Respublikanın əksər bölgələrində aprel ayının birinci  ongünlüyündə hava şəraiti  az yağıntılı keçib. Havanın orta temperaturu  çoxillik iqlim normasından 2-3ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 8ºC, Qubada  və  Dağlıq Şirvan bölgəsində  10-11ºC, Maştağada 12,8ºC, Ceyrançöl-Tovuzda 13ºC, Qarabağ bölgəsində, Mil-Muğanda və Lənkəran-Astarada 14ºC, Gəncə-Goranboyda, Mərkəzi Aranda  və Şəki-Zaqatalada 12-15ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə 3ºC, Dağlıq Şirvanda və Qubada 4ºC, Gəncədə 7ºC, Bərdədə, Tərtərdə, Cəfərxanda və Zərdabda 8ºC qeydə alınıb. 
Torpaq səthinin minimum temperaturu  Qubada 3ºC, Maştağada, Dağlıq Şirvanda  və Şəki-Zaqatalada  4ºC, Gəncədə və Cəfərxanda 5ºC  təşkil edib.
Yağıntının dekadalıq miqdarı  Şəkidə və Oğuzda 33 mm, Gədəbəydə 30 mm,  30-67 mm, Mil-Muğanda 9-13 mm qeydə alınıb.
Rütubət çatışmazlığı  Maştağada, Qubada, Dağlıq Şirvanda, Gəncədə və Lənkəran - Astara bölgəsində  3-4 hPa, Bərdə-Tərtərdə  5 hPa,  Mil-Muğanda, Mərkəzi Aranda, Qazax- Tovuzda və Şəki-Zaqatalada  4-6 hPa  arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 68-81%, Dağlıq Şirvanda 71-75%, Bərdə-Tərtərdə 71-73%,  Gəncədə 80%, Qazax-Tovuzda 65-76%, Lənkəran-Astara bölgəsində  77-79%, Qubada 71%, Mərkəzi Aranda 69-72%, Şəki-Zaqatalada 67-79%, Maştağada 74% təşkil edib. 


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Tərtərdə (maksimum sürət 30 m/san), Maştağada (maksimum sürət 25 m/san), Bərdədə (maksimum sürət 22 m/san), Gəncədə(maksimum sürət 20 m/san), Balakəndə (maksimum sürət 18m/san), Zərdabda (maksimum sürət 16 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Əksər bölgələrimizdə aprel ayının birinci ongünlüyündə az yağıntılı hava şəraiti müşahidə edilib, buna görə də bitkilərin əlavə suvarmaya ehtiyac yaranıb. Taxılçılıq rayonlarında aparılmış fenoloji müşahidələrə əsasən Gəncədə kollanma ,Göyçay, Zərdab, Bərdə, Şəki, Qəbələ, Mərəzə, Xaçmazda buğumbağlama, Sabirabad, Beyləqan, Cəfərxan, Yardımlı, Tərtər, Oğuz, Zaqatala , İmişli, Quba və Biləsuvarda gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələləri davam etmişdir. Əksər aran və dağətəyi rayonlarda meyvə ağaclarında ilk yarpaqların açılması, Qəbələ, Şəki, Tərtərdə alma, armud ağaclarında qönçələrin aralanması, Zaqatalada çay kollarında tumurcuqların açılması, Göyçayda tutda üçüncü yarpağın açılması, Lənkəran-Astara bölgəsində feyxoa və naringidə tumurcuqların və ilk yarpaqların açılması mərhələləri qeydə alınmışdır. Gəncə, Tovuz, Cəfərxan, Şəki-Zaqatalada yonca bitkisində gövdənin böyüməsi və yan budaqların çıxması mərhələsi davam etmiş, bitkilərin boyu 26-43 sm təşkil etmişdir.

Respublikanın əksər bölgələrində aprel ayının ikinci  ongünlüyündə hava şəraiti yağıntısız keçib. Havanın orta temperaturu  çoxillik iqlim normasından 4-5ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 11,9ºC, Lənkəran-Astarada, Qubada  və  Dağlıq Şirvan bölgəsində  14-16ºC, Maştağada 16,2ºC, Ceyrançöl-Tovuzda 17ºC, Gəncə-Goranboyda, Qarabağ bölgəsində, Mil-Muğanda və Mərkəzi Aranda  17-18ºC, Şəki-Zaqatalada 15-18ºC qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 11ºC, Dağlıq Şirvanda və Qubada 6-7ºC, Gəncədə 10ºC, Cəfərxanda və Zərdabda 8-9ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qubada 4ºC, Maştağada və Dağlıq Şirvanda 4-5ºC, Şəki-Zaqatalada 5-6ºC, Gəncədə və Cəfərxanda 7-8ºC təşkil edib.
Yağıntının dekadalıq miqdarı Lənkəranda 15 mm, Gədəbəydə 11 mm, Zaqatalada və Oğuzda 7 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Maştağada, Mil-Muğanda, Mərkəzi Aranda, Qubada, Bərdə-Tərtərdə, Dağlıq Şirvanda və Şəki-Zaqatalada 7-9 hPa, Gəncədə 6 hPa, Lənkəran-Astara bölgəsində və Qazax-Tovuzda 5-8 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 59-73%, Dağlıq Şirvanda 59-64%, Mərkəzi Aranda və Bərdə-Tərtərdə 63-67%, Gəncədə 73%, Qazax-Tovuzda 68-69%, Lənkəran-Astara bölgəsində 71-77%, Qubada 57%, Şəki-Zaqatalada 61-73%, Maştağada 85% təşkil edib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Tərtərdə və Goranboyda (maksimum sürət 18 m/san), 1 gün Tovuzda (maksimum sürət 20 m/san), Gəncədə (maksimum sürət 18 m/san), Maştağada (maksimum sürət 16 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Aprel ayının ikinci dekadasında havanın orta temperaturunun çoxillik iqlim normasından 4-5⁰C yüksək olması payızlıq dənli bitkilərin inkişafı üçün əlverişli olub, lakin yağıntısız hava şəraiti bitkilərdə əlavə suvarmaya ehtiyac yaradıb. Zərdab,Göyçay, Tovuz, Şəki Oğuz, Zaqatala, Bərdə, Goranboy və Tərtərdə bitkilərdə gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələsi davam edib, İmişlidə isə bitkilərdə çiçəklənmə mərhələsi qeydə alınıb.
Cəfərxan, Sabirabad, Bərdə, Goranboy və Tərtərdə sahələrdə pambıq bitkisinin əkini başlamış, Cəfərxan və Sabirabadda bitkilərdə cücərmə mərhələsi qeydə alınıb.
Əksər aran və dağətəyi rayonlarda meyvə ağaclarında çiçəklənmə və çiçəklənmənin sonu mərhələsi qeydə alınıb, Lənkəran-Astara bölgəsində naringi,feyxoa kimi sitrus bitkilərində ilk yarpaqların açılması, qönçələnmə, üzüm kollarında isə hamaş çiçəklərin çıxması fenoloji mərhələləri müşahidə edilib. Göyçayda əncir bitkisində hamaşmeyvələrin əmələ gəlməsi, Oğuz, Şəki, Biləsuvar,Göyçayda tut bitkisində üçüncü və beşinci yarpağın açılması mərhələləri davam edib. Cəfərxanda yonca bitkisində biçindən sonra otların boy atması, Şəkidə və Qəbələdə gövdənin böyüməsi və yan budaqların çıxması mərhələləri davam edib.


Respublikanın əksər bölgələrində aprel ayının üçüncü  ongünlüyündə yağıntısız hava şəraiti  müşahidə edilib. Havanın orta temperaturu çoxillik iqlim normasından 5-7ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 14,5ºC, Dağlıq Şirvan bölgəsində  17ºC, Qubada 19ºC, Lənkəran-Astarada, Maştağada, Ceyrançöl-Tovuzda 17ºC, Gəncə-Goranboyda, Qarabağ bölgəsində, Mil-Muğanda və Mərkəzi Aranda  20ºC, Şəki-Zaqatalada 18-20ºC qeydə alınıb. 


Havanın minimum temperaturu Gədəbəydə 6ºC, Dağlıq Şirvanda 6-11ºC, Qubada 11ºC, Gəncədə 12ºC, Cəfərxanda və Zərdabda 10-12ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Maştağada və Qubada 9ºC, Dağlıq Şirvanda 7ºC, Şəki-Zaqatalada 9-10ºC, Gəncədə və Cəfərxanda 10-11ºC təşkil edib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 10-19 mm, Dağlıq Şirvanda 1-4 mm, Gədəbəydə 3 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Maştağada, Mil-Muğanda, Mərkəzi Aranda, Qubada, Bərdə-Tərtərdə, Dağlıq Şirvanda və Şəki-Zaqatalada, Gəncədə, Lənkəran-Astara bölgəsində və Qazax-Tovuzda 9-10 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda 54-65%, Dağlıq Şirvanda 51-59%, Mərkəzi Aranda 57-62%, Bərdə-Tərtərdə 55%, Gəncədə 67%, Qazax-Tovuzda 61-63%, Lənkəran-Astara bölgəsində 67-71%, Qubada 58%, Şəki-Zaqatalada 57-61%, Maştağada 57% təşkil edib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 2 gün Goranboyda (maksimum sürət 24 m/san),  1 gün  Tərtərdə və Balakəndə  (maksimum sürət 18 m/san), Maştağada (maksimum sürət 17 m/san) təşkil edib.  

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Havanın orta temperaturunun çoxillik iqlim normasından yüksək olması payızlıq dənli bitkilərin inkişafı üçün əlverişli olmuş, lakin yağıntısız hava şəraiti suvarmaya ehtiyac yaratmışdır. Bərdədə, Gəncədə, Oğuzda və İsmayıllıda gövdənin aşağı buğumunun yer səthinə çıxması fenoloji mərhələsi davam edib, İmişli, Cəfərxan, Beyləqan, Zərdab,Göyçay, Biləsuvar, Goranboy,Tərtər, Şəki, Zaqatalada sünbülləmə, Sabirabadda çiçəkləmə mərhələləri qeydə alınıb. 
Beyləqan, Bərdə, Gəncədə çiyidin səpini davam edib,Cəfərxan, Sabirabad, Goranboy və Tərtərdə göyərmə mərhələsi müşahidə edilib. Əksər aran və dağətəyi rayonlarda gilas, albalı, ərik, şaftalı, gavalı, alma, armud, heyva və digər meyvə ağaclarında 1-3-cü yarpaqların açılması, çiçəkləmənin sonu, meyvələrin böyüməsi, Lənkəran-Astara bölgəsində feyxoa, naringi və  çay kollarında ilk yarpaqların açılması mərhələsi qeydə alınıb.