Fevral ayı üzrə Aqrometeoroloji icmal
Ayın üçüncü ongünlüyündə temperaturun normadan aşağı olması payızlıq dənli bitkilərdə vegetasiyanın nisbətən gecikməsinə səbəb olub. Ay ərzində bitkilərdə kollanma və buğum bağlama mərhələləri davam edib. Ayın sonlarında bitkilərdə kollanma dərəcəsi Goranboyda 3%, Tərtərdə 4 % təşkil edib, bitkilərin hündürlüyü 22-30 sm olub.
Acınohurda, Beyləqanda, Göyçayda və Zərdabda alça,ərik və gilas ağaclarında tumurcuqların şişməsi, Lənkəranda çay kollarının formalaşması müşahidə edilib.
Fevral ayı əksər bölgələrimizdə az yağıntılı hava şəraiti ilə səciyyələnib ki, bu da bitkilərin əlavə suvarılmasına ehtiyac yaradıb. Ayın birinci və ikinci ongünlüklərində taxılçılıq rayonlarında aparılmış fenoloji müşahidələrə əsasən payızlıq dənli bitkilərdə kollanma və buğum bağlama mərhələləri müşahidə edilib. Cəfərxanda bitkilərdə kollanma dərəcəsi 2,7%, Goranboyda 1,9%, Bərdədə 2,8%, Tərtərdə 3,2 % təşkil edib.