Respublikanın əksər bölgələrində oktyabr ayının birinci ongünlüyündə hava şəraiti yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 2-3ºC yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə 2-3ºC aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada və Mil-Muğanda 19-20ºC, Lənkəran-Astara bölgəsində, Qarabağ bölgəsində və Mərkəzi Aranda 19 ºC, Tovuz-Qazaxda 11-18 ºC, Quba, Naxçıvan və Dağlıq Şirvanda 15-16 ºC, Şəki-Zaqatalada 17-18 ºC, Gəncə-Goranboyda 18-20 ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə 4ºC, Dağlıq Şirvanda, Qubada və Naxçıvanda 7-8ºC, Tovuz-Ceyrançöldə və Şəki-Zaqatalada 8-10ºC, Mərkəzi Aranda, Gəncədə, Cəfərxanda və Qarabağ bölgəsində 12-13ºC, Lənkəranda və Maştağada 14ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Dağlıq Şirvanda 4ºC, Naxçıvanda 6ºC, Qazax-Tovuzda 7ºC, Şəki-Zaqatalada 7-9ºC, Cəfərxanda,Zərdabda və Gəncədə 10-12ºC təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada və Dağlıq Şirvanda 17ºC, Şəki-Zaqatalada və Naxçıvanda 18-19ºC, Qarabağ bölgəsində və Tovuzda 19-20ºC, Gəncədə, Mil-Muğanda və Mərkəzi Aranda 21-22ºC, 20 sm dərinlikdə temperatur Gəncədə, Qubada, Şəkidə və Göyçayda 15-21ºC, 50 sm dərinlikdə temperatur 16-23ºC, 100 sm dərinlikdə isə 17-24ºC qeydə alınıb.
Torpağın 10 sm dərinliyində rütubətliyi Gəncə, Quba, Şəki və Göyçayda 27%-ə qədər, 20 sm dərinlikdə 26%-ə qədər, 50 sm dərinlikdə 35%-ə qədər təşkil edib.
Yağıntının dekadalıq miqdarı Lənkəranda 119 mm, Mərkəzi Aranda 35-58 mm, Biləsuvarda 52 mm, Gədəbəydə 41 mm, Şəki-Zaqatalada 15-40 mm, Mil-Muğanda 21-37 mm, İsmayıllıda 35 mm, Qubada 34 mm, Bərdə-Tərtərdə 23-29 mm qeydə alınıb.

Nisbi rütubət Gəncədə 69%, Qazax-Tovuzda 56-75%, Bərdə-Tərtərdə 74%, Lənkəran - Astara bölgəsində 75-85%, Mil-Muğanda 67-80%, Maştağada 73%, Qubada 77%, Mərkəzi Aranda 73-78%, Şəki- Zaqatalada 67-76%, Dağlıq Şirvanda 55-68% təşkil edib.
Rütubət çatışmazlığı Lənkəran - Astara bölgəsində, Gədəbəydə və Qubada 4 hPa, Şəki-Zaqatalada 5-7 hPa,Bərdə-Tərtərdə və Mərkəzi Aranda 6-7 hPa, Maştağada, Mil-Muğanda və Tovuz-Ceyrançöldə 6-9 hPa, Dağlıq Şirvanda 5-6 hPa, Maştağada, Gəncədə və Biləsuvarda 7 hPa arasında dəyişib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı Goranboyda 3 gün (maksimum sürət 28 m/san), 2 gün Maştağada (maksimum sürət 25 m/san), Gəncədə (maksimum sürət 20 m/san),  1 gün Tərtərdə  (maksimum sürət 22 m/san), Göyçay və Tovuzda  (maksimum sürət 20 m/san), Gədəbəydə (maksimum sürət 18 m/san), Bərdədə (maksimum sürət 16 m/san)    təşkil edib. 

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Oktyabr ayının birinci   ongünlüyündə  bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Cəfərxan, Beyləqan, Biləsuvar, Tərtər və Goranboyda ilk qozalarda pambıq xammalının yetişməsi davam edib, Gəncədə məhsulun birinci yığımı,  Bərdə və İmişlidə məhsulun ikinci yığımı, Sabirabadda  üçüncü  yığımı  müşahidə edilib.  Pambıq bitkisində  formalaşmış qozaların  orta sayı 16-20, açılmış qozaların orta sayı 14-20, yetişmiş qozaların orta sayı 12-13 ədəd təşkil edib. Dekada ərzində yağıntısız günlərdə Beyləqan və Goranboyda yığım qabağı bitkilərdə yarpaqların tökülməsini tezləşdirmək məqsədilə defoliant maddələrlə dərmanlama işləri aparılıb. 
Zaqatalada yonca əkilmiş sahələrdə otların 5-ci biçini, Gəncədə 3-cü biçindən sonra otların boyatması  qeydə alınıb.
Dekada ərzində Şəki-Zaqatala bölgəsində  qoz,  alma, armud ağaclarında, Göyçayda heyva, nar və xurmada məhsul yığımı aparılıb,  Biləsuvarda  narda məhsul yığımı davam edib. Zaqatalada tütün bitkisində yarpaqların yığımı, çay kollarında Zaqatala üçün qönçələnmə, Lənkəran ərazisi üçün isə 4-cü dərəcəli məhsuldar budaqların çıxması qeydə alınıb.



Respublikanın əksər bölgələrində oktyabr ayının ikinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim norması daxilində, ötən ilin göstəriciləri ilə müqayisədə 2-3ºC aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada, Qarabağ bölgəsində, Mərkəzi Aranda Mil-Muğanda və Lənkəran-Astara bölgəsində 15-16ºC, Quba və Dağlıq Şirvanda 10-12ºC, Gəncə-Goranboyda 14-16ºC, Tovuz-Qazaxda 8-13ºC, Şəki-Zaqatalada 12-13ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə 2ºC,Dağlıq Şirvanda 3-5ºC, Qubada 4ºC, Şəki-Zaqatalada və Tovuz-Ceyrançöldə 5-7ºC, Maştağada, Cəfərxanda və Gəncədə 8ºC, Mərkəzi Aranda və Qarabağ bölgəsində 9-10ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Dağlıq Şirvanda  və Zaqatalada 3ºC, Gəncədə və Qazax-Tovuzda  4ºC,  Şəkidə 6ºC,  Cəfərxanda 7ºC, Göycayda 8ºC təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada və Dağlıq Şirvanda 12-14ºC, Qarabağ bölgəsində və Şəki-Zaqatalada 14-16ºC, Gəncədə və Tovuzda 16-17ºC, Mil-Muğanda və Mərkəzi Aranda 17-18ºC  qeydə alınıb.
Yağıntının dekadalıq miqdarı Lənkəranda 82 mm, Dağlıq Şirvanda 6-13mm, Qubada 12 mm, Biləsuvarda və Oğuzda 11 mm, Gədəbəydə 10 mm  qeydə alınıb. 
Nisbi rütubət Gəncədə 73%, Qazax-Tovuzda 63-79%, Bərdə-Tərtərdə 75-76%, Lənkəran - Astara bölgəsində 75-89%, Mil-Muğanda 66-78%, Maştağada 76%, Qubada 78%, Mərkəzi Aranda 73-78%, Şəki- Zaqatalada 71-81%, Dağlıq Şirvanda 76-78% təşkil edib. 
Rütubət çatışmazlığı Gədəbəydə və Qubada 3 hPa, Dağlıq Şirvanda, Şəki-Zaqatalada    4-5 hPa, Maştağada, Bərdə-Tərtərdə, Gəncədə və Mərkəzi Aranda 5 hPa, Tovuz-Ceyrançöldə 4-6 hP, Mil-Muğanda 4-7 hP, Lənkəran-Astara bölgəsində 2-5 hPa arasında dəyişib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı Goranboyda 4 gün (maksimum sürət 30 m/san), Maştağada 3 gün (maksimum sürət 22 m/san), 2 gün Gəncədə və Bərdədə (maksimum sürət 20 m/san), Tərtərdə (maksimum sürət 18 m/san), Ceyrançöldə (maksimum sürət 18 m/san), Biləsuvarda 1 gün (maksimum sürət 16 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Oktyabr ayının ikinci ongünlüyündə aparılmış fenoloji müşahidələrə əsasən Sabirabad, Cəfərxan, İmişli, Beyləqan, Biləsuvar, Goranboy və Bərdədə pambıq xammalının yetişməsi davam edib, məhsulun üçüncü və dördüncü yığımı aparılıb.
Sabirabad, Tərtər və Oğuzda payızlıq dənli bitkilər əkiləcək sahələrdə şumlama və dərmanlanma işləri aparılıb, Göycay, Şamaxı və Qubada taxılın səpini qeydə alınıb.
Zaqatalada, Gəncədə və Cəfərxanda yonca əkilmiş sahələrdə biçindən sonra otların boyatması davam edib.
Dekada ərzində əksər aran və dağətəyi rayonlarda alma, heyva, nar, xurma ağaclarında meyvələrin yetişməsi qeydə alınıb və məhsul yığımı aparılıb. Lənkəranda çay kollarında 4-cü dərəcəli məhsuldar budaqların çıxması və yarpaqların yığımı, narıngi və feyxoa yığımı, Zaqatalada isə çayda çiçəklənmə mərhələsi müşahidə edilib.


Respublikanın əksər bölgələrində oktyabr ayının üçüncü ongünlüyündə hava şəraiti əsasən isti və quraq keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 4-6ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 3-5ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada, Mərkəzi Aranda, Mil-Muğanda, Qarabağ bölgəsində və Lənkəran-Astara bölgəsində 18-19ºC, Quba və Dağlıq Şirvanda 15ºC, Gəncə-Goranboyda 19-20ºC, Tovuz-Qazaxda 13-18ºC, Şəki-Zaqatalada 16-18ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə 4ºC, Dağlıq Şirvanda və Qubada 7ºC, Tovuz-Ceyrançöldə 5-6ºC, Şəki-Zaqatalada 7-9ºC, Cəfərxanda 9ºC, Gəncədə,  Maştağada, Mərkəzi Aranda və Qarabağ bölgəsində 10-11ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Zaqatalada və Ceyrançöldə 3ºC, Gəncədə, Tovuzda və Şəkidə 4ºC, Dağlıq Şirvanda  6-7ºC,Cəfərxanda  və Göycayda 8ºC təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperatur Naxçıvanda, Qubada və Dağlıq Şirvanda 14-16ºC, Qarabağ bölgəsində və Tovuzda 17ºC, Şəki-Zaqatalada 15-17ºC, Gəncədə, Mil-Muğanda və Mərkəzi Aranda 18-20ºC, Gəncədə, Qubada, Şəkidə və Göyçayda torpağın 20 sm dərinliyində temperatur 12-15ºC, 50 sm dərinliyində temperatur 13-19ºC, 100 sm dərinliyində isə 16-21ºC qeydə alınıb.
Torpağın 10 sm dərinliyində rütubətliyi Gəncə, Quba, Şəki və Göyçayda 22%-ə qədər, 20 sm dərinlikdə 23%-ə qədər, 50 sm dərinlikdə 35%-ə qədər təşkil edib.
Yağıntının dekadalıq miqdarı Qubada 2 mm, Dağlıq Şirvanda 0,3-0,4 mm qeydə alınıb.
Nisbi rütubət Dağlıq Şirvanda 65-67%, Gəncədə 67%, Qazax-Tovuzda 61-68%, Qubada və Bərdə - Tərtərdə 68%, Lənkəran - Astara bölgəsində 71-80%, Mil - Muğanda 63-78%, Maştağada 77%,  Mərkəzi Aranda 69-75%, Şəki - Zaqatalada 57-67%  təşkil edib. 
Rütubət çatışmazlığı Maştağada 5hPa, Mərkəzi Aranda və Dağlıq Şirvanda 7 hPa, Bərdə, Tərtər, Quba, Gəncə, Qazax, Tovuzda 6-8 hPa, Lənkəran - Astara bölgəsində 5-8 hPa, Şəki-Zaqatalada və Mil-Muğanda 6-10 hPa arasında dəyişib.


Maksimum sürəti15 m/san-dən çox olan küləkli günlərin sayı Goranboyda 3 gün(maksimum sürət 19 m/san), Şəkidə 1 gün (maksimum sürət 18 m/san) təşkil edib.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Oktyabr ayının üçüncü ongünlüyündə aparılmış fenoloji müşahidələrə əsasən Cəfərxan, Beyləqan və Goranboyda pambıq xammalının yığımı davam edib, Sabirabad, Bərdə -Tərtərdə vegetasiyanın dayanması və quraq qozaların yığımı aparılıb.
Əksər aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilər əkiləcək sahələrdə şumlama və dərmanlanma işləri aparılıb, Sabirabad, İmişli, Şəki, Zaqatala, İsmayıllı və Biləsuvarda taxılın səpini, Şamaxıda isə arpada dənin cücərməsi qeydə alınıb.
Zaqatalada, Gəncədə və Cəfərxanda yonca əkilmiş sahələrdə biçindən sonra otların boyatması davam edib.
Dekada ərzində əksər rayonlarda alma, heyva, nar, xurmanın, cənub bölgəsində naringi və feyxoanın yetişməsi qeydə alınıb və məhsul yığımı aparılıb. Zaqatalada tütün bitkisində yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi müşahidə edilib, çay kollarında çiçəklənmə mərhələsi davam edib, toxumların yetişməsi qeydə alınıb.
Bağlarda meyvə ağaclarında yarpaqların payız saralması və xəzan davam edib.