Respublikanın əksər bölgələrində iyun ayının birinci  ongünlüyündə  az yağıntılı hava şəraiti   müşahidə edilib.  Havanın orta temperaturu  çoxillik iqlim normasından  4ºC yaxın olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 17,1ºC, Dağlıq Şirvan bölgəsində və  Qubada 22-23ºC,  Maştağada, Lənkəran-Astarada və Ceyrançöl-Tovuzda 24-25ºC, Gəncə-Goranboyda, Qarabağ bölgəsində, Mil-Muğanda və Mərkəzi Aranda  25-27ºC, Şəki-Zaqatalada 23ºC qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 10ºC, Dağlıq Şirvanda 13-15ºC, Qubada 16ºC, Cəfərxanda, Zərdabda və Gəncədə 18-19ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 13ºC, Şəki-Zaqatalada 14ºC, Cəfərxanda və Gəncədə 16ºC, Maştağada 19ºC təşkil edib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 39-102 mm, Gədəbəydə 64 mm, Bərdə-Tərtərdə 12-24 mm, Gəncədə 15 mm, Tovuzda 18 mm, qeydə alınıb.
Rütubət çatışmazlığı Gəncədə 11 hPa, Mil-Muğanda, Mərkəzi Aranda və Bərdə-Tərtərdə 16-17 hPa, Qubada və Şəki-Zaqatalada 13 hPa, Lənkəran-Astara bölgəsində və Qazax-Tovuzda 11-12 hPa, Maştağada 16 hPa, Dağlıq Şirvanda 13-14 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 54-58%, Dağlıq Şirvanda 51-60%, Mərkəzi Aranda 51-65%, Bərdə-Tərtərdə 55-56%, Gəncədə 71%, Qazax-Tovuzda 63-72%, Lənkəran-Astara bölgəsində 59-68%, Qubada 57%, Şəki-Zaqatalada 58-65%, Maştağada 57% təşkil edib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Göyçayda (maksimum sürət 34 m/san), Gəncədə və Zaqatalada (maksimum sürət 20 m/san), 2 gün Maştağada (maksimum sürət 22 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Payızlıq dənli bitkilərdə iyun ayının birinci ongünlüyündə əksər aran və dağətəyi rayonlarda mum yetişkənliyi mərhələsi davam edib, Şəki və Cəfərxanda arpa, Sabirabadda buğda bitkisində tam yetişkənlik mərhələsi qeydə alınıb, sahələrdə məhsul yığımına başlanılıb.
Pambıq bitkilərində dekada ərzində Bərdə və Gəncədə 3-cü, Tərtər və Goranboyda 5-ci, Sabirabadda 8-ci əsl yarpağın çıxması, Cəfərxan və İmişlidə qönçələnmə fenoloji mərhələləri müşahidə edilib.
Əksər aran və dağətəyi rayonlarda gilas, tut, alça ağaclarında meyvələrin yetişməsi və yığımı başlayıb. Zaqatalada çay kollarında 2-ci dərəcəli məhsuldar budaqların, tütün və qarğıdalı bitkilərində 5-ci və 6-cı əsl yarpağın çıxması mərhələsi qeydə alınıb.

Respublikanın əksər bölgələrində iyun ayının ikinci  ongünlüyündə  nisbətən yağıntılı hava şəraiti  müşahidə edilib. Havanın orta temperaturu  çoxillik iqlim normasından  4 -5ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-20 C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 18,8ºC, Dağlıq Şirvan bölgəsində və  Qubada 23-24ºC, Maştağada, Lənkəran-Astarada və Ceyrançöl-Tovuzda 26-27ºC, Gəncə-Goranboyda, Qarabağ bölgəsində, Mil-Muğanda və Mərkəzi Aranda 27-29ºC, Şəki-Zaqatalada 24-25ºC qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 11ºC, Dağlıq Şirvanda və Qubada 15-16ºC, Cəfərxanda, Zərdabda, Mərkəzi Aranda, Bərdədə və Gəncədə 19-20ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 10ºC, Şəki-Zaqatalada 17ºC, Cəfərxanda və Gəncədə 19ºC, Tovuzda, Ceyrançöldə 14-170C Maştağada 22ºC təşkil edib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 49-91 mm, Dağlıq Şirvanda 30-44 mm, Göyçayda 62 mm, Qazax-Tovuzda 23-35 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Lənkəranda 8hPa, Gəncədə 12hPa, Qubada və Şəki- Zaqatalada 11-14 hPa, Mil-Muğanda 13-17 hPa, Maştağada 17hPa, Mərkəzi Aranda və Bərdə-Tərtərdə 16-19 hPa, Lənkəran-Astara bölgəsində və Qazax-Tovuzda 7-15 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 54-71%, Dağlıq Şirvanda 51-60%, Mərkəzi Aranda 60-63%, Bərdə-Tərtərdə 55-57%, Gəncədə 70%, Qazax-Tovuzda 62-71%, Lənkəran-Astara bölgəsində 62-71%, Qubada 61%, Şəki-Zaqatalada 58-69%, Maştağada 59% təşkil edib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı  2 gün Gəncədə (maksimum sürət 35m/san), Goranboyda, Ceyrançöldə (maksimum sürət 30m/san), Zaqatalada  (maksimum sürət 20 m/san),   Tərtərdə   (maksimum sürət 28 m/san), 1 gün Balakəndə və Bərdədə (maksimum sürət 20 m/san)   təşkil edib.  

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Payızlıq dənli bitkilərdə iyun ayının  ikinci ongünlüyündə əksər aran və dağətəyi rayonlarda  tam yetişkənlik mərhələsi davam edib, Cəfərxanda, Sabirabadda, Biləsuvarda,Tərtərdə,Bərdədə  sahələrdə  məhsul yığımına başlanılıb.
Pambıq bitkisində dekada ərzində Biləsuvarda və Gəncədə 3-cü, Tərtər, Goranboy,Cəfərxan ,Sabirabad, Beyləqan və Bərdədə 8-ci əsl yarpağın çıxması  fenoloji   mərhələləri müşahidə edilib. Dekadanın sonunda bitkilərin hündürlüyü 34-64sm təşkil edib.
Əksər aran və dağətəyi rayonlarda gilas, tut, alça, ərik ağaclarında meyvələrin yetişməsi və yığımı  davam edib. Şəki-Zaqatala bölgəsində  çay kollarında 3-ci dərəcəli məhsuldar budaqların,  qarğıdalıda 9-cu və 21-ci əsl yarpağın çıxması, tütün bitkisində aşağı yarusdakı yarpaqların texniki yetişkənliyi  mərhələsi qeydə alınıb. Cəfərxanda, Şəkidə pamidor bitkisində çiçəkləmə, Acinohurda yaşıl ,Sabirabadda narınsı yetişkənlik müşahidə edilib.  Cəfərxanda və Sabirabadda yemiş və qarpız bitkilərində çiçəkləmə qeydə alınıb.    Dekada ərzində yonca bitkisində Zaqatalada yaşıl kütlənin 2-ci biçini aparılıb, Şəkidə və Qəbələdə 1-ci, Cəfərxanda 2-ci bicindən sonra otların boy atması müşahidə edilib. Yağıntısız günlərdə sahələrdə xəstəliklərlə və ziyanvericilərlə mübarizə məqsədi ilə bitkilərin kimyəvi maddələrlə dərmanlanması, bitkilərin dibinin yumşaldılması kimi aqrotexniki tədbirlər aparılıb.


Respublikanın əksər bölgələrində iyun ayının üçüncü  ongünlüyündə  yağıntılı və qeyri sabit hava şəraiti  müşahidə edilib.  Havanın orta temperaturu  çoxillik iqlim normasından  1-2ºC, ötən ilin gösdəriciləri ilə müqayisədə isə 10C yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 16,6ºC, Dağlıq Şirvan bölgəsində və  Qubada 20-21ºC,  Maştağada, Lənkəran-Astarada, Bərdə-Tərtərdə, Mil-Muganda, Gəncə-Goranboyda, Mərkəzi Aranda 25-260C, Ceyrançöl-Tovuzda 24ºC, Şəki-Zaqatalada 22-23ºC qeydə alınıb. 


Havanın minimum temperaturu
Gədəbəydə 10ºC, Dağlıq Şirvanda və Qubada 13ºC, Maştağada 160C, Mərkəzi Aranda, Bərdədə, Cəfərxanda, Qazax-Tovuzda, Cəncədə 17-180C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 13ºC, Ceyrançöldə 120C, Şəkidə 140C, Tovuzda və Gəncədə 16ºC, Göyçayda və Cəfərxanda 180C, Maştağada 17ºC təşkil edib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 63-176 mm, Daglıq Şirvanda 77-79 mm, Gədəbəydə 75 mm, Lənkəranda 72 mm, Qubada 63 mm, Göyçayda 51 mm, Zərdabda 36 mm, Biləsuvarda 26 mm, Beyləqanda 27mm, Qarabag bölgəsində 23-24 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Lənkəran-Astara bölgəsində, Dağlıq Şirvanda 7-13 hPa, Tovuzda, Ceyrançöldə 12hPa, Mərkəzi Aranda 12-13hPa, Gəncədə 14hPa, Qubada və Şəki-Zaqatalada 8-11 hPa, Mil-Muğanda 12-15 hPa, Maştağada 15hPa, Bərdə-Tərtərdə 13-16 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 59-67%, Dağlıq Şirvanda 58-73%, Mərkəzi Aranda 63-68%, Bərdə-Tərtərdə 59-64%, Gəncədə 65%, Qazax-Tovuzda 62-76%, Lənkəran-Astara bölgəsində 71-87%, Qubada 63%, Şəki-Zaqatalada 61-70%, Maştağada 61% təşkil edib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı  4 gün Goranboyda (maksimum sürət 32m/san), 2 gün Tərtərdə (maksimum sürət 33m/san), Bərdədə və Balakəndə  (maksimum sürət 30m/san),   Maştağada   (maksimum sürət 28 m/san),  Şəkidə (maksimum sürət 25m/san), 3 gün Gəncədə (maksimum sürət 32m/san), Zaqatalada (maksimum sürət 25 m/san) təşkil edib.  
       
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti 
İyun ayının üçüncü ongünlüyündə əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilərdə məhsul yığımı davam edib. 
Pambıq bitkisində dekada ərzində Biləsuvarda və Gəncədə 5-ci, Tərtər, Goranboy, Sabirabad, Beyləqan və Bərdədə qönçələnmə, Cəfərxanda çiçəkləmə fenoloji mərhələləri müşahidə edilib. Dekadanın sonunda bitkilərin hündürlüyü 53-74 sm təşkil edib.
Əksər aran və dağətəyi rayonlarda gilas, tut, alça, ərik ağaclarında meyvələrin yetişməsi və yığımı  davam edib, Şəki-Zaqatala bölgəsində çay kollarında yarpaqların 3-cü yığımı, Lənkəranda 2-ci dərəcəli məhsuldar budaqların əmələ gəlməsi qeydə alınıb. Balakəndə qarğıdalı bitkisində 9-cu, Şəkidə 15-ci, Zaqatalada 21-ci əsl yarpağın çıxması, tütün bitkisində aşağı yarusdakı yarpaqların texniki yetişkənliyi və yarpaqların yığımı qeydə alınıb. Cəfərxanda pomidor bitkisində çiçəkləmə, Şəkidə ilk güllərin tökülməsi, Acınohurda narıncı, Sabirabadda tam yetişkənlik mərhələləri müşahidə edilib.  Sabirabadda  qarpız və yemiş bitkisində tam yetişkənlik qeydə alınıb. Dekada ərzində yonca bitkisində Zaqatalada yaşıl kütlənin 2-ci biçini aparılıb, Şəkidə və Qəbələdə 1-ci, Cəfərxanda 2-ci biçindən sonra otların boy atması müşahidə edilib. Yağıntısız günlərdə sahələrdə xəstəliklərlə və ziyanvericilərlə mübarizə məqsədi ilə bitkilərin kimyəvi maddələrlə dərmanlanması, bitkilərin dibinin yumşaldılması kimi aqrotexniki tədbirlər aparılıb.