Respublikanın əksər bölgələrində dekabr ayının birinci ongünlüyündə havanın orta temperaturunun çoxillik iqlim normasından 4-6ºC, ötən ilin göstəriciləri ilə müqayisədə 5-8ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada, Mil-Muğanda və Mərkəzi Aranda 10-11ºC, Bərdə, Tərtər, Lənkəran-Astara bölgəsində 11-12ºC, Gəncə, Goranboyda 11-13ºC, Şəki-Zaqatalada 9-11ºC, Qubada və Dağlıq Şirvanda 8ºC, Tovuzda və Qazaxda 7-10º C qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə 0,2ºC, Qubada 2ºC, Dağlıq Şirvanda, Zərdabda və Ceyrançöldə 3ºC, Cəfərxanda və Tovuzda 4ºC, Şəki - Zaqatalada, Bərdə-Tərtərdə, Gəncədə və Göyçayda  5-6ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Tovuzda -2ºC, Şəki-Zaqatalada, Gəncədə, Şamaxıda,  Göycayda və Cəfərxanda  1ºC  təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu  Cəfərxanda 11ºC, Gəncə, Quba, Şəki və Göyçayda 9-10ºC, 20 sm dərinlikdə temperatur Gəncə, Quba, Şəki və Göyçayda 9-11ºC qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncə, Quba, Şəki və Göyçayda 14%-ə qədər, 20 sm dərinlikdə 19%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Lənkəranda 42 mm, Zaqatalada 29 mm, Şamaxıda 20 mm, Qubada 17 mm, Balakən və Oğuzda 10 mm təşkil edib. Ayın əvvəlində Gədəbəydə qalınlığı 1 sm olan qar örtüyü qeydə alınıb. 
Nisbi rütubət Dağlıq Şirvanda 72%, Gəncədə 67%, Qazax - Tovuzda 62-71%, Bərdə-Tərtərdə 67-76%, Lənkəran - Astara bölgəsində və Maştağada 81%, Mil-Muğanda 67-84%,  Qubada 80%,  Mərkəzi Aranda 75-83%, Şəki- Zaqatalada 65-82%  təşkil edib. 
Rütubət çatışmazlığı Maştağa, Quba, Mərkəzi Aran və Lənkəran - Astara bölgəsində 3 hPa, Qazax, Tovuz və Mil-Muğanda 3-5 hPa, Gəncə və  Şəki-Zaqatalada 3-6 hPa, Bərdə-Tərtərdə 4-6 hPa  arasında dəyişib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı Goranboy (maksimum sürət 24m/san), Tərtər (maksimum sürət 20 m/san), Bərdədə (maksimum sürət 18 m/san) 3 gün, Şəkidə (maksimum sürət 20 m/san) 4 gün, Gəncədə və Maştağada (maksimum sürət 20 m/san) 2 gün, Balakəndə, Beyləqanda və Cəfərxanda (maksimum sürət 20 m/san), Sabirabadda (maksimum sürət 17 m/san), Gədəbəydə (maksimum sürət 16 m/san) 1 gün təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Dekabr ayının birinci ongünlüyündə aparılmış fenoloji müşahidələrə əsasən əksər aran və dağətəyi rayonlarda temperaturun normadan yüksək olması payızlıq dənli bitkilərin inkişafı üçün əlverişsiz olmuş, sahələrin təkrar suvarılmasına ehtiyac yaranmışdır. Əksər taxılçılıq rayonlarında bitkilərdə göyərmə mərhələsi davam edib, Zaqatala, Oğuz, Quba, Beyləqan və İmişlidə üçüncü yarpağın çıxması, Şəkidə buğum köklərinin yaranması, Cəfərxanda və Göyçayda arpada kollanma fenoloji mərhələləri qeydə alınıb. Şəkidə ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 150-155 ədəd, Göyçayda gövdələrin ümümi sayı 648 ədəd, bitkilərin orta boyu 15-19 sm təşkil edib. Dekada ərzində ziyanvericilərə qarşı mübarizə məqsədi ilə dərmanlama və suvarma kimi aqrotexniki tədbirlər aparılıb.
Lənkəran-Astara bölgəsində feyxoa və naringi bitkilərində və çay kollarında payızda boyatmanın dayanması qeydə alınıb. Bağlarda meyvə ağaclarında yarpaqların payız saralması və xəzan davam edib.


Dekabr ayının ikinci ongünlüyü əksər bölgələrimizdə havanın orta temperaturunun çoxillik iqlim normasından 1-2ºC yüksək və yağıntılı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağa, Bərdə, Tərtər, Gəncə, Goranboy, Mil-Muğan və Mərkəzi Aranda 6-7ºC, Lənkəran-Astara bölgəsində 8ºC, Şəki-Zaqatalada 4-6ºC, Dağlıq Şirvanda 3-5ºC, Tovuz-Qazax bölgəsində 2-6ºC, Qubada 2ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə - 8ºC, Dağlıq Şirvanda - 6ºC, Qubada -4ºC, Zərdabda - 3ºC, Cəfərxanda - 2ºC, Şəki - Zaqatalada, Tovuzda və Ceyrançöldə - 2ºC  qeydə alınıb. 
Torpaq səthinin minimum temperaturu Dağlıq Şirvanda -7ºC, Tovuzda -4ºC, Gəncə, Ceyrançöl və Cəfərxanda -3ºC, Şəki-Zaqatalada -4ºC, Göycayda -1ºC  təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperatur  Gəncə, Quba, Şəki və Göyçayda 4-8ºC, Cəfərxanda 9ºC, 20 sm dərinlikdə temperatur Gəncə, Quba, Şəki və Göyçayda 7-9ºC qeydə alınıb. 
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncə, Quba, Şəki və Göyçayda 17%-ə qədər, 20 sm dərinlikdə 23%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Lənkəranda 81 mm, Şəki-Zaqatalada 25-54 mm, Dağlıq Şirvanda 35-42 mm, Mil-Muğanda 13-29 mm, Gədəbəydə 20 mm, Quba və Maştağada  19 mm, Mərkəzi Aranda 13-27 mm, Bərdədə 16 mm qeydə alınıb. Dekada ərzində Gədəbəydə qalınlığı 26 sm, Şəkidə 21 sm, Şamaxıda 11 sm, Yardımlıda 11 sm, Qubada 4 sm, İsmayıllıda 2 sm olan qar örtüyü qeydə alınıb. 
Nisbi rütubət Dağlıq Şirvanda 78-88%, Gəncədə 84%, Qazaxda 68%, Tovuzda 84%, Bərdədə 83%, Tərtərdə 84%, Lənkəran - Astara bölgəsində və Qubada 91%, Mil-Muğanda 78-90%,  Mərkəzi Aranda 88-90%, Şəki - Zaqatalada 82-89%,  Maştağada 82%  təşkil edib.  
Rütubət çatışmazlığı Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində 3 hPa, Mil-Muğanda, Dağlıq Şirvanda və Şəki-Zaqatalada 1-2 hPa, Maştağada, Bərdə-Tərtərdə, Qubada, Gəncədə  2 hPa, Qazax- Tovuzda 2-3 hPa  arasında dəyişib.
Nisbi rütubət Dağlıq Şirvanda 78-88%, Gəncədə 84%, Qazaxda 68%, Tovuzda 84%, Bərdədə 83%, Tərtərdə 84%, Lənkəran - Astara bölgəsində və Qubada 91%, Mil-Muğanda 78-90%, Mərkəzi Aranda 88-90%, Şəki - Zaqatalada 82-89%, Maştağada 82% təşkil edib.
Rütubət çatışmazlığı Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində 3 hPa, Mil-Muğanda, Dağlıq Şirvanda və Şəki-Zaqatalada 1-2 hPa, Maştağada, Bərdə-Tərtərdə, Qubada, Gəncədə 2 hPa, Qazax- Tovuzda 2-3 hPa arasında dəyişib.


Maksimum sürəti 15 m/san - dən çox olan küləkli günlərin sayı Maştağada (maksimum sürət 30 m/san), Goranboyda (maksimum sürət 28m/san), Tərtərdə (maksimum sürət 24 m/san) 3 gün, Gəncədə və Tovuzda  (maksimum sürət 20 m/san), Gədəbəydə  və Şəkidə (maksimum sürət 18 m/san), Ceyrançöldə (maksimum sürət 16 m/san) 1 gün təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Dekabr ayının ikinci  ongünlüyündə aparılmış fenoloji müşahidələrə əsasən əksər aran və dağətəyi rayonlarda temperaturun normadan yüksək olması və yağıntılı hava şəraiti torpağın nəmliyini artırıb, payızlıq dənli bitkilərin vegetasiyası və növbəti fazaya keçidi üçün əlverişli olub. Zərdab, Zaqatala, Bərdədə göyərmiş bitkilərdə üçüncü yarpağın çıxması, Şəki, Beyləqan, İmişlidə buğum köklərinin yaranması, Cəfərxan, Sabirabad, Göyçay, İsmayıllı və Oğuzda kollanma fenoloji fazaları qeydə alınıb. 
Gəncədə yonca sahələrində aparılmış dördüncü biçindən sonra otların yenidən boyatması, Ceyrançöldə  yovşanda çiçəkləmə mərhələləri qeydə alınıb.
Bağlarda meyvə ağaclarında yarpaqların payız saralması və xəzan davam edib. 



Dekabr ayının üçüncü ongünlüyü əksər bölgələrimizdə havanın orta temperaturunun çoxillik iqlim norması və ötən ilin göstəriciləri ilə müqayisədə 3-4ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada 10,2ºC, Bərdə, Tərtər, Gəncə, Goranboy və Lənkəran-Astara bölgəsində 7-8ºC, Mil-Muğanda və Mərkəzi Aranda 6-7ºC, Tovuz-Qazaxda 4-5ºC, Şəki-Zaqatalada 5-7ºC, Dağlıq Şirvanda və Qubada 6ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə -6ºC, Qubada, Tovuzda və Ceyrançöldə -3ºC, Bərdə-Tərtərdə, Cəfərxanda, Zərdabda -2ºC, Şəki-Zaqatalada və Dağlıq Şirvanda  -2ºC qeydə alınıb. 
Torpaq səthinin minimum temperaturu Gəncədə və Qazax-Tovuzda -6ºC, Şəki-Zaqatalada  və Cəfərxanda -4ºC, Dağlıq Şirvanda -3ºC, Göycayda -2ºC   təşkil edib. 
Torpağın 10 sm dərinliyində orta temperatur  Gəncə, Quba, Şəki, Göyçay və Cəfərxanda 5-6ºC, 20 sm dərinlikdə temperatur Gəncə, Quba, Şəki və Göyçayda 6-7ºC qeydə alınıb.
Torpağın 10 sm dərinliyində nəmliyi Gəncə, Quba, Şəki və Göyçayda 17%-ə qədər, 20 sm dərinlikdə 24%-ə qədər müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Qubada 12 mm,Gədəbəy və Şəkidə 8 mm, Lənkəran, Zaqatala və Balakəndə 6 mm qeydə alınıb. Dekada ərzində Gədəbəydə qalınlığı 31 sm, Qubada 4 sm olan qar örtüyü qeydə alınıb.  
Rütubət çatışmazlığı Bərdə-Tərtərdə, Mil-Muğanda və Şəki-Zaqatalada 3-5 hPa, Qubada, Maştağada, Dağlıq Şirvanda və  Gəncədə 4 hPa, Qazax-Tovuzda, Mərkəzi Aranda və Lənkəran-Astara bölgəsində  3-4 hPa  arasında dəyişib.   
Nisbi rütubət Dağlıq Şirvanda 57%,Gəncədə 63%, Qazax-Tovuzda 68-70%, Bərdə-Tərtərdə 60-75%, Lənkəran-Astara bölgəsində 77%, Qubada 64%, Mil-Muğanda 61-78%,  Mərkəzi Aranda 69-72%, Şəki- Zaqatalada 52-67%,  Maştağada 69%  təşkil edib.


Maksimum sürəti15 m/san-dən çox olan küləkli günlərin sayı Şəkidə (maksimum sürət 32 m/san) 7 gün, Gəncədə və Bərdədə (maksimum sürət 30 m/san) 4 gün, Tərtərdə (maksimum sürət 32 m/san), Maştağada (maksimum sürət 28 m/san), Göyçayda, Goranboyda və Tovuzda (maksimum sürət 26 m/san), Balakəndə (maksimum sürət 24 m/san) 3 gün, Gədəbəydə (maksimum sürət 20 m/san) 5 gün təşkiledib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Dekabr ayının üçüncü ongünlüyündə aparılmış fenoloji müşahidələrə əsasən əksər aran və dağətəyi rayonlarda temperaturun normadan yüksək olması və yağıntısız hava şəraiti payızlıq dənli bitkilər üçün əlverişsiz olmuş, sahələrin təkrar suvarılmasına ehtiyac yaratmışdır. Zərdabda və Bərdədə göyərmiş bitkilərdə üçüncü yarpağın çıxması, Şəkidə və İmişlidə buğum köklərin yaranması, Cəfərxanda, Sabirabadda, Beyləqanda və Göyçayda kollanma fenoloji mərhələləri qeydə alınıb. Ölçü sahəsinin bir vahidində bitkilərin orta sayı 296-394 ədəd, bitkilərin hündürlüyü 21-22 sm təşkil edib.
Ceyrançöldə yovşanda çiçəkləmə mərhələsi davam edib.