Avqust ayında respublikanın əksər bölgələrində az yağıntılı hava şəraiti müşahidə edilib ki, buda bitkilərdə əlavə suvarmaya ehtiyac yaradıb.
Ay ərzində pambıq sahələrində aparılmış fenoloji müşahidələrə əsasən pambıq bitkisində Cəfərxan və Tərtərdə ilk qozaların açılması, Sabirabad və Bərdədə ilk qozalarda pambıq xammalının yetişməsi qeydə alınıb, digər pambıqçılıq rayonlarında çiçəkləmə fenoloji mərhələləri davam edib. Goranboyda bir pambıq bitkisində formalaşmış qozaların orta sayı 12, Bərdədə 17, Tərtərdə 16 ədəd təşkil edib. Əksər aran və dağətəyi rayonlarda heyva, nar, xurma kimi gec yetişən meyvələrin böyüməsi, Şamaxıda üzüm kollarında meyvələrin yetişməsi davam edib. Dekada ərzində yonca bitkisində Şəkidə, Tovuzda, Zaqatalada, Cəfərxanda biçindən sonra otların boy atması qeydə alınıb. Yağıntısız günlərdə sahələrdə suvarma, dərmanlama, bitkilərin dibinin yumşaldılması kimi kənd təsərrüfatı işləri aparılıb.