə-Tərtər, Gəncə və Tovuzda 28ºC, Mil-Muğan və Mərkəzi Aranda 29-32ºC, 20 sm dərinlikdə temperatur Gəncə, Quba, Şəki və Göyçayda 22-29ºC qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncə, Quba, Şəki və Göyçayda 13%-ə qədər, 20 sm dərinlikdə 17%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Qubada 4 mm, Balakəndə 3 mm, Gədəbəydə 2 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Gədəbəydə 6hPa, Quba, Maştağa, Bərdə, Gəncə və Ceyrançöldə 11-12hPa, Lənkəran-Astara bölgəsində 8-15hPa, Dağlıq Şirvan, Tərtər və Şəki-Zaqatalada 14-17hPa, Mil-Muğan və Mərkəzi Aranda 13-18hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 54-65%, Dağlıq Şirvanda 46-53%, Maştağada 66%, Mərkəzi Aranda 46-63%, Bərdə-Tərtərdə 55-66%, Gəncədə 67%, Qazax-Tovuzda 61-70%, Lənkəran-Astara bölgəsində 61-76%, Qubada 63%, Şəki-Zaqatalada 46-54% təşkil edib. Dekada ərzində havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Cəfərxanda 1 gün, Quba, Beyləqan və İsmayıllıda 2 gün, Şəki və Şamaxıda 3 gün, Zərdabda və Şərurda 4 gün, Qəbələ və Göyçayda 5 gün, Oğuzda 6 gün qeydə alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Gəncədə (maksimum sürət 24 m/san), Sabirabad və Qubada (maksimum sürət 17 m/san), Maştağa, Beyləqan, Bərdə və Şamaxıda (maksimum sürət 16 m/san), 2 gün Goranboyda(maksimum sürət 23m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Sentyabr ayının birinci dekadası ərzində pambıq sahələrində aparılmış fenoloji müşahidələrə əsasən pambıq bitkisində Cəfərxan, Goranboy, Beyləqanda ilk qozaların açılması, Sabirabad, Tərtər, Bərdə və Gəncədə ilk qozalarda pambıq xammalının yetişməsi qeydə alınıb, digər pambıqçılıq rayonlarında çiçəkləmə fenoloji mərhələləri davam edib. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 15, Bərdədə 17, Tərtərdə 19 ədəd təşkil edib. Dekadanın sonlarında bitkilərin hündürlüyü 47- 72 sm olub. Əksər aran və dağətəyi rayonlarda heyva, nar, xurma kimi gec yetişən meyvələrin böyüməsi, Şamaxıda üzüm kollarında, Qəbələdə alma ağaclarında meyvələrin yetişməsi davam edib, Lənkəran-Astara bölgəsində feyxoa, naringi kimi sitrus bitkilərində budaqların ikinci boyatması qeydə alınıb. Ordubadda badam və alma ağaclarında məhsul yığımı baş tutub. Quba rayonu üzrə maksimum sürəti 17m/san olan külək alma və heyva kimi meyvə ağaclarında kal meyvələrin yerə tökülməsinə səbəb olmuşdur. Dekada ərzində yonca bitkisində Şəkidə, Tovuzda, Zaqatalada, Cəfərxanda biçindən sonra otların boy atması müşahidə edilib. Yağıntısız günlərdə sahələrdə suvarma, dərmanlama, bitkilərin dibinin yumşaldılması kimi kənd təsərrüfatı işləri aparılıb.


Respublikanın əksər bölgələrində sentyabr ayının ikinci ongünlüyündə  əsasən az yağıntılı hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu  çoxillik iqlim normasından 1-2ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 3-4ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 14,8ºC, Qubada və Dağlıq Şirvan bölgəsində 19ºC,  Maştağada, Lənkəran-Astarada, Tovuzda, Ceyrançöldə, Bərdə-Tərtərdə, Gəncədə, Mil-Muğanda, Mərkəzi Aranda 21-23⁰C, Şəki-Zaqatalada 20-21ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə 9ºC, Qubada 12ºC, Cəfərxanda 13ºC, Dağlıq Şirvanda 11-13ºC, Şəki-Zaqatala bölgəsində, Tovuzda və Ceyrançöldə 12-14ºC, Maştağada, Bərdə-Tərtərdə, Gəncədə, Zərdabda və Göyçayda 14-16ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada, Cəfərxanda və Naxçıvanda 10ºC, Şəkidə, Tovuzda, Ceyrançöldə, Maştağada, Şərurda, Ordubadda və Gəncədə 12ºC, Göyçayda 15ºC təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Dağlıq Şirvanda və Qubada 21-23ºC, Şəki-Zaqatala bölgəsində 23-24ºC, Bərdə-Tərtərdə, Gəncədə, Tovuzda, Mil-Muğanda, Mərkəzi Aranda 25-27ºC, 20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki və Göyçayda 22-29ºC qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə və Şəkidə 13% Qubada10%, Naxçıvanda 22%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 16%, Göyçayda 10%, Gəncə və Qubada 17%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Gədəbəydə 16 mm, Şəkidə 10 mm, Balakəndə və Ordubadda 9 mm qeydə alınıb.


Rütubət çatışmazlığı Gədəbəydə 5 hPa, Lənkəranda 6 hPa, Qubada 8 hPa, Maştağa, Bərdə, Gəncə, Tovuz və Ceyrançöldə 10 hPa, Lənkəran-Astara bölgəsində 6-13 hPa, Dağlıq Şirvanda, Mil-Muğanda, Bərdə-Tərtərdə 10-13 hPa, Şəki-Zaqatalada 11-12 hPa, Mərkəzi Aranda 13-15 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 61-67%, Dağlıq Şirvanda 52-61%, Maştağada 66%, Mərkəzi Aranda 51-61%, Bərdə-Tərtərdə 58-68%, Gəncədə 68%, Qazax-Tovuzda 64-77%, Lənkəran-Astara bölgəsində 58-77%, Qubada 64%, Şəki- Zaqatalada 54-63% təşkil edib. Dekada ərzində havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı Cəfərxan, Oğuz və Tovuzda 1 gün, Beyləqan, Şamaxı, Qəbələ və Balakəndə 2 gün, Sabirabad, Şəki, Naxçıvan və Şərurda 3 gün, İmişli, Göyçay və Zərdabda 4 gün qeydə alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Gəncədə (maksimum sürət 20 m/san), Tərtərdə (maksimum sürət 18 m/san), Naxçıvanda (maksimum sürət 16 m/san), 2 gün Goranboyda (maksimum sürət 18m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Sentyabr ayının ikinci dekadası ərzində pambıq sahələrində aparılmış fenoloji müşahidələrə əsasən pambıq bitkisində Beyləqanda ilk qozaların açılması, Tərtər, Bərdə, Gəncə, Cəfərxan, Goranboy və İmişlidə ilk qozalarda pambıq xammalının yetişməsi, Sabirabadda müşahidə sahəsində pambığın birinci yığımı qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 15, Bərdədə 17, Tərtərdə 24 ədəd təşkil edib. Dekadanın sonlarında bitkilərin hündürlüyü 47- 72 sm olub. Əksər aran və dağətəyi rayonlarda heyva, nar, xurma kimi gec yetişən meyvələrin böyüməsi, Qəbələ, Şəki, Qubada alma və armud, İmişlidə nar, Ordubadda badam və alma ağaclarında meyvələrin yığımı, Qubada heyva ağaclarında meyvələrin yetişməsi fenoloji mərhələsi qeydə alınıb. Lənkəran-Astara bölgəsində feyxoa, naringi kimi sitrus bitkilərində budaqların üçüncü boyatması, çay kollarında isə çiçəkləmə müşahidə edilib. Dekada ərzində yonca bitkisində Tovuzda, Zaqatalada, Cəfərxanda biçindən sonra otların boy atması, Şəkidə yaşıl kütlənin üçüncü biçini qeydə alınıb. Yağıntısız günlərdə sahələrdə suvarma, zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, bitkilərin dibinin yumşaldılması kimi kənd təsərrüfatı işləri aparılıb.

Respublikanın əksər bölgələrində sentyabr ayının üçüncü ongünlüyündə nisbətən yağıntılı  hava şəraiti müşahidə edilib. Havanın orta temperaturu  çoxillik iqlim normasından 1-2ºC yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1ºC aşağı olması ilə səciyyələnib.

Havanın dekadalıq orta temperaturu Gədəbəydə 12ºC, Qubada və Dağlıq Şirvan bölgəsində 16ºC,  Maştağada, Lənkəran-Astarada,  Bərdə-Tərtərdə,  Mil-Muğanda, Mərkəzi Aranda 20-21⁰C, Qazax və Ceyrançöldə 19⁰C, Şərur və Ordubadda 22-23⁰C, Şəki-Zaqatalada 17-18ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə 2ºC, Qubada və Tovuzda 8⁰, Cəfərxanda və Zərdabda 9ºC, Dağlıq Şirvanda, Gəncədə və Göyçayda 10-11ºC, Şəki-Zaqatala bölgəsində 6-10ºC, Maştağada, Bərdə-Tərtərdə və Ceyrançöldə 12-14 ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada və Tovuzda 4-5ºC, Şəkidə, Gəncədə və Cəfərxanda 6-7ºC, Göyçayda, Maştağada və Ceyrançöldə 9-10ºC, Şərur və Ordubadda 12⁰C təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Dağlıq Şirvanda, Qubada və Şəkidə18-19⁰C, Oğuzda və Qəbələdə 20-21⁰C, Bərdə-Tərtərdə və Gəncədə 23-24⁰, Mil- Muğanda 23-27⁰C, Mərkəzi Aranda 24-25ºC, 20 sm dərinlikdə temperaturu Gəncə, Quba, Şəki və Göyçayda 18-22ºC qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncədə 13%, Şəkidə 17% Qubada10%, Naxçıvanda 22%-ə qədər, 20 sm dərinlikdə Şəkidə 18%, Göyçayda 11%, Gəncə və Qubada 17%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı ən çox Lənkəranda 37mm, Şəki-Zaqatala bölgəsində 18-31mm, Şamaxıda 11mm qeydə alınıb.


Rütubət çatışmazlığı Gədəbəydə 3hPa, Quba və Lənkəranda 5hPa, Tovuz və Gəncədə 6hPa, Maştağada, Bərdə-Tərtərdə, Mərkəzi Aranda 8-9hPa, Mil-Muğanda 8-11hPa, Tovuz və Ceyrançöldə 10hPa, Şəki-Zaqatalada 6-8hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 58-72%, Dağlıq Şirvanda 67%, Maştağada 77%, Mərkəzi Aranda 65-72%, Bərdə-Tərtərdə 66-69%, Gəncədə 77%, Qazax-Tovuzda 70-72%, Lənkəran-Astara bölgəsində 66-83%, Qubada 75%, Şəki- Zaqatalada 65-71% təşkil edib. Dekada ərzində havanın nisbi rütubətinin minimum həddinin 30% və ondan az olan günlərinin sayı İmişlidə, Mərkəzi Aranda və Şəki-Zaqatala bölgəsində 1-2 gün, Naxçıvanda 7 gün, Şərurda 3 gün qeydə alınıb.

Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Gədəbəy və Naxçıvanda (maksimum sürət 16m/san), 2 gün Goranboyda (maksimum sürət 18m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Sentyabr ayının üçüncü dekadası ərzində pambıq sahələrində aparılmış fenoloji müşahidələrə əsasən pambıq bitkisində Cəfərxan, Goranboy, Tərtər və Beyləqanda ilk qozalarda pambıq xammalının yetişməsi, Sabirabad, İmişli və Gəncədə müşahidə sahəsində pambığın birinci yığımı qeydə alınıb. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 5, Bərdədə 17, Tərtərdə 24 ədəd, açılmış və yetişmiş qozaların orta sayı 5-12 ədəd təşkil edib. Dekadanın sonlarında bitkilərin hündürlüyü 47-82 sm olub. Əksər aran və dağətəyi rayonlarda heyva, nar, xurma, alma, armud ağaclarında meyvələrin yetişməsi və yığımı qeydə alınıb. Dekada ərzində yonca bitkisində Şəkidə, Tovuzda, Zaqatalada, Cəfərxanda biçindən sonra otların boy atması, Qəbələdə yaşıl kütlənin üçüncü biçini qeydə alınıb. Əksər meyvə ağaclarında yarpaqların payız saralması müşahidə edilib. Yağıntısız günlərdə sahələrdə suvarma, zərərvericilərə və xəstəliklərə qarşı dərmanlama, bitkilərin dibinin yumşaldılması kimi kənd təsərrüfatı işləri aparılıb.