Respublikanın əksər bölgələrində iyun ayının birinci ongünlüyündə hava şəraiti qeyri-sabit və yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3 ºC yüksək ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-3ºC aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada, Naxçıvanda, Lənkəranda, Ceyrançöldə və Tovuzda 22-23ºC, Qarabağ bölgəsində, Mil-Muğan və Mərkəzi Aranda 24-25ºC, Şəki-Zaqatalada 21-23ºC, Gədəbəydə 16ºC, Qubada 19ºC, Dağlıq Şirvan bölgəsində 20-21ºC,Gəncədə və Goranboyda 23-25ºC qeydə alınıb.


Havanın minimum temperaturu  Gədəbəydə 9ºC, Qubada 12ºC, Lənkəranda, Naxçıvanda və Dağlıq Şirvan bölgəsində 13-14ºC, Gəncədə, Şəki-Zaqatala bölgəsində 14-15ºC,Tovuzda və  Ceyrançöldə 15-17ºC, Maştağada, Bərdə-Tərtər bölgəsində, Mil-Muğanda və Mərkəzi Aranda 16-17ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu  Gəncə, Şəki və Zaqatalada 12-13ºC, Tovuz və Ceyrançöldə 12-15ºC, Göyçay və  Cəfərxanda 16ºC təşkil edib.
Torpağın 10sm dərinliyində orta temperaturu Qubada və Dağlıq Şirvanda 22ºC, Şəki-Zaqatala bölgəsində 23-24ºC, Tovuzda 25ºC, Mil-Muğanda və Mərkəzi Aranda 27-31 ºC, Qarabağ bölgəsində və Gəncədə 26-29ºC müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 53-74mm, Qubada 45 mm, Qazax-Tovuz bölgəsində 16-32mm, İsmayıllıda 15mm, Gəncədə 12 mm, Göyçayda 11 mm qeydə alınıb.


Nisbi rütubət  Bərdə-Tərtərdə 65-68%, Dağlıq Şirvan bölgəsində 61-67%, Gəncədə 66 %, Qazaxda və Tovuzda 58-76%, Lənkəran-Astara bölgəsində 79%, Mil-Muğanda 58-76%, Qubada 71%, Mərkəzi Aranda 62-64%, Şəki-Zaqatalada 65-71%, Maştağada 69% təşkil edib. 
Rütubət çatışmazlığı Lənkəran-Astarada 6 hPa, Qubada 7 hPa, Maştağada 10 hPa,   Dağlıq Şirvanda  və Şəki-Zaqatalada 8-10 hPa, Qazax-Tovuzda 5-12  hPa, Gəncə və Bərdə-Tərtərdə 11-12hPa,  Mərkəzi Aran və Mil-Muğanda 9-15 hP arasında dəyişib.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı  2 gün olmaqla Gəncədə küləyin maksimum sürəti 28 m/san, İsmayıllıda 24 m/san, Goranboyda 4 gün  olmaqla küləyin maksimum sürəti 24 m/san,  2 gün olmaqla Tərtərdə 20 m/san, 1 gün Maştağa,  Göyçay, Şəki, Zaqatala,Balakəndə 20 m/san,  Sabirabadda 17 m/san  təşkil edib .

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti
       
Dekada ərzində Gəncə, Tovuz, İsmayıllı, Şamaxıda payızlıq dənli bitkilərdə dənin süd yetişkənliyi, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Zərdab, Goranboy, Naxçıvan və Beyləqanda mum yetişkənliyi, Göyçay,Tərtər, Bərdə, Biləsuvar və  Sabirabadda buğda bitkisində tam yetişkənlik mərhələsi qeydə alınıb,Sabirabad və Cəfərxanda  arpada məhsul yığımı baş tutub.
Gəncədə pambıq bitkisində 1-ci, Biləsuvarda  3-cü, Tərtər,Cəfərxan, Beyləqan,İmişli  və Goranboyda  5-ci, Bərdə və Sabirabadda isə  8-ci əsl yarpağın çıxması mərhələləri  müşahidə  edilib. Bitkilərin orta hündürlüyü  21-36 sm təşkil edib. Əksər aran və dağətəyi rayonlarda alça,ərik, gilas, tut, albalı kimi ağaclarda meyvələrin yetişməsi və yığımı, Şəki-Zaqatala bölgəsində  çay kollarında 2-ci dərəcəli məhsuldar budaqların çıxması davam edib, tütün bitkisində 6-7, qarğıdalıda  7-9-cu  əsl yarpağın çıxması mərhələləri müşahidə edilib. Şəkidə pomidor bitkisində çiçəkləmə, Sabirabad, Acınohur və Lənkəranda ilk güllərin tökülməsi və yaşıl yetişkənlik, Cəfərxanda və Sabirabadda  qarpız bitkisində çiçəkləmə, Gədəbəydə kartofda hamaşçiçəklərin çıxması, Acınohurda kələmdə baş bağlama mərhələləri qeydə alınıb. Zaqatalada  yoncada yaşıl kütlənin 2-ci biçini, Qəbələ,Tovuz və Gəncədə 1-ci, Cəfərxanda  isə 2-ci biçindən sonra otların boy atması  müşahidə edilib.
Dekada ərzində sahələrdə cərgələrarası torpağın yumşaldılması, suvarma,budama, alaq vurma   kimi kənd təsərrüfatı işləri aparılıb.




Respublikanın əksər bölgələrində iyun ayının ikinci ongünlüyündə hava şəraiti qeyri-sabit və yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 2-3ºC yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə 1ºC yüksək olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada, Naxçıvanda, Qarabağ bölgəsində 26 ºC, Mil - Muğan və Mərkəzi Aranda 26-27ºC, Gəncədə və Goranboyda 25-26ºC, Tovuz- Qazaxda 16-24ºC, Qubada 21ºC, Dağlıq Şirvanda 23ºC, Lənkəran - Astara bölgəsində
21-24 ºC, Şəki - Zaqatalada 23-24ºC qeydə alınıb.


Havanın minimum temperaturu Gədəbəydə 10ºC, Qubada 12ºC, Naxçıvanda , Dağlıq Şirvan bölgəsində 15-16ºC, Gəncədə 18ºC, Şəki-Zaqatala bölgəsində, Tovuzda və Ceyrançöldə 16-17ºC, Maştağada, Bərdə-Tərtər bölgəsində, Mil-Muğanda, Mərkəzi Aran və Lənkəranda 19-20 ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Şəki və Zaqatalada 12 - 13ºC, Tovuz, Ceyrançöl, Naxçıvan və Gəncədə 14-16ºC, Göyçay və Cəfərxanda 19ºC təşkil edib.
Torpağın 10sm dərinliyində orta temperaturu Dağlıq Şirvanda, Qazax - Tovuzda 24-25ºC, Şəki-Zaqatala bölgəsində 24-26ºC, Tovuzda 25ºC, Mil-Muğanda və Mərkəzi Aranda 28-32 ºC, Qarabağ bölgəsində və Gəncədə 26ºC müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 46-68 mm, Gədəbəydə 82 mm, Qubada 36 mm, Bərdə-Tərtərdə 29-31 mm, Sabirabadda 23 mm, Cəfərxanda 28 mm, Lənkəranda 25 mm, Gəncədə 41 mm qeydə alınıb.
Nisbi rütubət Bərdə -Tərtərdə 61-68%, Dağlıq Şirvan bölgəsində 58-59 %, Gəncədə 64%, Qazaxda və Tovuzda 62-81 %, Lənkəran - Astara bölgəsində 69-79%, Mil - Muğanda 57-77 %, Qubada 71%, Mərkəzi Aranda 59-65 %, Şəki - Zaqatalada 59-72%, Maştağada 65% təşkil edib.


Sürəti 15 m/san - dən yuxarı olan küləkli günlərin sayı 4 gün olmaqla Gəncədə küləyin maksimum sürəti 24 m/san, Goranboyda 5 gün küləyin maksimum sürəti 21 m/san,   Göyçayda və Tərtərdə 3 gün 20 - 22m/san, Naxçıvanda 18 m/san, Sabirabadda 2 gün  17 m/san, 1 gün İsmayıllıda 22 m/san, Zaqatalada 20 m/san, Qəbələ və Bərdədə 18 m/san, Şəkidə 15 m/san təşkil edib.  

Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

İyun ayının ikinci ongünlüyü ərzində əksər taxılçılıq rayonlarında payızlıq dənli bitkilərdə dənin tam yetişkənliyi, Gəncə, Tovuz, İsmayıllı, Şamaxıda dənin mum yetişkənliyi, Bərdə, Tərtər, İmişli, Goranboyda isə məhsul yığımı qeydə alınıb. Zaqatalada güclü külək və intensiv leysan yağışlar nəticəsində tam yetişkənlik mərhələsində olan buğda bitkilərinin yerə yatması və dənin tökülməsi müşahidə olunmuşdur. Goranboyda tərəvəz sahələrində subasma hadisəsi qeydə alınmışdır.
Pambıq sahələrində bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Gəncədə 3-cü yarpağın çıxması, Biləsuvarda 5-ci, Bərdə, Tərtər, Goranboy, Sabirabad, Cəfərxan, Beyləqan, İmişlidə 8-ci əsl yarpağın çıxması mərhələlərində, dekadanın sonunda Sabirabad və Cəfərxanda pambığın qönçələnmə mərhələsində olduğu müəyyən edilib. Bitkilərin orta hündürlüyü 21-36 sm təşkil edib.
Əksər aran və dağətəyi rayonlarda alça, ərik, gilas, tut, albalı ağaclarında meyvələrin yetişməsi və məhsul yığımı, Şəki-Zaqatala bölgəsində çay kollarında yarpaqların 2-ci yığımı, tütün bitkisi üçün 7-ci , qarğıdalı üçün 9-11 -ci yarpağın çıxması fenoloji mərhələləri müşahidə edilib. Bostan-tərəvəz sahələrində aparılmış müşahidələrə əsasən Şəkidə pomidor bitkilərinin çiçəklənməsi, Qubada hamaşçiçəklərin çıxması, Acınohurda yaşıl yetişkənlik, Sabirabadda narıncı yetişkənlik, Gədəbəy ərazisində kartofda çiçəkləmə, Acınohurda kələmdə baş bağlama mərhələləri qeydə alınıb. Zaqatalada yonca əkilmiş sahələrdə yaşıl kütlənin 2-ci biçini, Qəbələ, Tovuz və Gəncədə 1-ci, Cəfərxanda 2-ci biçindən sonra otların boy atması müşahidə edilib.
Dekada ərzində təsərrüfat sahələrində cərgələrarası torpağın yumşaldılması, suvarma, budama, alaq vurma, zərərvericilərə və xəstəliklərə qarşı bitkilərin kimyəvi dərmanlanması və digər aqrotexniki tədbirlər aparılıb.

Respublikanın əksər bölgələrində iyun ayının üçüncü ongünlüyündə hava şəraiti qeyri-sabit və yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 1-2ºC yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə 1-2ºC aşağı olması ilə səciyyələnib.
Havanın dekadalıq orta temperaturu Maştağada, Naxçıvanda, Qarabağ bölgəsində 24-26 ºC, Mil - Muğan və Mərkəzi Aranda 25-26ºC, Gəncədə və Goranboyda 24-27ºC, Tovuz-Qazaxda 15-23ºC, Qubada 21ºC, Dağlıq Şirvanda 21ºC, Lənkəran - Astara bölgəsində 24-26 ºC, Şəki - Zaqatalada 22-24ºC qeydə alınıb.


Havanın minimum temperaturu Qazaxda 8ºC, Gədəbəy və Gəncədə 10ºC, Naxçıvanda və Qubada 13 ºC, Şamaxı və Cəfərxanda 14 ºC, Lənkəran, Ceyrançöl və Şəki-Zaqatala bölgəsində 15 ºC, Maştağa, Bərdə-Tərtər və Mərkəzi Aran bölgəsində 18-19 ºC qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Naxçıvan və Ceyrançöldə 12 ºC, Şəki və Cəfərxanda 13 ºC , Zaqatala, Tovuz və Göyçayda 15-18ºC təşkil edib.
Torpağın 10sm dərinliyində orta temperaturu Dağlıq Şirvanda, Qazax - Tovuzda 24ºC, Quba, Şəki-Zaqatala bölgəsində 23-25ºC, Mil-Muğanda və Mərkəzi Aran və Qarabağ bölgəsində 28-31 ºC müşahidə edilib.
Yağıntının dekadalıq miqdarı Şəki-Zaqatala bölgəsində 45-77 mm, Gədəbəydə 51 mm, Qubada 12 mm, Gəncə Goranboyda 11-18 mm, Bərdə-Tərtərdə 6-12 mm qeydə alınıb.
Nisbi rütubət Bərdə -Tərtərdə 62-71%, Gəncədə 91%, Qazax və Tovuzda 72-81 %, Lənkəran - Astara bölgəsində 62-65%, Mil - Muğanda 50-62 %, Mərkəzi Aranda 55-61 %, Şəki - Zaqatalada 62-74%, Maştağada 63% təşkil edib.


Sürəti 15 m/san - dən yuxarı olan küləkli günlərin sayı Goranboyda 3 gün olmaqla maksimum sürət 18 m/san, Sabirabadda 2 gün 17 m/san, 1 gün Gəncədə 28 m/san, Tovuzda 24 m/san, Naxçıvanda 20 m/san, Tərtər və Ceyrançöldə 18 m/san təşkil edib.  


Kənd təsərrüfatı bitkilərinin vəziyyəti

İyun ayının üçüncü ongünlüyü ərzində payızlıq dənli bitkilərdə Gəncədə və Şamaxıda dənin tam  yetişkənliyi, əksər taxılçılıq rayonlarında məhsul yığımı qeydə alınıb. 
Pambıq sahələrində bitkilər üzərində aparılmış fenoloji müşahidələrə əsasən Gəncədə 5-ci yarpağın çıxması, İmişli, Sabirabad, Beyləqan, Goranboy , Bərdə və Tərtərdə qönçələnmə mərhələsi müşahidə edilib. Dekadanın sonunda bitkinin hündürlüyü  23-44 sm qeydə alınıb.
Əksər aran və dağətəyi rayonlarda alça, ərik, gilas, tut, albalı ağaclarında meyvələrdə məhsul yığımı baş tutub. Lənkəranda çay kollarında 2-ci zoğun əmələ gəlməsi, Zaqatala və Balakəndə tütün bitkisində aşağı yarusdaki yarpaqların texniki yetişkənliyi mərhələsi, qarğıdalı bitkisi üçün 11-ci və 15 - ci  yarpaqların çıxması fenoloji mərhələləri müşahidə edilib. 

Bostan-tərəvəz sahələrində aparılmış müşahidələrə əsasən Lənkəran və Sabirabadda pomidor məhsulunun narıncı yetişkənliyi, Gədəbəy ərazisində kartofda çiçəkləmə, Sabirabad ərazisində qarpızda məhsul yığımı, Acınohurda kələmdə texniki yetişkənlik qeydə alınıb. Zaqatalada yonca əkilmiş sahələrdə 2-ci biçindən sonra böyümə, Tovuzda tam yetişkənlik, Gəncədə 1-ci biçimdən sonra hamaşçiçəklərin çıxması, Qəbələdə hamaşçiçəyin əmələ gəlməsi, Şəkidə çiçəklənmə mərhələləri müşahidə edilib. 
Dekada ərzində yağıntısız günlərdə təsərrüfat sahələrində suvarma, alaq vurma, zərərvericilərə və xəstəliklərə qarşı bitkilərin kimyəvi dərmanlanması və digər aqrotexniki tədbirlər aparılıb.