Respublikanın əksər bölgələrində avqust ayının birinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 3-5ºC yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə norma daxilində olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada 29ºC, Qarabağ bölgəsində, Mil – Muğan, Gəncədə, Goranboyda və Mərkəzi Aranda 30-31ºC, Lənkəran - Astara bölgəsində 28ºC, Tovuz-Qazaxda 21-29ºC, Quba və Dağlıq Şirvanda 27ºC, Şəki - Zaqatalada 27-28ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəy və Qazaxda 13ºC, Qubada 18ºC, Dağlıq Şirvanda, Naxçıvanda, Zaqatalada, Tovuzda və Ceyrançöldə 19ºC, Lənkəranda, Gəncədə, Şəkidə və Qəbələdə 20ºC, Qarabağ bölgəsində 21ºC, Cəfərxanda və Mərkəzi Aranda 22ºC, Maştağada 23ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Qazax-Tovuzda 16-18ºC, Naxçıvanda 18ºC, Şəki-Zaqatalada 19ºC, Gəncədə 20ºC, Cəfərxanda 21 ºC təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada və Şəki-Zaqatala 28-29ºC, Dağlıq Şirvanda 29-31ºC, Qarabağ bölgəsində 32ºC, Mil-Muğanda, Mərkəzi Aranda və Gəncədə 32-36ºC müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Tovuz-Qazaxda 5-9 mm, Şamaxıda 12 mm, Şəki-Zaqatala bölgəsində 24-83 mm qeydə alınıb.
Nisbi rütubət Bərdə -Tərtərdə 55-58%, Gəncədə 56%, Qazax və Tovuzda 54-66 %, Lənkəran - Astara bölgəsində 67%, Mil - Muğanda 51-68 %, Quba 47%, Mərkəzi Aranda 52-60 %, Şəki - Zaqatalada 53-61%, Maştağada 63%, Dağlıq Şirvanda 50% təşkil edib.
Rütubət çatışmazlığı Gədəbəydə 9 hPa, Lənkəranda 14 hPa, Qubada 21 hPa, Şəki-Zaqatalada 16-19 hPa, Maştağada və Tovuz-Ceyrançöldə 17-19 hPa, Dağlıq Şirvanda 19 hPa, Bərdə-Tərtərdə və Gəncədə 20 hPa, Mərkəzi Aranda 21-22 hPa, Mil-Muğanda 15-24 hPa arasında dəyişib.


Sürəti 15 m/san - dən yuxarı olan küləkli günlərin sayı  2 gün Goranboyda küləyin maksimum sürəti 28 m/san, Maştağada 18 m/san, 1 gün küləyin maksimum sürəti Göyçayda, Gəncədə və Tərtərdə 20 m/san, Naxçıvanda və Beyləqanda 18 m/san təşkil edib.  

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Avqust ayının birinci ongünlüyü ərzində pambıq sahələrində  bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Bərdə, Tərtər və Goranboyda ilk qozaların formalaşması mərhələsi davam edib, Sabirabad, İmişli və Beyləqanda ilk qozaların açılması fenoloji mərhələsi müşahidə edilib. Bir pambıq bitkisində formalaşmış qozaların sayı 6,2-8,7 ədəddir. Dekadanın sonunda bitkinin hündürlüyü  74-111 sm qeydə alınıb.
Əksər aran və dağətəyi rayonlarda alça, ərik, gilas, tut, albalı, əncir ağaclarında meyvələrdə məhsul yığımı davam edib. Bostan-tərəvəz sahələrində aparılmış müşahidələrə əsasən Qubada pomidor bitkilərinin tam yetişkənliyi, Qubada kartofda yığılmış məhsulda çürümə müşahidə edilib.
Dekada ərzində  Lənkəranda feyxoa, naringi, Göyçayda nar və xurmada vegetasiya suvarması kimi aqrotexniki tədbirlər aparılıb. Lənkəranda may ayının axırları və iyun ayının ortalarında keçən qeyri-sabit hava şəraiti üzümün yetişməsinə mənfi təsir göstərmiş, bununla əlaqədar olaraq üzüm giləsi çürümə xəstəliyi nəticəsində məhv olub.
Gəncədə  2-ci biçindən sonra otların boyatması, Zaqatalada yonca əkilmiş sahələrdə 3-cü biçindən sonra hamaşçiçəklərin çıxması mərhələləri müşahidə edilib. 


Respublikanın əksər bölgələrində avqust ayının ikinci ongünlüyündə hava şəraiti yağıntısız keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 3-5ºC, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada 29,3ºC, Qarabağ bölgəsində, Mil – Muğan, Gəncədə, Goranboyda və Mərkəzi Aranda 28-30ºC, Lənkəran - Astara bölgəsində 26,4ºC, Tovuz-Qazaxda 22-29ºC, Quba və Dağlıq Şirvanda 26ºC, Şəki - Zaqatalada 27-29ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə və Naxçıvanda 13ºC, Lənkəranda 16ºC, Dağlıq Şirvanda 15-19ºC, Gəncədə və Cəfərxanda 18ºC, Qarabağ bölgəsində və Qubada 19ºC, Şəki-Zaqatalada 16-21ºC, Qazax və Tovuzda 13-20ºC, Mərkəzi Aranda 19-22ºC, Maştağada 22ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Naxçıvanda 13ºC, Gəncədə 17ºC, Cəfərxanda 18ºC, Şəki-Zaqatalada 18-19ºC, Qazax-Tovuzda 19-20ºC təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada 29ºC, Dağlıq Şirvanda və Şəki-Zaqatala 30-31ºC, Gəncədə, Naxçıvanda, Tovuzda və Qarabağ bölgəsində 32-33ºC, Mil-Muğanda və Mərkəzi Aranda 32-35ºC müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Qəbələdə 34 mm, Dağlıq Şirvanda 7-8 mm, Qubada və Oğuzda 5 mm qeydə alınıb.
Nisbi rütubət Bərdə -Tərtərdə 51-53%, Gəncədə 48%, Qazax və Tovuzda 51-56 %, Lənkəran - Astara bölgəsində 69%, Mil - Muğanda 53-66 %, Quba 54%, Mərkəzi Aranda 42-59 %, Şəki - Zaqatalada 42-55%, Maştağada 61%, Dağlıq Şirvanda 40-46% təşkil edib.
Rütubət çatışmazlığı Lənkəranda 12 hPa, Gədəbəydə 13 hPa, Qubada 18 hPa, Maştağada və Tovuz-Ceyrançöldə 18-20 hPa, Mil-Muğanda 16-22 hPa, Şəki-Zaqatalada 21-24 hPa, Dağlıq Şirvanda 21-22 hPa, Bərdə-Tərtərdə və Gəncədə 22-23 hPa, Mərkəzi Aranda 20-27 hPa arasında dəyişib.


Sürəti 15 m/san - dən yuxarı olan küləkli günlərin sayı  2 gün Ceyrançöldə küləyin maksimum sürəti 18 m/san, 1 gün küləyin maksimum sürəti Şamaxıda 17 m/san təşkil edib.  Ceyrançöldə 1 gün toz-tufanlı külək qeydə alınıb.

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

Avqust ayının ikinci ongünlüyü ərzində pambıq sahələrində  bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Bərdə, Tərtər və Goranboyda ilk qozaların formalaşması mərhələsi davam edib, Sabirabad və İmişlidə ilk qozalarda pambıq xammalının yetişməsi  fenoloji mərhələsi müşahidə edilib. Bir pambıq bitkisində formalaşmış qozaların sayı 10,1-12,1 ədəddir. Dekadanın sonunda bitkinin hündürlüyü  74-111 sm qeydə alınıb.
Əksər aran və dağətəyi rayonlarda armud və əncir ağaclarında meyvələrdə məhsul yığımı, Zaqatala və Balakəndə fındığın yetişməsi  davam edib. Bostan-tərəvəz sahələrində aparılmış müşahidələrə əsasən  qarğıdalı  bitkisində Zaqatalada mum yetişkənliyi, Balakəndə tam yerişkənlik  fenoloji mərhələsi müşahidə edilib.
Şəki-Zaqatalada  yonca əkilmiş sahələrdə 3-cü biçindən sonra hamaşçiçəklərin çıxması və çiçəkləmə mərhələləri müşahidə edilib. 
Dekada ərzində uyğun günlərdə təsərrüfat sahələrində suvarma, zərərvericilərə və xəstəliklərə qarşı bitkilərin kimyəvi dərmanlanması və digər aqrotexniki tədbirlər aparılıb.



Respublikanın əksər bölgələrində avqust ayının üçüncü ongünlüyündə hava şəraiti yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 2-3ºC yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə norma daxilində olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada 27,1ºC, Qarabağ bölgəsində, Lənkəran-Astara bölgəsində, Mil – Muğanda və Mərkəzi Aranda 26-27ºC, Gəncə-Goranboyda 25-28ºC, Tovuz-Qazaxda 18-26ºC, Quba və Dağlıq Şirvanda 21-22ºC, Şəki - Zaqatalada 23-25ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə 11ºC, Şəki-Zaqatalada və Qazax və Tovuzda 12-17ºC, Naxçıvanda 13ºC, Dağlıq Şirvanda 14-15ºC, Qubada 16ºC, Lənkəranda, Gəncədə və Cəfərxanda 17ºC, Mərkəzi Aranda 17-19ºC, Qarabağ bölgəsində 19ºC, Maştağada 20ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Gəncədə 11ºC, Naxçıvanda 13ºC, Şəki-Zaqatalada 14-15ºC, Qazax-Tovuzda 15-17ºC, Cəfərxanda 17ºC, Göyçayda 18ºC təşkil edib.
Torpağın 10 sm dərinliyində orta temperaturu Qubada və Dağlıq Şirvanda 24-25ºC, Şəki-Zaqatalada 24-27ºC, Tovuzda 28ºC, Gəncədə 30ºC, Qarabağ bölgəsində 29-31ºC, Mil-Muğanda və Mərkəzi Aranda 31-34ºC müşahidə edilib.
Nisbi rütubət Gəncədə və Bərdə -Tərtərdə 63-64%, Qazax və Tovuzda 64-69 %, Lənkəran - Astara bölgəsində 65-76%, Mil - Muğanda 55-69%, Maştağada və Qubada 66%, Mərkəzi Aranda 57-64 %, Şəki - Zaqatalada 59-67%, Dağlıq Şirvanda 61-62 % təşkil edib.
Rütubət çatışmazlığı Gədəbəydə 8 hPa, Qubada 11 hPa, Şəki-Zaqatalada 11-15 hPa, Dağlıq Şirvanda 12 hPa, Lənkəran - Astara bölgəsində 8-12 hPa, Maştağada 13 hPa, Tovuz-Ceyrançöldə və Bərdə-Tərtərdə 13-16 hPa, Mil-Muğanda 13-18 hPa, Gəncədə 14 hPa, Mərkəzi Aranda 15-17 hPa arasında dəyişib.


Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatalada 29-84 mm, Lənkəranda 76 mm, Qubada 48 mm, Dağlıq Şirvanda 27 mm, Qazax və Tovuzda 6-21 mm, Biləsuvarda 17 mm, Cəfərxanda 14 mm qeydə alınıb.
Sürəti 15 m/san - dən yuxarı olan küləkli günlərin sayı  3 gün Goranboyda küləyin maksimum sürəti 24 m/san təşkil edib.  

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
Avqust ayının üçüncü ongünlüyü ərzində pambıq sahələrində  bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Biləsuvar,Beyləqan,Cəfərxan,Bərdə və Goranboyda ilk qozaların açılması, Tərtər və İmişlidə ilk qozalarda pambıq xammalının yetişməsi, Sabirabadda müşahidə sahəsində 1-ci yığım fenoloji mərhələsi müşahidə edilib. Pambıq bitkisində ölçü sahəsinin  bir vahidində bitkilərin orta sayı 660-924,  formalaşmış qozaların sayı 12-22,2, açılmış qozaların orta sayı 1,2-4,9 ədəddir. 
Əksər aran və dağətəyi rayonlarında əncir ağacında, Zaqatalda  fındıqda məhsul yığımı, Gəncədə  üzümün yetişməsi, Lənkəranda çay kollarında 3-cü məhsulun toplanması fenoloji mərhələləri müşahidə edilib.  
Gəncədə yoncada əkilmiş sahələrdə 2-ci biçindən sonra hamaşçiçəklərin çıxması və çiçəkləmə, Şəki-Zaqatalada  4-cü biçin mərhələləri müşahidə edilib.