Mart ayının birinci ongünlüyü əksər bölgələrimizdə nisbətən yağıntılı hava şəraiti, havanın orta temperaturunun çoxillik iqlim normasından 1-2ºC yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə 2-3ºC aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 0,5ºC,Qubada 2,9ºC, Bərdə-Tərtərdə, Mil-Muğanda, Mərkəzi Aranda, Lənkəran-Astara bölgəsində, Gəncədə və Goranboyda, Maştağada 6-8ºC, Tovuz-Qazaxda və Şəki-Zaqatalada 5-7ºC, Dağlıq Şirvanda 3-5ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə -8ºC,Qubada, Şərurda -5ºC, Dağliq Şirvanda, Zərdabda,Gəncədə -3ºC, Cəfərxanda və Tovuzda -2ºC, Maştağada, Bərdə-Tərtərdə, Şəkidə və Qəbələdə -1ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Gəncədə -8ºC, Tovuzda və Şərurda -6ºC, Qubada və Cəfərxanda -5ºC, Şamaxıda -2ºC təşkil edib. 
Yağıntının dekadalıq miqdarı Oğuzda 34 mm, Lənkəranda 29mm, Mil-Muğanda 16-27 mm, Dağlıq Şirvanda 15-20 mm, Şəkidə 21 mm, Mərkəzi Aranda 12-13 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Maştağada, Qubada, Lənkəran - Astara bölgəsində və Dağlıq Şirvanda 2 hPa, Bərdə-Tərtərdə və Mərkəzi Aranda 3 hPa, Mil-Muğanda 3-4 hPa, Qazax- Tovuzda və Şəki-Zaqatalada 2-4 hPa, 80-84%, Gəncədə 4 hPa arasında dəyişib.
Nisbi rütubət Dağlıq Şirvanda 80-84%, Bərdə-Tərtərdə 72-77%, Gəncədə 68%, Qazax-Tovuzda 65-75%, Lənkəran - Astara bölgəsində 84%, Qubada 82%, Mil-Muğanda 69-80%, Mərkəzi Aranda 73-76%, Şəki - Zaqatalada 61-78%, Maştağada 80% təşkil edib.


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Əksər bölgələrimizdə mart ayının birinci ongünlüyündə yağıntılı hava şəraiti bitkilərin suya olan tələbatını nisbətən ödəyib, bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Aparılmış fenoloji müşahidələrə əsasən əksər taxılçılıq rayonlarında payızlıq dənli bitkilərdə kollanma və buğum bağlama mərhələləri davam edib, Beyləqanda gövdəninii aşağı buğumunun yer səthinə çıxması qeydə alınıb. Dekadanın sonunda bitkilərin hündürlüyü 29-36 sm olub.
Acınohurda, Beyləqanda, Göyçayda və Zərdabda alça,ərik, tut, heyva, armud və gilas ağaclarında tumurcuqların şişməsi, Lənkəranda üzüm bitkisində birinci yarpağın açılması mərhələsi qeydə alınıb.
Cəfərxanda yonca bitkisində yan budaqların çıxması, gövdənin böyüməsi müşahidə edilib.

Mart ayının ikinci ongünlüyü əksər bölgələrimizdə yağıntılı hava şəraiti, havanın orta temperaturunun çoxillik iqlim normasından 2ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Gədəbəydə 2,7ºC,Qubada 3,6ºC, Bərdə-Tərtərdə, Mil-Muğanda, Mərkəzi Aranda, Lənkəran-Astara bölgəsində, Gəncədə və Goranboyda, Maştağada 8-9ºC, Tovuz-Qazaxda və Şəki-Zaqatalada 5-8ºC, Dağlıq Şirvanda 4-6ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə -8ºC, Zaqatalada -3 ºC,İsmayıllıda -2ºC, Qubada, Qəbələdə, Cəfərxanda və Şamaxıda -1ºC, Zərdabda, Tovuzda, Oğuzda və Şəkidə 1ºC, Balakəndə 2ºC, Bərdə-Tərtərdə 3ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Gəncədə -4ºC, Tovuzda və Zaqatalada -3ºC, Qubada və Cəfərxanda -1ºC, Şamaxıda -2ºC, Şəkidə 0ºC təşkil edib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatalada 34-66 mm, Lənkəranda 29 mm, Mil-Muğanda 13-21 mm, Maştağada və Dağlıq Şirvanda 32-33 mm, Mərkəzi Aranda 24-34 mm,Gədəbəydə 34 mm, Qubada 25 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Mil-Muğanda və Şəki-Zaqatalada 2-3 hPa, Maştağada, Qubada, Lənkəran - Astara bölgəsində, Dağlıq Şirvanda, Bərdə-Tərtərdə, Mərkəzi Aranda və Qazax- Tovuzda 1-2 hPa,Gəncədə 3 hPa arasında dəyişib.
Nisbi rütubət Dağlıq Şirvanda 78-90%, Bərdə-Tərtərdə 85%, Gəncədə 80%, Qazax-Tovuzda 67-78 %, Lənkəran - Astara bölgəsində 86-90%, Qubada 87%, Mil-Muğanda 76-85%, Mərkəzi Aranda 81-85%, Şəki- Zaqatalada 72-81%, Maştağada 81% təşkil edib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 1 gün Maştağada (maksimum sürət 22 m/san), 3 gün Goranboyda (maksimum sürət 18 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Əksər bölgələrimizdə mart ayının ikinci ongünlüyündə yağıntılı hava şəraiti bitkilərin suya olan tələbatını nisbətən ödəyib, bitkilərin növbəti mərhələyə keçməsi üçün əlverişli olub. Aparılmış fenoloji müşahidələrə əsasən əksər taxılçılıq rayonlarında payızlıq dənli bitkilərdə buğum bağlama mərhələləri davam edib, dekadanın sonunda bitkilərin hündürlüyü 32-40 sm olub.

Əksər aran və dağətəyi rayonlarda alça,ərik, tut, heyva, armud,alma, gilas, qoz və fındıq ağaclarında tumurcuqların şişməsi, Lənkəranda üzüm bitkisində gözcüklərin şişməsi mərhələsi qeydə alınıb. Bostan-tərəvəz sahələrində aparılmış müşahidələrə əsasən Qubada kartof sahəsində əkin işləri aparılıb.
Gəncədə yonca bitkisində göyərmə müşahidə edilib.

Respublikanın əksər bölgələrində mart ayının üçüncü  ongünlüyündə hava şəraiti  yağıntılı keçib. Havanın orta temperaturu  çoxillik iqlim normasından 2-3ºC yüksək olması ilə səciyyələnib.

Havanın dekadalıq orta temperaturu Maştağada və Ceyrançöl-Tovuzda 8-9ºC, Qarabağ bölgəsində, Gəncə-Goranboyda, Mil-Muğanda və Mərkəzi Aranda  11ºC, Şəki-Zaqatalada və Lənkəran-Astarada 9ºC, Qubada və Dağlıq Şirvan bölgəsində  6ºC, Gədəbəydə 5ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə -3ºC,Qubada, Cəfərxanda və Şamaxıda 1ºC, Oğuzda 2ºC, İsmayıllıda, Zərdabda 3ºC,Gəncədə,Şəkidə və Maştağada 4ºC, Bərdə-Tərtərdə 5ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Şamaxıda -2ºC, Gədəbəydə -3ºC, İsmayıllıda -4ºC, Qubada və Şəkidə 0ºC, Göyçayda 2ºC təşkil edib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 30-67 mm, Göyçayda 29 mm,Şamaxıda və Zərdabda 24 mm, Lənkəranda 23 mm, Gədəbəydə 18 mm qeydə alınıb.
Rütubət çatışmazlığı Qubada 2 hPa, Maştağada və Dağlıq Şirvanda 3 hPa, Bərdə-Tərtərdə və Mil-Muğanda 4 hPa, Mərkəzi Aranda və Şəki-Zaqatalada 5 hPa, Lənkəran - Astara bölgəsində, Qazax- Tovuzda və Gəncədə 3-4 hPa arasında dəyişib.
Nisbi rütubət Mil-Muğanda və Dağlıq Şirvanda 78%, Bərdə-Tərtərdə 74%, Gəncədə 79%, Qazax-Tovuzda 77%, Lənkəran - Astara bölgəsində 77-82%, Qubada 82%, Mərkəzi Aranda 72-75%, Şəki- Zaqatalada 61-74%, Maştağada 81% təşkil edib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı 4 gün Goranboyda, 3 gün Göyçayda (maksimum sürət 28 m/san), 2 gün Tərtərdə (maksimum sürət 25 m/san), Sabirabadda (maksimum sürət 20 m/san), Cəfərxanda və Zərdabda (maksimum sürət 18 m/san), 1 gün Gəncədə (maksimum sürət 20 m/san), Maştağada (maksimum sürət 16 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Əksər bölgələrimizdə mart ayının üçüncü ongünlüyündə yağıntılı hava şəraiti müşahidə edilib, bu da bitkilərin suya olan ehtiyacını ödəyib. Taxılçılıq rayonlarında aparılmış fenoloji müşahidələrə əsasən Şəkidə və Qubada kollanma, Beyləqan,Cəfərxan, Sabirabad və Biləsuvarda gövdənin aşağı buğumunun yer səthinə çıxması, digər rayonlarda isə buğum bağlama fenoloji mərhələsi müşahidə edilib. Buğum bağlama mərhələsində bitkilərin hündürlüyü 32-43 sm, gövdənin aşağı buğumunun yer səthinə çıxması mərhələsində 39-58 sm təşkil edib.
Əksər aran və dağətəyi rayonlarda alma, fındıq, ərik, albalı,əncir, tut kimi ağaclarda 1-ci və 3-cü yarpaqların açılması, ərik,albalı, gilas və alça bitkilərində çiçəkləmə, çiçəkləmənin sonu,Lənkəran və Gəncədə üzüm kollarında şirə dövranının başlanması və gözcüklərin açılması, Lənkəranda çay kollarında 1-ci yarpağın çıxması mərhələsi müşahidə edilib. Cəfərxan,Gəncə, Şəki və Qəbələdə yonca bitkisində gövdənin böyüməsi, Zaqatalada hamaşçiçəklərin yaranması davam edib.