İyun ayı üçün aqrometeoroloji icmal
Ay ərzində əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilərdə tam yetişkənlik mərhələsi müşahidə edilib, sahələrdə məhsul yığımına başlanılıb. Aran rayonlarında pambıq bitkisində Biləsuvar və Gəncədə beşinci əsl yarpağın çıxması, Tərtər, Bərdə, Goranboy, Beyləqan, Sabirabadda qönçələnmə, Cəfərxanda çiçəkləmə fenaloji mərhələləri qeydə alınıb. Ayın sonlarında bitkilərin boyu 53-74 sm təşkil edib.
Əksər aran və dağətəyi rayonlarında tut, ərik, alça,gilas kimi meyvə ağaclarında meyvələrin yetişməsi və yığımı baş tutub, Şəki-Zaqatala bölgəsində çay kollarında yarpaqların üçüncü yığımı, Lənkəranda ikinci məhsuldar budaqların əmələ gəlməsi qeydə alınıb. Balakəndə qarğıdalı bitgisində doqquzuncu, Şəkidə on beşinci, Zaqatalada iyirmi birinci əsl yarpağın çıxması, tütün bitkisində aşağı yarusdakı yarpaqların texniki yetişkənliyi və yarpaqların yığımı müşahidə edilib.
Bostan və tərəvəz bitkilərindədə növbəti mərhələyə keçid qeydə alınıb, Cəfərxanda pamidor bitkisində çiçəkləmə, Şəkidə ilk güllərin tökülməsi, Acınohurda narıncı, Sabirabadda tam yetişkənlik mərhələləri müşahidə edilib. Sabirabadda qarpız və yemiş bitkilərində meyvələrin yetişməsi qeydə alınıb. Yonca bitkisində Zaqatalada yaşıl kütlənin ikinci bicini aparılıb, Şəkidə və Qəbələdə birinci, Cəfərxanda ikinci biçindən sonra otların boy atması müşahidə edilib. Yağıntısız günlərdə sahələrdə zərərvericilərə və xəstəliklərə qarşı mübarizə məqsədi ilə kimyəvi dərmanlama, bitkilərin dibinin yumşaldılması kimi aqrotexniki tədbirlər aparılıb.
İyun ayı respubiikanın əksər bölgələrində qeyri-sabit hava şəraiti müşahidə edilib ki, buda kənd təsərrüfatı bitkiləri üçün nisbətən əlverişsiz olub. Ayrı-ayrı günlərdə güclü küləklə müşayət olunan leysan yağışları yetişmiş meyvələrin zədələnməsinə və yerə tökülməsinə səbəb olub.