Respublikanın əksər bölgələrində sentyabr ayının birinci ongünlüyündə hava şəraiti yağıntılı və qeyri-sabit keçib, havanın orta temperaturunun çoxillik iqlim normasından 2-3ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada 25ºC, Qarabağ bölgəsində, Lənkəran-Astara bölgəsində, Mil–Muğanda və Mərkəzi Aranda 25-26ºC,Gəncə-Goranboyda 24-26ºC, Tovuz-Qazaxda 18-24ºC, Quba və Dağlıq Şirvanda 20-21ºC, Şəki - Zaqatalada 22-25ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə və Qubada 10ºC, Dağlıq Şirvanda 12-13ºC, Naxçıvanda, Gəncədə və Şəki-Zaqatalada 15-16ºC, Lənkəranda, Mərkəzi Aranda və Qarabağ bölgəsində 17-18ºC, Maştağada və Cəfərxanda 19ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Dağlıq Şirvanda 12ºC, Naxçıvanda, Gəncədə, Qazax-Tovuzda və Şəki-Zaqatalada 14-15ºC, Cəfərxanda və Göyçayda 18ºC təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada və Dağlıq Şirvanda 22-23ºC, Şəki-Zaqatalada 23-24ºC, Gəncədə və Qarabağ bölgəsində 27-28ºC, Mil-Muğanda və Mərkəzi Aranda 29-32ºC müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatalada 51-148 mm, Qubada 41 mm, Dağlıq Şirvanda 24-37 mm, Bərdə-Tərtərdə 19-29 mm, Qazax-Tovuzda 18-21mm, Lənkəranda 19 mm, Gəncə-Goranboyda 15-22 mm, Göyçayda 17 mm qeydə alınıb. Sentyabrın 7- də Balakəndə iri dənəli, Qəbələdə 17 mm, Qaxda 11 mm, Zaqatalada 25 mm olan dolu hadisəsi qeydə alınmışdır.
Nisbi rütubət Gəncədə, Qazax-Tovuzda və Bərdə-Tərtərdə 70-71%, Lənkəran - Astara bölgəsində 83%, Mil-Muğanda 59-73%, Maştağada 73%, Qubada 79%, Mərkəzi Aranda 65-70%, Şəki - Zaqatalada 65-77%, Dağlıq Şirvanda 62-69 % təşkil edib.
Rütubət çatışmazlığı Qubada 6 hPa, Lənkəran - Astara bölgəsində 7 hPa, Gədəbəydə 8 hPa, Maştağada və Bərdə-Tərtərdə 10 hPa, Dağlıq Şirvanda 8-11 hPa, Şəki-Zaqatalada 7-11 hPa, Gəncədə 11 hPa, Mərkəzi Aranda 12-13 hPa, Mil-Muğanda 12-15 hPa arasında dəyişib.


Maksimum sürəti 15 m/san - dən çox olan küləkli günlərin sayı  Zaqatalada 2 gün (maksimum sürət 30 m/san), Goranboyda 6 gün (maksimum sürət 24 m/san) Maştağada 1 gün (25 m/san), Gəncədə və Qəbələdə 1 gün (24 m/san), Şəkidə 3 gün, Balakəndə 1 gün (maksimum sürət 20 m/san), Göyçayda 1 gün (22 m/san), Beyləqanda və Bərdədə 1 gün (18 m/san), Tərtərdə 2 gün (maksimum sürət 22 m/san)  təşkil edib.   


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Sentyabr ayının birinci ongünlüyündə əksər rayonlarda yağan intensiv yağıntılar torpağın su rejimini yaxşılaşdırıb, üst münbit qatın rütubətlənməsi və əksər bitkilərin lazımi qida maddələri ilə təmin olunması üçün şərait yaradıb. Lakin qozaların açılması və yetişmə mərhələsində olan pambıq bitkiləri üçün belə hava şəraiti əlverişsizdir və yetişmənin ötən ilə nisbətən gecikməsi müşahidə edilə bilər. Pambıqçılıq rayonlarında bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Cəfərxan, Sabirabad, İmişli, Tərtər, Biləsuvar və Goranboyda pambıq xammalının yetişməsi, Beyləqan, Bərdə və Gəncədə ilk qozaların açılması fenoloji mərhələsi müşahidə edilib. Pambıq bitkisində  formalaşmış qozaların  orta sayı 10-14, açılmış qozaların orta sayı 5-11, yetişmiş qozaların  orta sayı 2-6 ədəd təşkil edib. 
Lənkəranda feyxoa və naringi kimi sitrus bitkilərində budaqların 2-ci boy atması fazası qeydə alınıb. Cəfərxanda və Şəki-Zaqatalada  yonca əkilmiş sahələrdə 4-cü biçindən sonra otların boyatması mərhələsi qeydə alınıb. 
Ayın 7-də Şəki, Zaqatala, Qax və Qəbələdə yağan güclü leysan yağışları və dolu nəticəsində alma, armud ağaclarında yetişmiş meyvələrin yerə tökülməsi və zədədlənməsi müşahidə edilib. Leysan xarakterli və intensiv yağıntılar müşahidə edilən ərazilərdə subasma riski yaranıb və belə vəziyyət meyvə - tərəvəz məhsullarının yığımı, daşınması və aqrotexniki işlərin aparılması üçün uyğun olmayıb. 
Dekada ərzində yağıntısız günlərdə Şəki-Zaqatala bölgəsində qoz, alma, armud ağaclarında, fındıqda ilk məhsul yığımı aparılıb, Zaqatala və Balakəndə tütün bitkisində və çay kollarında yarpaqların yığımı davam edib. Ordubadda qoz ağaclarında, Culfada üzümdə məhsul yığımı müşahidə edilib. 
          




Respublikanın əksər bölgələrində sentyabr ayının ikinci ongünlüyündə hava şəraiti yağıntılı və qeyri-sabit keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 1-2ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 4-5ºC aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada 19,9ºC,Qarabağ bölgəsində, Lənkəran-Astara bölgəsində, Mil–Muğanda və Mərkəzi Aranda 19-20ºC,Gəncə-Goranboyda 19-21ºC, Tovuz-Qazaxda 12-19ºC, Quba və Dağlıq Şirvanda 15-17ºC, Şəki- Zaqatalada 17-19ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə və Qubada 8ºC, Lənkəranda və Dağlıq Şirvanda 8-11ºC, Şəki-Zaqatalada 10-12ºC,Qarabağ bölgəsində,Tovuz-Ceyrançöldə və Gəncədə12-13ºC, Mərkəzi Aranda, Cəfərxanda və Maştağada 15ºCqeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Dağlıq Şirvanda və Şəki-Zaqatalada 10ºC, Qazax-Tovuzda və Gəncədə 9-12ºC,Cəfərxanda və Göyçayda 15ºC təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada və Dağlıq Şirvanda 18ºC, Şəki-Zaqatalada 19-20ºC, Qarabağ bölgəsində 20-21ºC, Gəncədə, Tovuzda, Mil-Muğanda və Mərkəzi Aranda 22-23ºC, 20 sm dərinlikdə temperatur Gəncədə, Qubada, Şəkidə və Göyçayda 16-23 ºC, 50 sm dərinlikdə temperatur 17-24 ºC, 100 sm dərinlikdə isə 19-26ºC qeydə alınıb.
Torpağın 10 sm dərinliyində rütubətliyi Gəncə, Quba, Şəki və Göyçayda 34%-ə qədər, 20 sm dərinlikdə 41%-ə qədər, 50 sm dərinlikdə 46%-ə qədər təşkil edib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatalada 67-157 mm, Lənkəran-Astarada 67-115 mm, Dağlıq Şirvanda 55-79 mm, Mil-Muğanda 58-76 mm, Mərkəzi Aranda 51-63 mm, Bərdə-Tərtərdə 21-40 mm, Tovuzda 24 mm, Qubada 23 mm, Maştağada 16 mm qeydə alınıb. Sentyabrın 17-də Zaqatalada ölçüsü 8-10 mm olan dolu hadisəsi qeydə alınıb.
Nisbi rütubət Gəncədə 76%, Qazax-Tovuzda 57-81%, Bərdə-Tərtərdə 79-80%, Lənkəran - Astara bölgəsində 85-87%, Mil-Muğanda 75-87%, Maştağada 77%, Qubada 79%, Mərkəzi Aranda 80-85%, Şəki – Zaqatalada 70-85%, Dağlıq Şirvanda 70-80% təşkil edib.
Rütubət çatışmazlığı Gədəbəydə 3 hPa, Lənkəran - Astara bölgəsində3-5 hPa, Mil-Muğanda, Mərkəzi Aranda, Dağlıq Şirvanda və Qubada 4-6 hPa, Bərdə-Tərtərdə 5 hPa, Şəki-Zaqatalada 3-6 hPa, Maştağada və Gəncədə 6 hPa arasında dəyişib.


Maksimum sürəti15 m/san-dən çox olan küləkli günlərin sayı Balakəndə 2 gün (maksimum sürət 25 m/san), Zaqatalada 1 gün (maksimum sürət 25 m/san), Goranboyda 3 gün (maksimum sürət 18 m/san) təşkil edib. 
   
Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Sentyabr ayının ikinci ongünlüyündə əksər rayonlarda yağan intensiv yağıntılar torpağın su rejimini yaxşılaşdırıb, üst münbit qatın rütubətlənməsi və əksər bitkilərin lazımi qida maddələri ilə təmin olunması üçün şərait yaradıb. Lakin aran rayonlarında  yetişmə  və yığım mərhələsində olan pambıq bitkiləri üçün belə hava şəraiti əlverişsiz olub və  bitkilərdə zədələnmə  və qaralma müşahidə edilib. Pambıqçılıq rayonlarında bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Beyləqan və Gəncədə ilk qozaların açılması, Cəfərxan, Tərtər, Bərdə və Goranboyda ilk qozalarda pambıq xammalının yetişməsi, Sabirabadda məhsulun əllə ikinci yığımı  fenoloji mərhələləri müşahidə edilib.  Pambıq bitkisində  formalaşmış qozaların  orta sayı 14-20, açılmış qozaların orta sayı 10-16, yetişmiş qozaların orta sayı 6-7 ədəd təşkil edib. Lənkəranda feyxoa və naringi kimi sitrus bitkilərində budaqların 3-cü boy atması, çay kollarında isə çiçəkləmə  fazası qeydə alınıb. Cəfərxanda və Şəki-Zaqatalada  yonca əkilmiş sahələrdə 4-cü və 5-ci biçindən sonra otların boyatması mərhələsi qeydə alınıb. 
Dekada ərzində Şəki-Zaqatala bölgəsində  yağan güclü leysan yağışları və ayın 17-də    Zaqatalada qeydə alınan dolu nəticəsində meyvə ağaclarında yetişmiş meyvələrin yerə tökülməsi və zədədlənməsi müşahidə edilib.Leysan xarakterli və intensiv yağıntılar müşahidə
edilən ərazilərdə meyvə-tərəvəz məhsullarının yığımı, daşınması və aqrotexniki işlərin aparılması üçün uyğun olmayıb. 
Yağıntısız günlərdə Şəki-Zaqatala bölgəsində fındıq, qoz,  alma, armud ağaclarında, Göyçayda heyva və xurmada məhsul yığımı qeydə alınıb. Qubada alma, heyva ağaclarında meyvələrin yetişməsi müşahidə edilib. Zaqatala və Balakəndə tütün bitkisində və çay kollarında yarpaqların yığımı davam edib. Ordubadda qoz ağaclarında, Gəncə və Culfada üzüm kollarında  məhsul yığımı qeydə alınıb. 


Respublikanın əksər bölgələrində sentyabr ayının üçüncü ongünlüyündə hava şəraiti az yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 1-3ºC yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-2ºC aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada, Qarabağ bölgəsində, Mil–Muğanda və Mərkəzi Aranda 21-22ºC, Lənkəran-Astara bölgəsində, Naxçıvan və Gəncə-Goranboyda 20-21ºC, Tovuz-Qazaxda 13-20ºC, Quba və Dağlıq Şirvanda 17-18ºC, Şəki- Zaqatalada 19-21ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə 6ºC, Lənkəranda və Naxçıvanda 10ºC, Dağlıq Şirvanda 7-13ºC, Tovuz-Ceyrançöldə, Cəfərxanda və Qubada 12-13ºC, Şəki-Zaqatalada 12-15ºC,Qarabağ bölgəsində və Gəncədə 14ºC, Göyçayda və Maştağada 15ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Dağlıq Şirvanda və Naxçıvanda 8ºC, Cəfərxanda və Gəncədə 10ºC, Qazax-Tovuzda 9-11ºC, Şəki-Zaqatalada 11ºC, Göyçayda 13ºC təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada19ºC, Dağlıq Şirvanda 16-19ºC, Şəki-Zaqatalada 19-20ºC, Qarabağ bölgəsində, Gəncədə, Tovuzda, Mil-Muğanda və Mərkəzi Aranda 22-23ºC, 20 sm dərinlikdə temperatur Gəncədə, Qubada, Şəkidə və Göyçayda 18-22 ºC, 50 sm dərinlikdə temperatur 16-23 ºC, 100 sm dərinlikdə isə 17-24ºC qeydə alınıb.
Torpağın 10 sm dərinliyində rütubətliyi Gəncə, Quba, Şəki və Göyçayda 52%-ə qədər, 20 sm dərinlikdə 57%-ə qədər, 50 sm dərinlikdə 56%-ə qədər təşkil edib.
Yağıntının dekadalıq miqdarı Gədəbəydə 10 mm, Lənkəranda 4 mm, Qubada və Dağlıq Şirvanda 2-3 mm qeydə alınıb.
Nisbi rütubət Gəncədə 70%, Qazax-Tovuzda 60-78%, Bərdə-Tərtərdə 69-4%, Lənkəran - Astara bölgəsində 76-84%, Mil-Muğanda 64-75%, Maştağada 72%, Qubada 78%, Mərkəzi Aranda 64-75%, Şəki – Zaqatalada 63-69%, Dağlıq Şirvanda 55-68% təşkil edib.
Rütubət çatışmazlığı Gədəbəydə 4 hPa, Lənkəran - Astara bölgəsində və Qubada 5-6 hPa, Maştağada, Gəncədə, Dağlıq Şirvanda, Bərdə-Tərtərdə və Şəki-Zaqatalada 8-9 hPa, Qazax-Tovuzda, Mil-Muğanda və Mərkəzi Aranda 7-10 hPa arasında dəyişib.


Maksimum sürəti 15 m/san-dən çox olan küləkli günlərin sayı Culfada 1 gün (maksimum sürət 18 m/san), Naxçıvanda  3 gün (maksimum sürət 16 m/san)  təşkil edib. 

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Sentyabr ayının üçüncü  ongünlüyündə hava şəraiti aran rayonlarında  yetişmə  və yığım mərhələsində olan pambıq bitkiləri üçün  əlverişli olub . Bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Cəfərxan, Beyləqan, Gəncə,Tərtər və Goranboyda  ilk qozalarda pambıq xammalının yetişməsi, Bərdə və  İmİşlidə məhsulun birinci yığımı , Sabirabadda  isə əllə üçüncü  yığımı  müşahidə edilib.  Pambıq bitkisində  formalaşmış qozaların  orta sayı 14-20, açılmış qozaların orta sayı 10-16, yetişmiş qozaların orta sayı 6-7 ədəd təşkil edib.Biləsuvar, Sabirabad, Cəfərxanda yığım qabağı  defoliant maddələrlə bitkilərdə yarpaqların tökülməsini tezləşdirmək məqsədilə dərmanlama işləri aparılıb. 
Şəki-Zaqatalada  yonca əkilmiş sahələrdə 4-cü biçindən sonra hamaşçiçəklərin çıxması, Tovuzda 2-ci biçindən sonra çiçəkləmə mərhələsi qeydə alınıb. 
Dekada ərzində Şəki-Zaqatala bölgəsində fındıq, qoz,  alma, armud ağaclarında, Göyçayda heyva və xurmada, Qubada alma, heyva ağaclarında, Şamaxı və Culfada üzüm kollarında  məhsul yığımı müşahidə edilib, Göyçay, Biləsuvar və Qubada narda  meyvələrin yetişməsi qeydə alınıb. Zaqatalada  tütün bitkisində yuxarı yarusdakı yarpaqların texniki yetişkənliyi  və çay kollarında yarpaqların 5-ci yığımı davam edib.