May ayı üzrə Aqrometeoroloji icmal
Ay ərzində Zaqatalada, Şəkidə və Qəbələdə payızlıq dənli bitkilərdə çiçəkləmə, Beyləqanda, Sabirabadda, Zərdabda və Biləsuvarda dənin süd yetişkənliyi, Bərdədə və Goranboyda dənin mum yetişkənliyi fenoloji mərhələsi qeydə alınıb.
Biləsuvarda pambıq bitkisində cücərmə, Sabirabadda və Goranboyda göyərmə, Gəncədə və Tərtərdə 1-ci, İmişlidə və Cəfərxanda 3-cü əsl yarpağın çıxması mərhələləri müşahidə edilib.
Əksər rayonlarda ərik, alça, alma, armud, albalı, gilas,heyva kimi ağaclarda meyvələrin böyüməsi, narda çiçəkləmə mərhələsi davam edib.Biləsuvarda və Oğuzda tutda məhsul yetişməsi qeydə alınıb. Zaqatala və Balakəndə tütün bitkisində 5-ci əsl yarpağın, Şəkidə və Balakəndə qarğıdalıda 3-cü və 5-ci yarpağın çıxması mərhələləri müşahidə edilib. Sabirabadda və Şəkidə pomidor bitkisində yan budaqların, Gədəbəydə kartofda göyərmə mərhələləri qeydə alınıb.
Dekada ərzində suvarma, kultivasiya və dərmanlama kimi aqrotexniki tədbirlər aparılıb. Qubada əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi əkin sahələrində yatma,alça və gilasda kal meyvələrdə partlama və yerə tökülmə müşahidə edilib.
Respublikanın əksər bölgələrində may ayının yağıntılı olması ilə müşahidə edilib.